Şahin Mustafayevin İrana səfəri çərçivəsində bir sıra mühüm məsələlər müzakirə edilib

Siyasət / 23.12.2020 18:57

22 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, səfər zamanı Ş.Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, energetika naziri Rza Ərdəkanian, müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi ilə görüşüb danışıqlar aparmışdır. Görüşlər zamanı İran rəsmiləri uzun illərdir işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması münasibətilə təbriklərini çatdırmışlar. İran tərəfinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə edilmişdir. Həmçinin, ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur, o cümlədən hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılmışdır.

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə keçirilən görüşdə ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyəti vurğulanmışdır. Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasından və Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından rəsmi Tehranın məmnun olduğu ifadə edilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda sülhün və sabitliyin təmin olunmasında vacib şərtdir və Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarətin bərpa edilməsi dost və qardaş İran İslam Respublikası ilə daha geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaradır.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırmasının İranda xoş qarşılandığı və yüksək qiymətləndirildiyi qeyd edilmişdir.

Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ölkələr arasında əməkdaşlığın miqyasını ən yüksək səviyyəyə qaldırmışdır.

Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi, Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilmişdir. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanmışdır. "Ordubad” və "Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər müzakirə edilmiş, o cümlədən "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin tezliklə başa çatdırılması üçün atılacaq növbəti addımlar, həmçinin, layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər və onların nəticələri müzakirə edilmişdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanları və bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılmışdır. Həmçinin, sərhəd çaylarının birgə istismarı sahəsində Azərbaycan ilə İranın əməkdaşlığının dünyada nümunə olduğu vurğulanmış, növbəti ildə Naxçıvan MR ərazisində Araz SES və hidroqovşağının birgə istismarının 50 illiyinin yüksək səviyyədə qeyd edilməsi razılaşdırılmışdır.

Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində keçirilən görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılmışdır. İran tərəfi işğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində öz təcrübə və imkanlarını Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu bildirmişdir.



SON XƏBƏRLƏR

2023-03-27

13:20 Toivo Klaar Azərbaycana səfər edəcək

12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir

10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

10:03 Türkiyəli aktyor vəfat etdi

09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ

09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

09:22 Samuxda narkotik satan şəxslər tutuldu

09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb

09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu

08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı

08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO

08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

08:42 Gəncədə qazi BIÇAQLANDI

08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi

08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB

08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”

00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

Product image

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları