Düşmən hər dəfə hücum edəndə itki verərək geri çəkilirdi - Yaralı zabit

Cəmiyət / 19.11.2020 16:55

İşğaldan azad edilən ərazilərimizi ermənilər dəfələrlə geri qaytarmağa cəhd etsələr də, hər dəfə cəhdləri boşa çıxırdı.

Bunu Trend-ə açıqlamasında Suqovuşan qəsəbəsinin işğaldan azad olunması ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-həmlə əməliyyatı zamanı yaralanan hərbçi zabitimiz Murad Əfəndiyev deyib.

O bildirib ki, düşmən təxribatlarının qarşısı həmişə uğurla alınıb və hər dəfə düşmən itki verərək geri çəkilib: "Əvvəlcə Talış kəndi uğrunda əməliyyatlarda iştirak etmişəm. Azərbaycan Silahlı Qüvvələri Talış kəndini işğaldan azad edəndən sonra mövqelərimizi bərkidirdik. Bu an düşmən kəndi yenidən işğal etmək üçün hücuma keçdi. Lakin yenə də itki verərək geri çəkildilər. Döyüşlərdə mən və silahdaşlarım düşmənin 8 hərbçisini əsir götürdük. Əsirləri təhvil verib geri qayıdanda erməni hərbçilər Suqovuşan qəsəbəsindən mövqelərimizi atəşə tutdu. Bu istiqamətdə də düşmənin hücumunu uğurla dəf etdik, Düşmən xeyli itki verərək geri çəkilməyə başladı. Suqovuşan istiqamətində düşmən mövqelərini darmadağın etmişdik. Qismən sakitlik idi. Ermənilər Suqovuşana yenidən hücum etdi. Mövqelərimiz əsasən minaatanlardan atəşə tutulurdu. Suqovuşanda dəniz səviyyəsindən 505 metr hündürlükdə olan yüksəklikdə idik. Düşmən artıq pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçmişdi. PUA-dan F-1 qumbaraları tökülürdü. Bununla yanaşı, həmçinin düşmən 82 və 120 mm-lik mərmilərdən bizi atəşə tutmağa başladı. Amma Azərbaycan Ordusu düşmənin bütün cəhdlərinin qarşısını almağa qadir idi. Əks həmlə hücumu ilə düşmənin mövqeyini yenidən məhv elədik. Düşmən əsgərlərimizi mühasirəyə salmaq istəyirdi. Mən və zabit yoldaşlarım düşmənin bu əməliyyatı barədə məlumat aldıq və həmin istiqamətdə onların hücumunu dəf etdik. Əsgərlərimizin mühasirəyə düşməsinin qarşısını tam aldıq və erməni diversiya qrupunu məhv etdik. Bu vaxt düşmən tərəfdən atılan mərmi yanımızda partladı. Mən və 3 zabit yoldaşım yaralandıq. Əsgərlərin köməyi ilə döyüş ərazisindən çıxarılaraq Naftalan hospitalına gətirildik. Əməliyyat olundum, hazırda özümü yaxşı hiss edirəm və yenidən xidmətə qayıdacağam. Hazırda xidməti ərazimdə olsam da sərəncamdayam".

Xatırladaq ki, Murad Əfəndiyev 1941-45-ci il Böyük Vətən Müharibəsinin iştirakçısı, İtaliyanın Milli Qəhrəmanı olan azərbaycanlı partizan Məmməd Bağırovun nəvəsidir.



SON XƏBƏRLƏR

2020-11-27

18:14 BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib

18:08 Kəlbəcərin hər qayası bir tarixdir

17:54 Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

17:53 Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib

15:14 Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova

15:13 Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam

14:57 Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

14:12 Asiya İnkişaf Bankı Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə layihə icra edəcək

14:03 Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə layihəsi

13:52 Yol polisi sürücülərə xəbərdarlıq etdi

12:20 Türkiyə Ombudsmanı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə xüsusi hesabat hazırlayıb

12:14 Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır - İnstitut

12:05 Milli Qəhrəman Allahverdi Bağırovun zabit qızları atasının Ağdamdakı məzarını ziyarət etdi (VİDEO)

11:33 Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirildi

11:08 ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama

10:33 DGK Akademiyası ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

09:53 Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil edildi

09:49 Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır - Xəbərdarlıq

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

09:26 Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər

09:15 Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı

2020-11-26

18:13 Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb

18:10 Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub

18:09 Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov

17:50 Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)

17:35 Fransa qərəzli qətnaməyə görə Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşını itirə bilər

17:33 Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu

17:30 Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib

17:26 Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru

16:35 Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb

16:30 Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri

16:01 Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar

15:56 Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

Product image

18:37 “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb