Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Siyasət / 15.01.2021 16:53

Yanvarın 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ilə görüşüb.
Milli Məclisdən Trend-ə bildirilib ki, spiker qonağı salamlayaraq ona səfir kimi fəaliyyətində uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, Amanullah Ceyhun Əfqanıstanın Azərbaycanda təmsilçisi kimi ölkələrimiz arasında münasibətlərin inkişafında səylərini əsirgəməyəcək.
Qeyd edilib ki, Azərbaycan respublikamızın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Əfqanıstanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır. Xalqlarımız arasında dostluğun qədim tarixi kökləri var və bu münasibətlər bu gün də yüksək səviyyədə davam etdirilir.
Spiker Sahibə Qafarova bildirib ki, ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar siyasi münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinə müsbət təsir edir.
Bu gün Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinin uğurla fəaliyyət göstərdiyini bildirən Milli Məclisin Sədri qeyd edib ki, bu ölkə ilə əlaqələri daha da dərinləşdirmək məqsədilə Azərbaycan parlamenti ötən sessiyada Əfqanıstanda Azərbaycan səfirliyinin açılması barədə qanun layihəsini qəbul edib. Cari ilin 13 yanvar tarixində isə qeyd edilən Qanun möhtərəm Prezident İlham Əliyev trəfindən təsdiqlənib.
Əlaqələrimizin inkişafında hər iki ölkənin parlamentlərinin müsbət rolundan danışan Spiker xatırladıb ki, Milli Məclisdə Əfqanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. O, təcrübə və informasiya mübadiləsi baxımından, deputatların mütəmadi görüşlərinin vacibliyini vurğulayaraq, post-pandemiya dövründə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətli olacağını qeyd edib.
Sədr Ermənistan-Azərbaycan münaqişəsinin həllində Əfqanıstan dövlətinin mövqeyini yüksək qiymətləndirərək, bildirib ki, Əfqanıstan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində açıq mövqe nümayiş etdirib, ölkəmizin ədalətli mövqeyinə dəstəyini ifadə edib. Bu dəstək özünü Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar zamanı da aydın şəkildə büruzə verib. Belə ki, Əfqanıstan Xarici İşlər Nazirliyi, bu ölkənin Milli Assambleyasının Ağsaqqallar Şurası, Assambleyanın Xalq Palatası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər.
Sədr gələcəkdə də münasibətlərimizin yüksələn xətlə inkişaf edəcəyinə inamını bildirib.
Səmimi qəbul üçün minnətdarlıq edən Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun Azərbaycan və Əfqanıstan arasında münasibətlərin qədim tarixə malik olduğunu qeyd edib. O, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi naminə səfir kimi səylərini əsirgəməyəcəyini deyib.
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq
10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”
09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
2023-03-15
19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"
18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək
18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü
17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB
15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"
11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb
10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"
09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
08:56 QHT məktəbi fəaliyyətə başlayır
08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı
08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev
08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi
08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları