“Human Rights Watch” Ermənistanın Azərbaycana qarşı kasetli silahlardan istifadə etməsinə dair növbəti hesabat yayıb

Gündəm / 15.12.2020 15:39

"Human Rights Watch” təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araşdırmalara dair növbəti hesabat yayıb.

Trend xəbər verir ki, hesabatda Ermənistanın və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələrinin altı həftəlik müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrini dəfələrlə qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutduğu bildirilir. Vurğulanır ki, qadağan olunmuş silahların istifadəsi müharibə qanunlarının pozulmasıdır.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch”un tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatdan istifadə olunduğu dörd hücumu sənədləşdiriblər. Bu hücumlar nəticəsində 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb.

"Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Hugh Villiamson bildirib ki, kasetli silahlardan istifadə beynəlxalq sazişlə qadağan olunub. Bu silahların xüsusilə də mülki əhaliyə qarşı istifadəsi qəbuledilməzdir.

Hesabatda kasetli silahların xüsusiyyətləri barədə də məlumat verilir. Qeyd edilir ki, onlar top, raket və minaatanlar vasitəsilə yerdən və ya təyyarə ilə havadan atıla bilər. Tipik olaraq bu sursatlar havada partlayır və ondan ayrılan bir çox bomba hissəcikləri geniş əraziyə yayılır. Hücum zamanı bölgədəki hər kəs - istər döyüşçülər, istərsə də mülki insanlar ölüm və ya yaralanma riski altında qalırlar. Bundan əlavə, kasetli sursatlar tez-tez ilkin təsir nəticəsində partlaya bilmir və onlar minalar kimi təhlükə mənbəyi olaraq qalır.

Hesabatda bu ilin oktyabr ayında Bərdə şəhərinə atılan və 21 mülki şəxsin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silah hücumu da sənədləşdirilib. Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı "Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə, ikisi Goranboy, biri Tərtər rayonunda olmaqla dörd kasetli silahlı hücumu sənədləşdirib. Kasetli silahlar mülki və hərbi obyektləri ayıra bilmədiyi üçün onların istifadəsi müharibə qanunlarını pozur.

Bildirilir ki, təşkilatın nümayəndələri noyabrın 27-də Yerevanda Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi ilə görüşüblər. Nazirliyin rəsmisi Ermənistan ordusunun hərbi arsenalında kasetli silah-sursatların olmasını təkzib edib. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən dərc edilən illik "Hərbi Balans-2020” daxil olmaqla, bir sıra beynəlxalq nəşrlər Ermənistanın "Toçka-U” və "İsgəndər” ballistik raketlərinə, "Smerç” və Çin istehsalı olan WM-80 çoxlüləli raket atıcılarına sahib olduğunu və bunların hamısının kasetli bombalar ata biləcəyini deyirlər. "Human Rights Watch” Dağlıq Qarabağdakı qüvvələrin kasetli silahlara sahib olmadığının fərqindədir. Belə olan halda Ermənistan silahlı qüvvələrinin bu hücumları həyata keçirdiyi və ya Dağlıq Qarabağdakı hərbi qüvvələri bu döyüş sursatları ilə təmin etdiyi ehtimal olunur. Qadağan edilmiş silahlar kimi, kasetli döyüş sursatları heç bir halda heç kim tərəfindən istifadə edilməməli və ya təmin edilməməlidir.

Qeyd edək ki, hesabatda kasetli silahların birbaşa hücumuna məruz qalmış azərbaycanlı mülki şəxslərin fikirləri və müsahibələri də yer alıb.



SON XƏBƏRLƏR

2023-01-27

17:47 İran rəsmən izahat verməlidir

14:48 Terror hadisəsini şiddətlə qınayırıq

14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

2023-01-26

13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı

13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB

12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi

08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”

2023-01-24

11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

2023-01-23

15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi

15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri

10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI

10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib

09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib

2023-01-18

13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

2023-01-16

18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB

17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB

16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”

14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB

12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

Product image

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları