30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar - Kəlbəcərli deputat

Siyasət / 25.11.2020 09:44

27 sentyabrdan başlayaraq 44 gün müddətində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz yeni bir hərb tarixi yazdı.

Bunu Trend-ə Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.

Deputat bildirib ki, bu 44 gün ərzində hər gün bir neçə yaşayış məntəqəmiz düşməndən azad olundu: "Bu müddət ərzində 300-ə yaxın yaşayış məntəqəmiz, o cümlədən 4 rayonumuz, 4 qəsəbəmiz, Şuşa şəhərimiz, bir çox hərbi əhəmiyyətə malik strateji yüksəkliklər azad olundu. Bunlar görünməmiş qələbələr idi. Bilirsiniz ki, 30 ilə yaxın müddət ərzində Ermənistan ordusu istehkamlar düzəldirdi yeraltı keçidlər qururdu. Bütün bunları yarıb keçmək böyük bir qəhrəmanlıq idi və xalqımızın böyük sevincinə səbəb oldu.

Mən bu sevinci bizə bəxş etdiyinə görə Ali Baş Komandanımıza, rəşadətli ordumuza dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çünki bizə tək torpaqlarımızı deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizi qaytardılar, məcburi köçkün adını üzərimizdən götürdülər”.

Deputat bildirib ki, Prezident İlham Əliyev həmişə səbr nümayiş etdirərək məsələni danışıqlar masasında həll etmək istəyirdi, amma qarşı tərəf hər zaman bəhanələr gətirərək danışıqlardan qaçır və öz ordusunu yenilməz hesab edirdi:

"Eyni zamanda ermənilərin törətdiyi qeyri-qanuni, beynəlxalq hüquqa zidd hərəkətlər və onların cəzasız qalması, hər hansı bir təzyiq göstərilməməsi onları daha da azğınlaşdırdı və nəinki məsələnin sülh yolu ilə həllinə gəlmək istəmədilər, eyni zamanda yeni ərazi iddialarına düşdülər, böyük təxribatlar törətdilər. Bütün bunlardan sonra artıq qüdrətli Azərbaycan ordusu öz sözünü deməyə başladı. Çox şükürlər olsun ki, müzəffər ordumuz düşmənə lazımi dərs verdi və onlar dərk etdilər ki, Azərbaycan ordusunun qarşısında acizdilər və tab gətirə bilmirlər.

Ermənilər dünya ictimaiyyətini aldatmağa, yalan məlumatlar verməyə, mülki əhalimizi, şəhərlərimizi atəşə tutmağa və xalqımız arasında qorxu yaratmağa çalışdılar. Lakin bütün bunlar heç bir nəticə vermədi, əksinə olaraq, xalqımızın və ordumuzun döyüş əhval ruhiyyəsi daha da yüksəldi.

Və nəhayət 10 noyabr tarixdə üçtərəfli bəyanatın imzalanması Ermənistanın kapitulyasiyasını təsdiq etdi və Azərbaycanın bütün şərtləri bu bəyanatda öz əksini tapdı. Bəli, bu gün Kəlbəcər rayonu tam boşaldılıb Azərbaycana təhvil verilib. 1 dekabr tarixinə qədər isə Laçın Azərbaycana qaytarılacaq. Bu, Azərbaycan xalqının tarixi qələbəsidir. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların ruhu qarşısında baş əyirik.

Bir daha bu qələbəni bizə yaşatdığına görə Ali Baş Komandanımıza, ordumuza dərin təşəkkürümüzü bildiririk. Kəlbəcər camaatından minlərlə zəng gəlir, onlar öz minnətdarlıqlarını cənab Prezidentə çatdırmaq istəyirlər. 30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar”.



SON XƏBƏRLƏR

2021-01-27

18:22 Yaponiyanın səfiri ASAN xidmətdə - FOTO

18:01 Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər - Rusiya XİN

18:00 Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib

17:43 QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi

17:41 Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)

16:52 Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin

16:37 Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə

16:34 Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)

16:17 Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib

16:14 Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub

15:54 "Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək

15:32 Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi

14:21 Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib. Ağ yalandır!

14:19 Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur

14:16 Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib

14:12 Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?

14:11 Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib

14:10 Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi

14:01 Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

13:04 Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam

2021-01-26

18:38 Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ

17:35 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi

17:26 Vüqar Səfərli ev dustaqlığına buraxılmadı

17:05 Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov

16:28 Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib

15:53 Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM

14:30 Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir

14:02 Prezident İlham Əliyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edib (FOTO/VİDEO)

12:54 Fevral ayının pensiyası artımla birlikdə veriləcək - RƏSMİ

12:42 Vətən müharibəsində əlil olan şəxslər avtomobilllə təmin olunacaq

12:08 Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb - Hikmət Hacıyev

12:04 YAP nümayəndələri Vətən müharibəsinin rus millətindən olan iştirakçılarını ziyarət edib (FOTO)

11:57 Yaxın günlərdə şəhid ailələrinin istehlak kreditləri bağlanacaq - "YAŞAT" Fondunun rəhbəri

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:43 Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı

Product image

16:21 Azərbaycanda 2021-ci ildə Formula 1-in keçiriləcəyi tarix təsdiq edilib

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb