Bu günədək Azərbaycanda 300 min tondan çox pambıq yığılıb (FOTO)

İqtisadiyyat / 16.11.2020 16:55

Fermerlərimiz ötən illərdə olduğu kimi, bu il də pambıqçılıqda yüksək məhsuldarlıq göstəriciləri əldə ediblər. Ötən il sahələrdən 295 min ton pambıq yığılmışdısa, bu il fermerlər indiyədək məntəqələrə 300 min tondan artıq pambıq təhvil veriblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Trend-ə bildiriblər ki, 2020-ci ildə pambıq üzrə orta məhsuldarlıq 30 sentneri keçib. Bu da Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biridir.

Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcminin, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

Cari ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. Bu gündək ən yüksək orta məhsuldarlıq Salyan (39,15 sent/ha), Neftçala (37,79 sent/ha), Yevlax (32,50 sent/ha), Beyləqan (32,33 sent/ha), Sabirabad (31 sent/ha), Saatlı (30,91 sent/ha), Ağcabədi (30,78 sent/ha) və Goranboy (30,68 sent/ha) rayonlarında qeydə alınıb.

Ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.

Qeyd edək ki, Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Yeni subsidiya mexanizminə əsasən, pambıqçı fermerlərə təhvil verdikləri məhsula görə dövlətdən həm əkin, həm də məhsul subsidiyası ayrılır. Pambıq sahəsinin hər hektarına görə, fermerə 220 manat subsidiya verilir, eyni zamanda, fermerlər qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat subsidiya alırlar. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manat olmaqla satın alınır. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.



SON XƏBƏRLƏR

2020-11-25

11:56 Türkiyə MN: “Şanlı ay ulduzumuz Kəlbəcərdə Azan səsi ilə dalğalanacaq”

11:51 Azərbaycanda boşananlar arasında 5 ilədək evli olanlar çoxluq təşkil edir - Statistika

10:59 Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu - Spiker

10:12 Ermənilər 900-dən çox Azərbaycan toponimini erməniləşdiriblər

10:07 Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni görüntüləri (FOTO) (VİDEO)

09:44 30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar - Kəlbəcərli deputat

09:33 Ordumuz Azərbaycan-Ermənistan sərhədinə çıxacaq və yüksəkliklərdəki mövqelər tutulacaq - Vaqif Dərgahlı

09:21 Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub

09:13 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

09:12 İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər (FOTO/VİDEO)

00:12 Bu gün Kəlbəcər Azərbaycana qaytarılır

2020-11-24

18:00 İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM

17:50 İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri (VİDEO)

17:39 Qarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar

17:14 Bura Çernobıl deyil! Bura Qarabağdır! (VİDEO)

17:09 Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM

16:02 Putin: “Qarabağda ümumi vəziyyət sabitləşir”

15:44 Şuranın dəstəyilə bəzi qurumların informasiyanı açıqlamasının vəziyyəti təhlil edilib

15:36 Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq

15:31 Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb

15:11 Kişiyə hamilə diaqnozu qoyulması xəbərləri ilə bağlı araşdırma aparılıb - TƏBİB

14:20 Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)

12:16 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi

11:55 Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)

11:13 Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi

11:11 Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker

11:09 Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi

11:00 Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik

10:49 Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb

10:38 Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı

10:25 Azərbaycan Prezidenti: Meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Şuşanı azad etdik

10:20 Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik

10:13 Azərbaycan Prezidenti: Münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:37 “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

Product image

14:48 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb