Kəlbəcərin hər qayası bir tarixdir

Gündəm / 27.11.2020 18:08
"Yaz əlvan donunu biçəndə, elat yaşıl qoynuna, çiçəkli dağlarına köç edərdi. Yayda buz qaynaqlı, büllur gözlü şırhaşır axan bulaqların suyu min loğmanın yığılıb çarə edə bilmədiyi xəstəyə dərman olardı. Kəlbəcərin şah zirvələri qarşısında bütün zirvələr baş əyərdi... "

İllərdir ki, hər bahar fəslində biz Kəlbəcəri həsrətlə belə xatırlayırıq . Bu gün isə artıq biz Kəlbəcərin özünü, sözünü danışırıq. Dünyanın möcüzəsi Kəlbəcərə qovuşduq demək!!! Bəli, bu bir xəyal deyil , bir bir yuxu da deyil, həqiqətin özüdür. 25 noyabr 2020 - ci il tarixində işğalçı Ermənistan Azərbaycan Prezidentinin verdiyi qərar qaşısında öz təslimçilik missiyasını göstərməyə, ermənilər də illərdi qonduğu özgə evlərini, Kəlbəcərimizi tərk etməyə məcbur oldular. Nəhayət, rəşadətli Azərbaycan Ordusu kəlbəcərə, öz doğma torpağına sahib çıxdı. Bu münasibətlə tanıdığım kəlbəcərli həmkarlarımı , həm təbrik etdim həm də bu gözəl duyğuları onlarla bir paylaşdıq.

Cəmilə Çiçək:




-Kəlbəcər! Bu söz hər dəfə dilimə gələndə, bu kəlmə hər dəfə qulağıma çatanda içimdən gizilti keçirdi, məni soyuq tər basırdı. Çünki qoynunda dünyaya göz açdığım, Yer üzünün cənnət guşəsi saydığım bu ulu torpaq uzun illərdir əsirlikdə idi. Axı mən də burada dünyaya göz açmışam. Ata-anam, baba-nənəm, bacı-qardaşlarım, mənə doğma olan insanlar da bu ulu torpaqda doğulmuşuq. Gözündən öpdüyümüz, gecə-gündüz sevə-sevə vəsf etdiyimiz bulaqlarımızın gözündən neçə illərdi ki, nankor ermənilər su içirdi.

Kəlbəcər 1936 kvadrat kilometrlik ərazisi olan gözəllik səltənəti canlı təbiət muzeyidir. Muzey deyirəm, qoy rəhmətlik Şamil Əsgərovun narahat ruhu şad olsun, uzun illər ərzində onun gərgin əməyi, böyük fədakarlığı hesabına yaradılan, Yer üzündə tayı-bərabəri olmayan unikal eksponatlara malik rayonumuzun tarix-diyarşünaslıq muzeyi yada düşür. Bu muzeyi görənlər qədim Kəlbəcərin dünəninə heyrətlərini gizlədə bilmirdilər. Sözsüz, Kəlbəcərin hər qaya parçası bir tarixdir. Burada əlinlə toxunduğun, gözünlə gördüyün hər nə varsa, qiyməti bilinməyən bir sərvətdir. Havası, suyu, çölü-çəməni, çiçəkləri can dərmanıdır. Kəlbəcər mənim Məkkəm, mədinəmdi. ömrüm feda olsun Kəlbəcərə. Şükürlər olsun bu günümüzə, təşəkkürlər hər kəsə. Gözümüz aydın olsun!

Məhəmməd Nərimanoğlu:



-Göz yaşlarımı saxlaya bilmirəm. Bu dəfə sevindiyimdən. Kəlbəcərimdən düşmənin ayaqları kəsildi. Bu gecə sabaha qədər yata bilmədim... Anamla Murovun başında bir-birimizi itirib-tapanda elə qışqırmışam ki, Murovdağın başına yağan qar -qırov mənim, anamın və qardaşımın gözlərinə düşüb ! Bu gün o həsrətə son qoyuldu. Şücaətimizin, Bəhmənimizin, Qəmkeşimizin ruhları neynir görəsən?
Düz 27 il bu qədim məbədgahımız ermənilər tərəfindən dağıdıldı, talandı, viran edildu. Qatil düşmən bu yurdun doğma sakinlərini pərən-pərən saldı. Təkcə Kəlbəcərin Ağdaban kəndindəki faciə ermənilərin necə barbar, vəhşi xislətli olduqlarının sübutudur.

1992 -ci ilin aprelin 7-dən 8-nə keçən gecənin tarixi arayışı belədir: Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Xocalı, Xatın və Sonqimi soyqırımı siyasətinin dəhşətli təkrarıdır.

Ağdaban faciəsi - Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımıdır.

Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, yurdundan didərgin salınması, XX əsrin ən qanlı terrorlarından biri - suçsuz qocaların, körpə və qadınların güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, tarixi memarlıq və mədəniyyət abidələrinin dağıdılması, müqəddəs ziyarətgah və qəbiristanlıqların təhqir və məhv edilməsi, klassik Azərbaycan şeirinin ustadı Aşıq Qurbanın və Aşıq Şəmşirin əlyazmalarının yandırılıb talan edilməsi erməni separatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamıdır.

Çox təəssüf ki, 27 il ərzində bir dəfə də olsun dünya dövlətləri bu cinayətin nə adını çəkdi, nə də ermənilərə hər hansı sanksiya tətbiq olundu . Amma illər keçsə də, biz kəlbəcərlilər doğma yurda qayıtmaq ümidini itirmədik.Çünki Ali Baş komandanımız İlham Əliyevin qətiyyətli mövqeyi, Qüdrətli Azərbaycan Ordusunun varlığı zəfərimizin olacağından açıq - aydın xəbər verirdi. Bu gün o gündür.Kəlbəcər azaddır. Qarabağ Azərbaycandır.!

Zəkurə Quliyeva,
"Qarabağ" ın xüsusi müxbiri



SON XƏBƏRLƏR

2021-01-18

18:10 Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb

18:00 Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

17:37 Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI

17:34 Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi

16:28 “Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur” - İlham Əliyev

16:25 "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır" - Prezident

16:24 Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”

16:22 Prezident Sumqayıtda iki zavodun təməlini qoydu

16:11 Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

15:49 Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib (FOTO)

15:17 “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 5000 manat cərimələnib

11:52 Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır - Anar Kərimov

11:46 Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq - Agentlik sədri

11:44 Azərbaycan istifadə olunan vaksin ən effektli və təhlükəsizdir - Peyvənd olunan Oqtay Şirəliyev

11:42 Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini

11:40 Bakıdan Tehrana böyük iqtisadi heyət səfər edib - Hökumətlərarası Komissiyanın iclası olacaq

11:21 Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb - Anar Kərimov

11:19 Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini

11:07 Oqtay Şirəliyev, Zaur Əliyev və Ramin Bayramlı peyvənd olundu (FOTO) (ƏLAVƏ OLUNUB)

10:47 20 Yanvar günü bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10:29 Peyvənd 2021-ci ildə Azərbaycan iqtisadiyyatına koronavirusun mənfi təsirlərinin qarşısını ala bilər

10:22 Azərbaycan vaksinasiyaya başlayır - İlk kimlər peyvənd olunacaq?

10:20 Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib

10:08 Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayanlara müraciət edib

2021-01-15

18:13 Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)

18:05 Azərbaycan Minatəmizləmə Agentliyi yaradılır

17:26 “ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi

16:53 Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib

16:51 İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik

16:35 Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?

16:25 Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib

14:55 Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum

14:52 Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:21 Azərbaycanda 2021-ci ildə Formula 1-in keçiriləcəyi tarix təsdiq edilib

Product image

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb