“Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti”. YYSİB-nin kulturoloji layihəsi

Gündəm / 20.11.2020 14:01
Azərbaycan Respublikasinin Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi,Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi oktyabırın ortalarından "Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" adlınövbəti maraqlı kulturoloji layhəsini həyata keçirilməyə başlayıb.

YYSİB Analitik-İnformasiya Bölümünün açıqlamasına görə,layihəgənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi və animasiya və bədii filmlərin (sosial çarxların) hazırlanması mövzusundadır.Layihə görkəmli yazıçı, dəyərli alim və pedaqoq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri vasitəsilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş55 milyonluq azərbaycanlılar, xüsusən uşaq, yeniyetmə və gənc soydaşlarımız - kreati-intellektual düşüncə sahibləri arasında tarixi vətənləri olan Azərbaycana sevgi və sayğını artırmaq məqsədilə innovativ-vətənpərvərlik aksiyaları özündə cəmləyir. İnternet resurslarından - sosial şəbəkələr, yeni media orqanları, videopaylaşım platformalarının imkanlarından yararlanaraq, elektron-virtual formada Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri ilə motivasiya formasında yeni nəsil arasında vətənpərvərlik tərbiyəsi işi gücləndirilməsinə yönəldilir. Bunun üçünrespublikamızın bir sıra yerlərində, eləcə də xaricdə yaşayan diasporumuzun görkəmli simaları, gənc bloqqerlər, şəbəkə istifadəçiləri, tanınmışlar və sadə oxucular tərəfindən əsərin audio-vizual formatda,oxucular tərəfindən səsləndirməklə, video çəkiliş aparmağı,film formasında hazırlanması və İnternetdə yayımının təşkili, kitabın bir sıra dillərdə tərcümə variantının elektron formada şəbəkə resursları və e-kitabxanaya hazırlanması, həmçinin, yayımı, o əsər haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, müəllifin aforizmlərindən ibarət kitabın çapı, yayımı, təqdimatı, sosial şəbəkələrdə təbliğatı nəzərdə tutulur. Kitabdan parçalar oxuyanlarda Azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə maraq artacaq.

Görkəmli yazıçı, dəyərli alim və pedaqoqMir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərinin elektron variantda hazırlanaraq gənclərə çatdırılması, həmdə yeni media və sosial şəbəkələrdə layihəyə İKT dəstəyi verilməsi üçün kreativ innovasiyalar yaratmaq.

Əsas məqsəd Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindəki vətənpərvərlik intonasiyanı gənclərimizi innovativ-kreativ birləşdirən bütöv milli-mənəvi kitab kimi motivasiya formasında təbliğ etməkdir. Gənclərin yeni İKT texnologiyaları, Feysbuk, Youtube, İnstagram, Tvviter, TikTok, həmçinin, Vatsap kimi plotformalarından yararlandığını nəzərə alaraq bu əsərin səsli və görüntülü formasını (audio-video format), eləcə də elektron variantda yayıma hazırlamaqla İnteretdə trend yaratmaq mümkündür.

Layihə icraçıları aşağıdakı vəzifələri qarşılarına məqsəd kimi qoyublar:

Azərbaycan ədəbiyyatını vətənpərvərlik nümunəsi olaraq gənclərə sevdirmək.

Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindəki vətənpərvərlik ruhunu yeni formalarla 55 milyonluq diasporumuzun yeni nəsil nümayəndələrinə çatırmaq.

İnternetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi istifadə edərək motivasiya kim yeni nəsilə aşılamaq. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərini müxtəlif şəxslər tərəfindən səsli - audio kitab formasında hazırlamaq və bu yönə gəncləri həvəsləndirmək.


Müxtəlif insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərinin parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - video film formasında hazırlamaq və bu yönə gənclərin imkanlarından bəhrələnmək.

Yazıçı-alimin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, yaymaq.

Ədibin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında tədbir təşkil etmək. Müəllifin aforizmlərindən ibarət kitabçanın çapı, yayımı, təqdimatı, sosial şəbəkələrdə təbliğatı nəzərdə tutulur.

Layihənin fəaliyyət mərhələləri:

1. Azərbaycan ədəbiyyatını vətənpərvərlik nümunəsi olaraq gənclərə sevdirmək məqsədilə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərin vətənpərvərlik ruhunu yeni formatlarda 55 milyonluq dünya azərbaycanlılarına, xüsusən də yeni nəsil nümayəndələrinə çatırmaq üçün aşağıdakı formalarda nəşrə / yayıma hazırlamaq:

- Səsli - audio kitab formasında: "Bir gəncin manifesti" əsərin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası hazırlamaq və geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq.

- Görüntülü - vizual kitab formasında: "Bir gəncin manifesti" əsərinin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası videoya almaq, yayıma hazırlamaq, İnternetdə və sosial şəbəkələrdə, videopaylaşım portallarında yerləşdirmək, Ümumazərbaycan milli-mənəvi dəyər kimi dünyada yaşayan 55 milyonluq soydaşlarımıza, geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq.

2. Elektron kitab: imkan daxilində müxtəlif dillərdə "Bir gəncin manifesti" əsərinin elektron formatda hazırlamaq, e-kitabxanalarda, İnternet resurslarında yerləşdirməklə Mir Cəlal Paşayev yaradıcılığını və Azərbaycan ədəbiyyatını populyarlaşdırmaq.

3. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, yaymaq, sosial şəbəkələrdə təbliğatı.

5. İnternetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi tanıtmaqla bu istiqamətdə motivasiya məhsulu kim yeni nəslə aşılamaq, bu yöndə gəncləri həvəsləndirmək.

6. Sosial şəbəkələrdə - İnternetdə yeni mütaliə və virtual-kreativ aksiyaya başlanılacaq, müxtəlif gənc insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - videofilm formasında hazırlan məhsul vasitəsilə sosial şəbəkələrdə vətənpərvərlik hərəkatı kimi gənclərin imkanları səfərbər ediləcək.

7. Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında real/virtual tədbir həyata keçirmək.

8. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlərin qurulması.

Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Virtual aksiyaların təşkili, İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlərin qurulmasına xüsusi diqqət ayrılacaqdır. Fəaliyyətlər zamanı layihənin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada əngəlli gənclərin kreativ-kulturoloji potensialının, ədəbi resurslarının geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («525-ci qəzet», "Təzadlar”, "Bakı-xəbər” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, Space TV, "Dünya” TV, İNK TV kimi televiziya kanallarında və digər KİV-də, İnternet saytlarında), müxtəlif sosial şəbəkə və foto-videoideo paylaşım platformalarında layihə, virtual mərkəz, e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Layihənin nəticələri:

1. Vətənpərvərlik nümunəsi olaraq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri fərqli, İKT texnologiyalarına uyğun olaraq yeni formatlarda 55 milyonluq dünya azərbaycanlılarına, xüsusən də yeni nəsil nümayəndələrinə, gənclərə çatırmaq üçün aşağıdakı formalarda nəşri və yayımı təşkil olunacaq.

2. "Bir gəncin manifesti" əsərinin bəzi hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası hazırlamaq və geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq üçün yeni səsli - audio kitab hazırlanacaq.

3. "Bir gəncin manifesti" əsərinin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası videoya alınacaq, yayıma hazırlanaraq İnternetdə və sosial şəbəkələrdə, videopaylaşım portallarında yerləşdiriləcək, ümumazərbaycan milli-mənəvi dəyər kimi dünyada yaşayan 55 milyonluq soydaşlarımıza, geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırılacaq görüntülü - vizual kitab, bədii-sənədli videofilm hazırlanacaq.

4. Müxtəlif dillərdə "Bir gəncin manifesti" əsərinin elektron kitab formasında hazırlanacaq, e-kitabxanalarda, İnternet resurslarında yerləşdiriləcək, Mir Cəlal Paşayevin yaradıcılığı və Azərbaycan ədəbiyyatı gənclər arasında populyarlaşdırılacaq.

5. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlanacaq, e-kitabxanada yerləşdirilərək, gənclərin azad istifadəsi üçün yayılacaq.

6. Müəllifin aforizmlərindən ibarət cib kitabı formasında toplunun çap ediləcək, gənclərə, tələbələrə paylanacaq, e-variantı İnternetdə və e-kitabxanada sərbəst yayım üçün yerləşdiriləcək, geniş ictimaiyyət üçün təqdimatı, sosial şəbəkələrdə güclü təbliğatı aparılacaq.

8. İnternetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi tanıtmaq və bu istiqamətdə motivasiya modeli kimi yeni nəslə aşılanacaq, bu yöndə gəncləri həvəsləndiriləcək.

9. Sosial şəbəkələrdə - İnternetdə yeni mütalifə və virtual-kreativ aksiyaya başlanılacaq, müxtəlif gənc insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - videofilm formasında hazırlan məhsul vasitəsilə sosial şəbəkələrdə vətənpərvərlik hərəkatı kimi gənclərin imkanları səfərbər ediləcək.

10. Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında real tədbir təşkil olunacaq.

11. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlər qurulacaq.

Layihənin qiymətləndirilməsi:

Müvafiq qanunvericilik aktları, qanunlar, normativ sənədlər, eyni zamanda Azərbaycan Gənclər Fondunun tələblərinə uyğun olaraq qiymətləndirmə indikatorları müəyyənləşdiriləcək və ona uyğun olaraq qiymətləndirmə aparılacaq. Xüsusən də aşağıdakı cəhətlərə əhəmiyyət veriləcək:

- tərəfdaş və əlavə donorlar haqqında məlumat;

- layihə çərçivəsində fəaliyyət haqqında Fondun əvvəlcədən məlumatlandırılması;

-layihə çərçivəsində fəaliyyət zamanı Fondun adının və loqosunun nümayiş olunması;

- layihə sənədlərinin uyğun strukturu; layihə üzrə əmrlər;

- layihədə çalışan işçilərin sayı, işçilərlə bağlanmış əmək, mülki-hüquqi xarakterli və könüllü müqavilə;

- layihənin iştirakçılarının sayı;

- layihə çərçivəsində tədbirə dəvət olunmuş şəxslərin sayı və tərkibi;

- layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması;

- layihə çərçivəsindətanıtım materialları, gündəlik və proqramlar;

- nəşr – paylama materiallarının (e-kitab, vizual məhsullar, sosial media və İnternet TV proqramları və s.) iştirakçılara verilməsi;

-layihə çərçivəsində xidmətlər; layihə fəaliyyətinin icra planına uyğunluğu, işlərin yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsi;

- tədbir zamanı qoyulan mövzunun layihə mövzusuna uyğunluğu;

- layihə çərçivəsində iştirakçılarla qiymətləndirmə işinin aparılması.

- mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq;

- layihənin iştirakçılarının sayı;

- layihə çərçivəsində tədbirə dəvət olunmuş şəxslərin sayı və tərkibi;

- layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması;

- layihə çərçivəsindətanıtım materialları, gündəlik və proqramlar;

- nəşr – paylama materiallarının (e-kitab, vizual məhsullar, sosial media və İnternet TV proqramları və s.) iştirakçılara verilməsi;

-layihə çərçivəsində xidmətlər; layihə fəaliyyətinin icra planına uyğunluğu, işlərin yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsi;

- tədbir zamanı qoyulan mövzunun layihə mövzusuna uyğunluğu;

- layihə çərçivəsində iştirakçılarla qiymətləndirmə işinin aparılması.

Layihənin davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlər:

Layihə uğurla yekunlaşdırılandan sonra da fəaliyyətlər davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:

- Davamlı olaraq o istiqamətdə İnternetüstü fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək;

- Yaradılacaq sosial şəbəkə resurslarında yenə də bu mövzuda müxtəlif materiallar paylaşılacaq;

- İnternetdə, elektron kitabxanada, sosial mediada yeni formatlarda, vətənpərvərlik mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər, eləcə də yeni kreativ materiallar sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir;

- Elektron kitablardan ibarət virtual sərgi ardıcıl təşkil olunacaqdır.

- Mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq;

- Gələcəkdə Mircəlalşünaslıq və vətənpərvərlik ədəbiyyatının müxtəlif qollarına aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq;

- Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir;

- Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və s.

Xatırlatmaq yerinə düşər ki, YYSİB milli və dünya mədəniyyəti, elm və ədəbiyyati hadisələrinin təbliği, real, eyni zamanda məsafəli - elektron təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq, İnternet resursları, elektron kitabxana istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və s. sahələrdə fəaliyyətini qurub.

Təşkilat 22 ildir respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media, bloqqerlik, e-kitabxana və İnternet resurslarının zənginləşdirilməsi kimi sahələrldə fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 12 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə "Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. Qurumun dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual-Elektron Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə virtual e-kurs yaradıb və 3000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edilib. Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. QHT fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və uğurla həyata keçirir, qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Analitik İnformasiya Bölümü




SON XƏBƏRLƏR

2020-11-27

18:14 BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib

18:08 Kəlbəcərin hər qayası bir tarixdir

17:54 Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

17:53 Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib

15:14 Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova

15:13 Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam

14:57 Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

14:12 Asiya İnkişaf Bankı Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə layihə icra edəcək

14:03 Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə layihəsi

13:52 Yol polisi sürücülərə xəbərdarlıq etdi

12:20 Türkiyə Ombudsmanı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə xüsusi hesabat hazırlayıb

12:14 Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır - İnstitut

12:05 Milli Qəhrəman Allahverdi Bağırovun zabit qızları atasının Ağdamdakı məzarını ziyarət etdi (VİDEO)

11:33 Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirildi

11:08 ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama

10:33 DGK Akademiyası ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

09:53 Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil edildi

09:49 Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır - Xəbərdarlıq

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

09:26 Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər

09:15 Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı

2020-11-26

18:13 Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb

18:10 Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub

18:09 Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov

17:50 Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)

17:35 Fransa qərəzli qətnaməyə görə Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşını itirə bilər

17:33 Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu

17:30 Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib

17:26 Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru

16:35 Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb

16:30 Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri

16:01 Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar

15:56 Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

Product image

18:37 “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb