Prezidentin sədrliyi ilə videoformatda müşavirə keçirildi - YENİLƏNİB

Siyasət / 06.01.2021 16:56

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlətimizin başçısı bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib.


"Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib.

2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident İlham Əliyev pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.

Prezident İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirib. Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları da sadalayıb. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb, bununla bağlı tapşırıqlarını verib.

Müşavirədə məruzələr dinlənilib.



SON XƏBƏRLƏR

2021-01-21

18:28 Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar

17:45 Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev

17:31 "Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza

17:11 Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib

16:54 Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

16:45 Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov

16:15 Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır

15:30 Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi

14:40 Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

14:07 “Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub

13:44 Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA

13:08 Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq

12:21 Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ

12:20 Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

11:55 Liviyada həbsdə olan 2 azərbaycanlı vətənə geri qayıdıb - XİN

11:38 DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi

11:34 Parlament investorlara əlverişli şərait yaratmaq üçün qanunvericilik bazasına yenidən baxır

11:24 Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək

11:09 Regionda yolların açılması Yerevanın xeyrinə olacaq - Ermənistan baş nazirinin müavini

10:59 İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu

10:14 Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb

2021-01-20

19:22 Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)

17:55 Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)

16:34 Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib

16:22 Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!

14:22 Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb

14:13 Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)

14:01 20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri

13:53 Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

13:38 20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı

12:38 DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb

12:26 Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı

12:06 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:43 Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı

Product image

16:21 Azərbaycanda 2021-ci ildə Formula 1-in keçiriləcəyi tarix təsdiq edilib

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb