Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini

Cəmiyət / 18.01.2021 11:19

Yaxın aylarda daha 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Nazir müavini postmüharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvünün, qazinin, müharibədən zərər çəkən şəxsin bu dəstəklə əhatə olunduğunu qeyd edib. O cümlədən 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlərin təyin edildiyini, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğuluq proqramlarına cəlb olunduğunu, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərildiyini diqqətə çatdırıb.

O, son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib. İndiyədək bu kateqoriyalardan olanlara 9100-dən çox mənzil və fərdi evin, 7200-dən çox avtomobilin verildiyini qeyd edib. Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesinin bitməkdə olduğunubildirib. Bu yeni mühüm proqramın şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcəyini deyib.

A.Kərimov diqqətə çatdırıb ki, son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb. Yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimiz reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır. Son bir ayda onlara 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub, hazırda da bu sahədə işlər davam edir.

Nazir müavini vurğulayıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ilə güclənməsinə imkan verib. 2020-ci ildə də sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20%, Prezidentin təqaüdü və müavinət üzrə 18%, ünvanlı sosial yardım üzrə 41% çox vəsait yönəldilib.

A.Kərimov dövlət başçısının Fərmanları ilə şəhid ailələri və müharibə iştirakçılarına növbəti dəstək kimi, cari ilin əvvəlindən onlara yönələn təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını, yeni təqaüd növlərinin təsis edildiyini, 100 minədək insanın bu fərmanlarla əhatə olunduğunu qeyd edib. O, ötən il sosial ödənişlərin davamlılığının təmin olunduğunu, ünvanlı sosial yardım proqramının genişləndiyini, bu proqrama əlçatanlığın artırıldığını və proqramın şərtlərinin yumşaldıldığını bildirib.

Nazir müavini bildirib ki, 2021-ci ildə qarşıda duran sosial hədəflər sırasına postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərinin daha da genişləndirilməsi, sosial ödənişlərinin davamlılığının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun qurulmasınabaşlanması, sosial proqramların, o cümlədən mənzil və avtomobillə təminat, özünüməşğulluq və s. proqramların daha da genişləndirilməsi, yeni DOST, reabilitasiya və sosial xidmət mərkəzlərinin yaradılması, Nazirlik üzrə e-xidmətlərin sayının 61-dən 100-ə çatdırılması və s. daxildir.



SON XƏBƏRLƏR

2021-03-05

19:29 Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

19:18 YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)

18:00 “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi

17:02 Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib

16:54 AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb

16:41 Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri

16:35 Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva

16:30 Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

16:28 Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub

16:16 Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı

15:45 Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi

14:22 Mübariz Mənsimov azadlığa buraxılıb

11:03 Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edib (FOTO) (YENİLƏNİB)

11:01 Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir (FOTO)

10:53 Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq - Nazir müavini

2021-03-04

18:57 Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib

18:01 Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb

17:58 Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib

16:56 Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

16:50 Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)

16:36 Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

16:17 Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Qazi

16:11 Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb

16:09 Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları

16:00 AZAL Azərbaycana gələcək şəxslərlə bağlı məlumat yaydı

15:36 Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan

15:27 YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

14:35 Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir

14:24 Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik

14:00 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)

13:57 Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb

13:51 Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan

12:34 Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:42 "Milan"dan İbrahimoviç açıqlaması

Product image

16:26 Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi açıqlanıb

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb