Qlobal Ekoloji Fond Azərbaycanda yeni layihəyə başlayır

Cəmiyət / 14.12.2020 17:52
Qlobal Ekoloji Fondun (GEF) şurası, FAO-nun Azərbaycan və Tacikistanda ümumilikdə 12,5 milyon ABŞ dolları dəyərində həyata keçirilən GEF layihələrini dəstəkləyəcəyinə dair qərar qəbul edib. Layihələrdən birinin məqsədi torpaqların deqradasiyasını azaltmaq, mühafizə olunan ərazilərdə biomüxtəlifliyi qorumaq, digər layihə isə dayanıqlı su idarəçiliyinə dəstək göstərməkdir.

FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, layihələr, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM), xüsusilə də suyun dayanıqlı idarə olunmasına (DİM 6) və torpaq ekosisteminin mühafizəsinə (DİM 15) nail olmağa kömək edəcək.

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan nümayəndəliyinin (FAO) Qlobal Ekoloji Fond ilə sıx əməkdaşlığı mövcuddur və 2017-ci ildən bəri təbii ehtiyatların idarə edilməsi mövzusunda layihələr həyata keçirir. Bu səbəbdən, ölkə nümayəndəliyindən daha iki əlavə layihə təklifinin təsdiqlənməsi də tərəflər arasında qarşılıqlı etimadın bariz nümunəsidir”, deyə FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak bildirib.

"Tacikistanda Qlobal Ekoloji Fondun ölkələr arası su idarəçiliyinə verdiyi dəstək, FAO təcrübəsi ilə birlikdə iştirakçı ölkələr və bölgənin digər ölkələrinə inkişaf yolunda uzunmüddətli müsbət təsir göstərəcək", - deyə FAO-nun Tacikistandakı nümayəndəsi Oleq Gucgeldiyev bildirib.

Torpaq sahələri karbon qazının böyük hissəsini özündə cəmləşdirir və biokimyəvi prosesləri, istixana qazlarının atmosferlə mübadiləsini tənzimləyərək karbon qazının balanslaşdırılmasında həlledici rol oynayır. Buna görə münbit torpaqlar və torpaqdan düzgün istifadə istixana qazı tullantılarının emal olunmasına faydalı təsir göstərir.

"Azərbaycanda Torpaq deqradasiyasının azaldılması" adlı layihə, torpağın deqradasiyasının neytrallaşdırılmasına dair milli hədəflərin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün milli səyləri dəstəkləməyi hədəfləyir və Abşeron yarımadasındakı dayanıqlı torpaq idarəçiliyi üzrə pilot layihələr həyata keçirərək, deqradasiya uğramış torpaqların bərpasına və inkişafına töhfə verir.

1-ci mərhələdə torpaqların deqradasiyasının neytrallaşdırılması üçün daha əlverişli mühitin hazırlanması, 2-ci mərhələdə ölkənin ən çox deqradasiyaya uğramış ərazisi olan Abşeron yarımadasının şoran və aşınmış ərazilərinin bərpası və nəhayət, yenidənqurma, monitorinq və qiymətləndirmə işləri nəzərdə tutulur.

Qlobal Ekoloji Fonddan dəstək alan daha bir FAO təşəbbüsü isə Azərbaycanın mühafizə olunan ərazilərinin idarə edilməsi, biomüxtəlifliyin qorunması və dayanıqlı şəkildə istifadəsinə yönəlib. Əlavə olaraq, bu təşəbbüs ətrafdakı istehsal sahələrinin daha dayanıqlı şəkildə idarə olunmasına yardım edəcək.

Təbii ehtiyatların idarə olunması, Hirkan və Şirvan Milli Parklarında təbii ehtiyatlar üzərində təzyiqləri azaltmaq üçün alternativ gəlir mənbələrini təmin etmələri və təbii ehtiyatların dayanıqlı şəkildə idarə olunması, biomüxtəlifliyin qorunması təlimlərində iştirak edən qadınlara xüsusi diqqət ayrılacaq.


SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları