Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı

İqtisadiyyat / 27.11.2020 09:15

Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Trend-ə bildirib ki, erməni lobbisinin təsiri altında qəbul edilən qətnamə həm də regionda yeni reallıqların həzm edilə bilməməsini göstərir: "Əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur. Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 2/3-si məhz Azərbaycanın payına düşür. Yəni Ermənistan və Gürcüstanın Fransa ilə cəmi ticarət həcmi Azərbaycanın Fransa ilə ticarət dövriyyəsindən iki dəfə azdır. 2019-cu ilin məlumatına əsasən Azərbaycanın Fransaya ixracı 537 milyon ABŞ dolları, Fransadan idxal olunan malların dəyəri isə 251 milyon ABŞ dolları olub. Müqayisə üçün deyək ki, Ermənistanın 2019-cu ildə Fransaya ixracı cəmi 8,72 milyon ABŞ dolları, Fransadan aldığı malların dəyəri isə 82,95 milyon ABŞ dolları olub. Azərbaycan Fransaya ixracın həcminə görə Ermənistanı 62 dəfə, Fransadan idxalın həcminə görə isə 3 dəfə önləyir. Ticarət dövriyyəsində belə disproporsiya onu göstərir ki, Fransa Senatı praqmatizm və ədaləti deyil, respublikanın təməl prinsiplərinə zidd olaraq erməni havadarlığını üstün tutur”.

V.Qasımlı qeyd edib ki, Azərbaycan-Fransa ticarət dövriyyəsi müsbət dinamikaya malik olub: "2019-cu ildə Azərbaycandan Fransaya ixrac ötən ilə nisbətən 21,5 faiz, idxal isə 37 faiz artıb. Fransa Azərbaycanın ixrac etdiyi ölkələr sırasında 4 faiz payla 11-ci yer, idxalında isə 1,83 faiz payla 12-ci yerdədir. Azərbaycanın 2019-cu ildə Fransadan idxal elədiyi məhsullara qatarlar, dəmir yolu və metro avadanlıqları, efir yağları, ətir və kosmetik vasitələr, dərman preparatları, nüvə reaktorları, elektrik avadanlıqları, avtomobil, mebel, işıqlandırma məhsulları və s. aiddir. Fransa Senatı erməni lobbisinin təsiri altında qəbul etdiyi qərarla öz şirkətlərinin Azərbaycandakı mövqelərini zəiflədirlər. Həm də Azərbaycan bazarında illik 200-300 milyon dollar mal satan, milyardlarla dollar tenderlərdə iştirak edən Fransa şirkətlərinin verdikləri verginin hesabına həmin senatorlar maaş alırlar. Belə çıxır ki, Fransa Senatı oturduğu budağı baltalamaqla məşğuldur. 10 milyonluq Azərbaycan və 83 milyonluq Türkiyə istehlak bazarlarında Fransa şirkətlərinə çətinlik yaradan senatorları başa düşmək çətindir. Azərbaycan bazarında məhsul satan fransız mənşəli şirkətlər - Michelin, Renault, Citroen, Peugeot, Tefal, Loreal, Dior, Lancome, YvesSaintLaurent, Louis Vuitton, Lacoste, Chloe, Chanel, Nina Ricci, Cartier, Givenchy, Garnier, Danone, Activia, President, Perrier, Evian, Elle&Ville, Doux kimi bizneslər gərək Senatı başa salsınlar ki, bu şirkətlər Fransa büdcəsinə vergini öz ölkələrinin milli maraqları üçün ödəyirlər, erməni təəssübkeşliyi üçün yox”.

Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan həm də Cənubi Qafqazda fransız sərmayələrini ən çox cəlb edən ölkədir: "Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri enerji (Total), nəqliyyat (Alstom, Thales, Iveco, Systra), ətraf mühit (Suez CNIM), kənd təsərrüfatı və qida (Lactalis, Danone), otel biznesi (ACCOR), bankçılıq (Societe Generale), aviasiya və kosmik sənaye (Airbus, Thales) kimi mühüm sahələrdə fəaliyyət göstərirlər. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. Fransız şirkətləri 1995-2019-cu illər arasında Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə qoyub, bunun 2 milyard dolları neft sektoruna, 194,1 milyon dolları qeyri-neft sənayesinə yönəldilib. Azərbaycanın Fransaya investisiyalarının həcmi 224,7 milyon ABŞ dolları təşkil edib. 2004-2018-ci illərdə Fransız şirkətləri ölkəmizə aid 2,3 milyard ABŞ dolları həcmində sifarişləri yerinə yetirib. Fransız şirkətləri bundan sonra da Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdırlar. Xüsusən də Azərbaycanda post-konflikt quruculuğunda Fransa şirkətləri böyük potensiala malik olduğu halda, Senatın qətnaməsi onları çətin vəziyyətə salır. Gərək bu şirkətlər də Fransa ictimaiyyətinə, parlamentarlara və hökumətə izah etsinlər ki, aşırı erməni havadarlığı Fransanın Cənubi Qafqazda maraqlarına sarsıdıcı zərbələr endirir”.

Mərkəz rəhbəri daha sonra bildirib ki, Fransanın Total şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 5% və Abşeron offshore ərazisində 50% paya sahibdir: "Fransanın Total şirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edir, Ermənistan isə bu layihələri hədəfə alır və raket hücumları təşkil edir. Bəlkə Total şirkəti Fransa parlamentinə və hökumətinə bunu izah etsin ki, Fransanın Azərbaycandakı çoxmilyardlı sərmayə qoyuluşları Ermənistan tərəfindən təhdid olunur. Bu ilin iyulunda Ermənistan Tovuz bölgəsində təkcə Azərbaycana deyil, həm də Totalın payçı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsinə hücum etmişdi. Azərbaycan təkcə öz ərazi bütövlüyünü deyil, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyi üçün əhəmiyyətli olan infrastrukturu da erməni faşizmindən qoruyur. Bunun müqabilindəmi Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edir? Fransa özünü Avropanın siyasi lideri kimi təqdim etməyə çalışdığı halda, Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əhəmiyyətli rol alan Azərbaycanı niyə özündən narazı salır? Cənubi Qafqazda gərginlik yaratmaq Fransanın və Avropanın həyati maraqlarına ziddir.

Fransa Senatının qərarı hüquqi gücə və real təsir imkanına malik olmamaqla, Fransanın milli maraqlarının əleyhinədir. Əgər Fransa regionda öz nüfuzunu tamamilə itirmək istəmirsə, Cənubi Qafqazın geostrateji oyunçusu olan Azərbaycanla münasibətləri düzgün tənzimləməlidir. Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas qarantıdır. Fransanın bu bölgədəki maraqları da sülh və təhlükəsizlikdirsə, Azərbaycanla əməkdaşlıq yeganə həldir. Əks təqdirdə itirən Fransa olacaqdır. Fransa öz milli maraqlarını erməni havadarlığına qurban verməməlidir”.



SON XƏBƏRLƏR

2021-01-18

18:10 Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb

18:00 Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

17:37 Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI

17:34 Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi

16:28 “Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur” - İlham Əliyev

16:25 "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır" - Prezident

16:24 Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”

16:22 Prezident Sumqayıtda iki zavodun təməlini qoydu

16:11 Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

15:49 Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib (FOTO)

15:17 “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 5000 manat cərimələnib

11:52 Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır - Anar Kərimov

11:46 Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq - Agentlik sədri

11:44 Azərbaycan istifadə olunan vaksin ən effektli və təhlükəsizdir - Peyvənd olunan Oqtay Şirəliyev

11:42 Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini

11:40 Bakıdan Tehrana böyük iqtisadi heyət səfər edib - Hökumətlərarası Komissiyanın iclası olacaq

11:21 Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb - Anar Kərimov

11:19 Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini

11:07 Oqtay Şirəliyev, Zaur Əliyev və Ramin Bayramlı peyvənd olundu (FOTO) (ƏLAVƏ OLUNUB)

10:47 20 Yanvar günü bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10:29 Peyvənd 2021-ci ildə Azərbaycan iqtisadiyyatına koronavirusun mənfi təsirlərinin qarşısını ala bilər

10:22 Azərbaycan vaksinasiyaya başlayır - İlk kimlər peyvənd olunacaq?

10:20 Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib

10:08 Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayanlara müraciət edib

2021-01-15

18:13 Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)

18:05 Azərbaycan Minatəmizləmə Agentliyi yaradılır

17:26 “ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi

16:53 Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib

16:51 İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik

16:35 Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?

16:25 Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib

14:55 Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum

14:52 Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:21 Azərbaycanda 2021-ci ildə Formula 1-in keçiriləcəyi tarix təsdiq edilib

Product image

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb