Türkiyə Ombudsmanı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə xüsusi hesabat hazırlayıb

Siyasət / 27.11.2020 12:20

Türkiyə Respublikasının Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb.

Trend-in məlumatına görə, "Ermənistan-Azərbaycan müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən insan haqlarının pozulması ilə bağlı hesabat” adı ilə təqdim olunan sənəd təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə, yaşayış məskənlərinə və mülki infrastruktura qarşı həyata keçirdiyi hərbi təcavüzə dair faktlar, o cümlədən raket və ağır artilleriya zərbələri nəticəsində yaranmış tələfat və dağıntılar əksini tapıb.

Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun hesabata yazdığı təqdimatda Birləşmiş Millətlər Təşkilatı başda olmaqla insan haqlarını qorumaq məqsədilə təsis edilən beynəlxalq təşkilatların missiyası xatırlanır. Diqqətə çatdırır ki, təcavüzkar Ermənistan dünyanın gözü qarşısında Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib və bu azmış kimi, davamlı olaraq təxribatlar törədərək yeni ərazi iddiaları irəli sürüb. Sentyabrın 27-də başlayan müharibənin və hərbi əməliyyatlar zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilən müharibə cinayətlərinin birbaşa məsuliyyətini Ermənistan dövləti daşıyır. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı məqsədyönlü hücumları nəticəsində Azərbaycanda uşaqlar, qadınlar, yaşlılar daxil olmaqla 94 dinc sakinin öldürüldüyü, 400 nəfərdən çox günahsız şəxsin yaralandığı xatırlanır. Vurğulanır ki, insan haqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlar bu bəşəri cinayətə səssiz qalmamalıdırlar.

Hesabatın "Dağlıq Qarabağ məsələsi” adlı bölməsində tarixi faktlar və rəsmi sənədlər təqdim olunur. Bu bölmədə ermənilərin regiona sonradan köçürülməsi ilə bağlı məlumat da yer alıb. Azərbaycan torpaqlarının hesabına indiki Ermənistan dövlətinin yaradılması, eləcə də bu ölkənin əzəli sakinləri olan azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti bu bölmədə öz əksini tapıb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi, Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu zəbt etdiyi diqqətə çatdırılır. Münaqişənin həlli üçün beynəlxalq məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyi vurğulanır.

"Münaqişə bölgəsindəki gündəlik vəziyyət” bölməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə alması barədə məlumat verilir. Burada ballistik raket və artilleriya zərbələri ilə hədəfə alınan dinc insanların hücum nəticəsində hansı acınacaqlı vəziyyətə düşmələri orijinal fotolarla təqdim olunur. Dağıntı və tələfatın göstəriciləri Ermənistanın müharibə cinayətləri barədə aydın təsəvvür yaradır. Bildirilir ki, müharibə günlərində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 3410 fərdi evə, 120 çoxmərtəbəli binaya və 512 mülki obyektə ciddi ziyan dəyib.

"Hücumların insan haqlarının pozulması aspektindən dəyərləndirilməsi” bölməsində 1949-cu ilin Cenevrə Konvensiyası, 1977-ci il tarixli eyni mahiyyətli protokollar, humanizm prinsipləri xatırladılır. Göstərilir ki, təcavüzkar Ermənistan üç dəfə atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycanın dinc əhalisinə qarşı dağıntı və tələfatla nəticələnən hücumlar edib. Dağıntı və tələfatın miqyası, habelə hücumların edilməsi vaxtı deməyə əsas verir ki, bütün bu hadisələr məqsədli və planlı şəkildə törədilən cinayətlərdir.

Hesabatın nəticə hissəsində Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın dinc əhalisini, yaşayış məskənlərini və mülki infrastrukturunu hədəf alan raket və artilleriya hücumlarının xronologiyası, eləcə də həmin zaman kəsiyində qətlə yetirilən və yaralanan insanların siyahısı təqdim olunub. Siyahıda qətlə yetirilən şəxslərin ad, soyad və ata adları, yaşları, onların harada və hansı formalı hücum nəticəsində öldürülmələri aydın şəkildə göstərilib.

Hesabatın əhatə dairəsi, əlavə edilən fotolar və infoqrafika üslubunda məlumatlar oxucuda ilk baxışdan mövzu ilə bağlı aydın təsəvvür yaradır. Hesabat təkcə beynəlxalq təşkilatlar və məhkəmə orqanları üçün deyil, eyni zamanda, tarix, politologiya, münaqişələrin təhlili, terror, müharibə, hərbi cinayətlər və s. sahələr üzrə araşdırmaçılar üçün də əyani vəsaitdir.

Bildirilir ki, hesabat bu həftədən etibarən Avropa İttifaqı ölkələrinin insan haqları komissiyalarına, eləcə də Türkiyədə və digər dövlətlərdə insan haqları ilə məşğul olan qurumlara göndəriləcək.

Xatırladaq ki, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti cari ilin oktyabrında Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin üzvləri Gəncədə, Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində dağılmış yerlərdə olub, yaralanan insanlarla görüşüb, törədilən müharibə cinayətinin fəsadlarını öz gözləri ilə görüblər.



SON XƏBƏRLƏR

2021-01-18

18:10 Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb

18:00 Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

17:37 Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI

17:34 Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi

16:28 “Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur” - İlham Əliyev

16:25 "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır" - Prezident

16:24 Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”

16:22 Prezident Sumqayıtda iki zavodun təməlini qoydu

16:11 Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

15:49 Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib (FOTO)

15:17 “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 5000 manat cərimələnib

11:52 Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır - Anar Kərimov

11:46 Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq - Agentlik sədri

11:44 Azərbaycan istifadə olunan vaksin ən effektli və təhlükəsizdir - Peyvənd olunan Oqtay Şirəliyev

11:42 Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini

11:40 Bakıdan Tehrana böyük iqtisadi heyət səfər edib - Hökumətlərarası Komissiyanın iclası olacaq

11:21 Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb - Anar Kərimov

11:19 Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini

11:07 Oqtay Şirəliyev, Zaur Əliyev və Ramin Bayramlı peyvənd olundu (FOTO) (ƏLAVƏ OLUNUB)

10:47 20 Yanvar günü bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10:29 Peyvənd 2021-ci ildə Azərbaycan iqtisadiyyatına koronavirusun mənfi təsirlərinin qarşısını ala bilər

10:22 Azərbaycan vaksinasiyaya başlayır - İlk kimlər peyvənd olunacaq?

10:20 Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib

10:08 Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayanlara müraciət edib

2021-01-15

18:13 Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)

18:05 Azərbaycan Minatəmizləmə Agentliyi yaradılır

17:26 “ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi

16:53 Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib

16:51 İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik

16:35 Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?

16:25 Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib

14:55 Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum

14:52 Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:21 Azərbaycanda 2021-ci ildə Formula 1-in keçiriləcəyi tarix təsdiq edilib

Product image

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb