Darıxdım...
Gündəm / 14.10.2020 11:12

Axşam da qəribdi, mən də qəribəm,
Ürəyimdən nələr keçdi, darıxdım.
Zalım ayrılığın kamil ovçusu
Ox atdı, sinəmi deşdi, darıxdım.
Nə kövrək zamandı, nə kövrək andı
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir çəngə bulud boylandı
Xəyal uzaqlara uçdu, darıxdım.
Qoy yazım varağı, qalmasın ağı
Kim çəkər həsrəti Bəhmənsayağı?!
Çox da müqəddəsdir Gəncə torpağı
Kəlbəcər yadıma düşdü, darıxdım.
Bəhmən Vətənoğlu
Gəncə, 1992
Qardaş, bilirəm, indi sən də Bəhmənin ovqatını yaşayırsan… Elə mən də!
Yanlış yazdım, 1993-cü ildən… Kəlbəcərə, ümumən işğalda olan torpaqlara həsrətik. Azərbaycanın qüdrətli Ordusu Ali Baş Komandanımızın qətiyyəti və mahir diplomatik gedişi ilə bizi bu 27 illik həsrətə qovuşdurmaqdadır! Bilirəm - vəkillərinin dediyinə görə, Ordumuzun hər bir qələbəsinə necə sevinirsən! Deməsələr də, sənin Qarabağın, Kəlbəcərin, işğal altında olan bütün torpaqlarımızın azadlığı uğrundakı mübarizənə (əvvəllər hərbi, sonralar diplomatik müstəvidə) bələdəm. Üç ay qabaq telefon danışığımızda dediyin sözlərin reallığını indi Ordumuz Kəlbəcəri azad etmək ərəfəsində dərk etdim: qardaş, ürəyimə damıb ki, bu il hökmən Kəlbəcər azad olunacaq. Elə qətiyyətlə dedin ki, inanmamağa haqqım olmadı. İndi təsəvvür edirəm hər qələbə xəbərini eşidəndə necə sevinməyini! İnşallah, ümid edirəm ki, Qarabağı tam azad edəndən sonra birlikdə oraları ziyarət edib Kəlbəcərimizdə xarabazarlığa çevrilmiş kəndlərimizdəki ata evimizi yenidən tikəcəyik. Onda Hümmət müəllimlə İbrahim Ağalaroğlunun ruhları da şad olacaqdır...
Əziz qardaşım, bu gün sənin çox arzuladığın gündür. Çox arzu edirdin torpaqlarımızın mənfur düşməndən azad olunmasını... Həm də 65 yaşının tamamında möhtərəm Prezidentimizin icazəsi və xeyir-duası ilə təqaüdə çıxıb elmi-pedaqoji fəaliyyətini davam etdirməyi... Birincisi Azərbaycan Ordusunun və Ali Baş Komandanımızın qüdrəti ilə həll olunur, yubiley yaşın isə ulu yaradanın hökmü ilə! Bu yubileyinə xüsusi yazı hazırlamağı planlaşdırmışdım, amma heç nə yaza bilmədim... Yaza bilmirəm... Bağışla məni, qardaş!
Bir tərəfdən Qarabağdakı uğurlu döyüş əməliyyatları nəticəsindəki Qələbənin sevinci, sevinc göz yaşları, digər tərəfdən… İndi sadəcə, böyük şairimiz Bəhmən Vətənoğlunun 1992-ci ildə Gəncədə yaşadığı dövrdə sənə həsr etdiyi şeirin təsiri altındayam. DARIXDIM... Kəlbəcər üçün necə darıxıramsa, səndən ötrü də o qədər darıxdım… Nə az, nə çox!
65 illik yubileyini təbrik edirəm!
Sücaətin bu misralarını hələlik keçirə bilmədiyimiz yubileyinə ünvanlayıram:
Qəm eləmə, ağrın alım
Kişi bərkə-boşa düşər…
Mavi gözlərindən öpürəm, əziz və əvəzedilməz qardaşım!
Tezliklə görüşmək arzusu ilə...
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb
13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB
12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları