BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib

Mədəniyyət / 27.11.2020 18:14

Beynəlxalq Muğam Mərkəzi (BMM) Azərbaycanın qədim sənət beşiyi olan Qarabağ bölgəsinin musiqi irsinin təbliği ilə bağlı layihələrini davam etdirir. Mərkəzin "Qarabağın musiqi xəzinəsi” layihəsi də bu bölgənin tanınmış musiqi xadimlərini tanıtdırmaq məqsədi daşıyır. Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.

BMM-dən Trend-ə bildirilib ki, layihə bu dəfə unudulmaz bəstəkar, Xalq artsiti Süleyman Ələsgərova həsr olunub.

Azərbaycan musiqi tarixində və inkişafında Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, istedadlı dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor S.Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir.

Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq prinsipləri və xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir.

Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944-1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949-1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951-1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952-1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954-1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960-1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971-1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantata, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.
Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.

Bəstəkarın mükafatları sırasına "Şərəf nişanı" ordeni , "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı, Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı , "Azərbaycan SSR Xalq artisti", "Şöhrət” ordeni daxildir.



SON XƏBƏRLƏR

2021-01-18

18:10 Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb

18:00 Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

17:37 Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI

17:34 Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi

16:28 “Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur” - İlham Əliyev

16:25 "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır" - Prezident

16:24 Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”

16:22 Prezident Sumqayıtda iki zavodun təməlini qoydu

16:11 Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

15:49 Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib (FOTO)

15:17 “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 5000 manat cərimələnib

11:52 Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır - Anar Kərimov

11:46 Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq - Agentlik sədri

11:44 Azərbaycan istifadə olunan vaksin ən effektli və təhlükəsizdir - Peyvənd olunan Oqtay Şirəliyev

11:42 Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini

11:40 Bakıdan Tehrana böyük iqtisadi heyət səfər edib - Hökumətlərarası Komissiyanın iclası olacaq

11:21 Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb - Anar Kərimov

11:19 Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini

11:07 Oqtay Şirəliyev, Zaur Əliyev və Ramin Bayramlı peyvənd olundu (FOTO) (ƏLAVƏ OLUNUB)

10:47 20 Yanvar günü bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10:29 Peyvənd 2021-ci ildə Azərbaycan iqtisadiyyatına koronavirusun mənfi təsirlərinin qarşısını ala bilər

10:22 Azərbaycan vaksinasiyaya başlayır - İlk kimlər peyvənd olunacaq?

10:20 Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib

10:08 Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayanlara müraciət edib

2021-01-15

18:13 Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)

18:05 Azərbaycan Minatəmizləmə Agentliyi yaradılır

17:26 “ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi

16:53 Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib

16:51 İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik

16:35 Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?

16:25 Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib

14:55 Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum

14:52 Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:21 Azərbaycanda 2021-ci ildə Formula 1-in keçiriləcəyi tarix təsdiq edilib

Product image

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb