"Ermənistan ölkə kimi məhv olmağın bir addımlığındadır" - Vitse-spiker

Siyasət / 15.12.2020 16:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Ermənistanın işğalı altında olan ərazilərimizi azad etdi. Ermənistan ordusuna məxsus olan, pərakəndə şəkildə gizlənən azsaylı döyüşçülər isə tam şəkildə zərərsizləşdirildi. Artıq əminliklə deyə bilərik ki, Ermənistanın faşist idarəçilik üsulu məhv edildiyinə görə bundan sonra regionda sülh bərqərar olacaq.
Azvision.azxəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ona görə hərbi yolla həll olundu ki, onun həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il ərzində Ermənistanı öhdəliklərini icra etməyə məcbur etmədi.

"Regionun uzun müddətdən bəri bu sülhə ehtiyacı olsa da, 30 ilə yaxın davam edən münaqişəni heç kəs yoluna qoymağa tələsmirdi. Sanki "münaqişənin hərbi həlli yoxdur” deməklə onu unutdurmağa cəhd edirdilər. Təbii ki, bu da Ermənistan hakimiyyətini tam şəkildə qane edirdi və münaqişənin həllinin qeyri-müəyyən vaxta qədər təxirə salınması demək idi. Prezident İlham Əliyev dəfələrlə bu münaqişənin həll edilməsi üçün mandat almış dövlətlərdən münaqişənin həmişəlik həllini tələb etməsinə baxmayaraq, beynəlxalq təşkilatlar heç bir ciddi addım atmırdılar. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn ən əsas maddələrindən biri olsa da, bu normanın pozulmasının qarşısının alınması istiqamətində ciddi iş görülmürdü. Beynəlxalq vasitəçilər öz imkanlarından, potensiallarından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməyə məcbur edə bilərdi, lakin vasitəçilər heç bir ciddi addım atmadılar. Halbuki Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, bu işğalçı ölkə hərbi qüvvələrini geri çəkərdi. Lakin bu, baş vermədiyinə görə ölkəmiz münaqişəni hərbi yolla həll etmək məcburiyyətində qaldı və uğurla həll etdi.

Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın regionun deyil, dünyanın qüdrətli ölkələrindən birinə çevrilməsi bəzi qüvvələri çox narahat edir. Ölkəmizin regionda 30 ilə yaxın davam edən təcavüzə cəmi 44 gün ərzində son qoymasını həzm edə bilməyən kifayət qədər qüvvələr var. Onlar hətta müharibə dövründə istər aşkar, istərsə də gizli yollarla Ermənistana dəstək olmağa cəhd etdilər. Lakin bu dəstəklərin qarşısı alınmaqla yanaşı, Ermənistana çox ciddi zərbələr vuruldu. Tarixi təcrübəyə istinadən deyə bilərik ki, bu məğlubiyyət de-fakto olaraq Ermənistanın faşist hakimiyyətinin sonu deməkdir. Çünki Ermənistan məğlub olaraq kapitulyasiyanı imzalamağa məcbur edildi".

Vitse-spiker qeyd edib ki, hətta müharibənin əvvəlindən də bu müharibənin Ermənistan hakimiyyətinin sonu olacağı barədə proqnozlar verilirdi.

"Hazırda görürük ki, Ermənistanda hər gün mitinqlər davam edir. Xüsusilə bir hala diqqət çəkmək lazımdır ki, pandemiyadan əvvəl belə Ermənistan büdcəsində çox ciddi kəsir yaranmışdı. Pandemiyanın Ermənistanda tüğyan etməsi isə bu ölkənin iqtisadiyyatını tam məhv etdi. Bütün bunlara əsasən demək olar ki, Ermənistan ölkə kimi məhv olmağın bir addımlığındadır. Bu ölkənin Azərbaycana qarşı təxribatlara əl atmasının əsas səbəblərindən biri orada mövcud olan hakimiyyətin öz ölkəsindəki iqtisadi böhranı gizlətmək istəməsi idi. Lakin şanlı Ordumuzun düşmənin böyük sayda texnikasını və şəxsi heyətini məhv etməsi, salamat qalan hərbi texnikanı isə qənimət kimi götürməsi onu deməyə əsas verir ki, Ermənistan bundan sonra da öz istifadəsində olmayan və ya məhv edilmiş texnikaların pulunu uzun müddət ödəməli olacaq. Təbii ki, heç bir Ermənistan vətəndaşı Azərbaycan Ordusunun sərəncamında olan və ya ordumuz tərəfindən məhv edilmiş texnikanın pulunu ödəmək istəmir. Müharibədə verdiyi itkilər isə hələ Ermənistanın uzun müddət özünə gəlməsini mümkünsüz edir.

Görünən odur ki, Paşinyan bu məğlubiyyəti ilə həm özünü, həm də dövləti çıxılmaz vəziyyətə salıb və Ermənistan artıq başa düşür ki, bundan sonra Azərbaycan xalqının heysiyyəti ilə oynamaq onlar üçün daha ağır nəticələrə səbəb ola bilər”.


SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları