2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib (VİDEO)

Gündəm / 20.11.2020 17:55

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib. Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub. Çətin dağlıq şəraitdə yerləşən müdafiə mövqelərimizdə şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, uca zirvələrin hakimi olan hərbi qulluqçularımız Vətənimizin etibarlı müdafiəsini təmin edirlər. Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib. Müasir kazarmalarda yaşayan əsgərlərimiz mənəvi-psixoloji ruh yüksəkliyi və vətənpərvərlik hissləri ilə xidmət edirlər.
Əsgər Gündüz Mehdizadə bildirdi ki: "3000 metrdən çox yüksəklikdə əsgər yoldaşlarımla birgə ön xətdə xidmət aparırıq. Əsgər yoldaşlarımla biz qardaş kimiyik. Bizim burada rahat şəkildə xidmət aparmağımız üçün hər cür əlverişli şərait yaradılmışdır və biz ayıq-sayıq şəkildə döyüş növbətçiliyini yerinə yetiririk. Azərbaycan Respublikasına xidmət edirəm!”

Əlahiddə Ümumqoşun Ordunun möhkəm müdafiə potensialına malik birinci eşelon bölmələrində inşa olunan binalar keyfiyyətli mebel dəstləri, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Əsgər və zabitlərin rahat şəkildə istirahəti, qidalanması və nümunəvi xidməti üçün tikilən hərbi oyektlərdə qış tədarükü görülərək isti geyim, yanacaq, içməli su və ərzaq təminatı yaradılıb.

Yaradılan şəraitdən razılıq edən əsgər Cabbar Cabbarlının fikirləri belə oldu: "Gördüyünüz kimi bizim üçün burada müasir tələblərə cavab verən kazarmada hərbi xidmətimizin təşkili üçün bütün tələblərə cavab verən şərait yaradılmışdır. Biz hər zaman fəxr edirik ki, Vətən müharibəsində qalib gəlmiş müzəffər Azərbaycan Ordusunun əsgərləriyik.”
Müzəffər Ordumuzun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı ilə qazandığı qələbə hər birimizi qürurlandırdığı kimi əsgərlərimizdə də böyük ruh yüksəkliyi yaradıb. Dövlət-xalq-ordu birliyindən güc alaraq xidmətini davam etdirən əsgərlərimiz qazanılan qələbənin sevincini yaşayırlar.
Əsgər Seymur Fərhadlı uca zirvələrdə xidmət aparmağı ilə qürur duyduğunu bildirdi: "Son zamanlar ərzində müzəffər Ordumuzun apardığı uğurlu əməliyyatlar mən və əsgər yoldaşlarımın döyüş əzmini daha da yüksəltmişdir. Bütün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanacaq. Qarabağ Azərbaycandır!”

Əsgər Cavidan Şükürzadə deyir ki: "Ayıq-sayıq döyüş növbətçiliyi aparmağımız üçün hər cür şəraitimiz var. Biz burada sadəcə əsgər yoldaşı deyil, bir ailəyik, qardaşıq. Qarşımızdakı düşmənin hər hansı bir təxribatı olarsa onlar qarşılarında bizim kimi cəsur, mərd əsgərlər görəcəklər. Necə ki, Dağlıq Qarabağda gedən döyüşlərdə bizim digər əsgər yoldaşlarımızın cavablarını gördülər. Düşmənin hər hansı bir təxribatına adekvat cavab verməyə hazırıq. Biz fəxr edirik ki, Azərbaycan əsgəriyik. Qarabağ Azərbaycandır!”
Yaradılan nümunəvi xidmət şəraitinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq Vətənimizin müdafiəsi və ərazi bütövlüyümüzün təmin olunması yolunda tarixi zəfərlər qazanır.



SON XƏBƏRLƏR

2020-11-27

18:14 BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib

18:08 Kəlbəcərin hər qayası bir tarixdir

17:54 Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

17:53 Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib

15:14 Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova

15:13 Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam

14:57 Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

14:12 Asiya İnkişaf Bankı Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə layihə icra edəcək

14:03 Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə layihəsi

13:52 Yol polisi sürücülərə xəbərdarlıq etdi

12:20 Türkiyə Ombudsmanı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə xüsusi hesabat hazırlayıb

12:14 Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır - İnstitut

12:05 Milli Qəhrəman Allahverdi Bağırovun zabit qızları atasının Ağdamdakı məzarını ziyarət etdi (VİDEO)

11:33 Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirildi

11:08 ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama

10:33 DGK Akademiyası ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

09:53 Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil edildi

09:49 Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır - Xəbərdarlıq

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

09:26 Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər

09:15 Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı

2020-11-26

18:13 Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb

18:10 Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub

18:09 Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov

17:50 Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)

17:35 Fransa qərəzli qətnaməyə görə Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşını itirə bilər

17:33 Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu

17:30 Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib

17:26 Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru

16:35 Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb

16:30 Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri

16:01 Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar

15:56 Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

Product image

18:37 “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb