Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb

Cəmiyət / 21.01.2021 10:14

Bu gündən ümumtəhsil müəssisələrində şagirdlərin 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirilməsinə başlanılıb.

Trend-in məlumatına görə, ötən illərdən fərqli olaraq, bu il şagirdlərin yarım il üzrə qiymətlərlərinin müəyyən edilməsi üçün heç bir kiçik və böyük summativ qiymətləndirmə aparılmayıb. Şagirdlər yalnız bu gündən keçirilən qiymətləndirmə nəticəsində yarım illik qiymətlərini ala biləcəklər.

Təhsil Nazirliyi Kollegiyasının təsdiqlədiyi "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” na əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.

Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur və sinif jurnalında müvafiq qaydada yazılacaq. Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı "0” qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblər gözlənilməklə şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur. Qeyd olunan müddətdə təhsilalan qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə qiymətləndirmə üzrə balı "0” qəbul olunur.

Təhsil üzrə ekspert Elçin Süleymanov Trend-ə bildirib ki, adi qaydada məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ olmaqla üç növdən ibarətdir. I siniflərdə summativ qiymətləndirmələrin keçirilməsi nəzərdə tutulmur. II-IV siniflərdə kiçik summativlər (KSQ) nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmır. Böyük summativ qiymətləndirmə (BSQ) yalnız V-XI siniflərdə aparılır. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdən həyata keçirilir. Yarım il qiymətləri BSQ aparılmayan fənlər üzrə KSQ ballarının ədədi ortası və ona uyğun qiymətə ("5” ballıq) əsasən yazılır. Lakin pandemiya ilə əlaqədar olaraq, bu il qiymətləndirmənin bu formada aparılması mümkünsüz idi.

Mütəxəssisin sözlərinə görə, bu səbəbdən orta məktəblərdə summativ qiymətləndirmələrin onlayn aparılması qaçılmaz idi.

E.Süleymanov hesab edir ki, onlayn tədrisin qiymətləndirilməsində şagirdlərin dərsə davamiyyətini nəzərə almamaq ədalətli olardı. Çünki bütün şagirdlərin internet və texnologiya əlçatanlığı eyni olmaya bilər.

Onun fikrincə, qiymətləndirmənin obyektiv və ədalətliliyi ilə yanaşı, onun keçirilən bütün mövzuları əhatə etməsi də əhəmiyyətlidir.



SON XƏBƏRLƏR

2021-02-25

18:00 “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM

17:59 Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib

17:17 Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib

16:40 Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək

16:30 Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi

16:20 Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir

16:18 Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək

15:49 Cəbrayılda daha bir nəfər minaya düşdü

14:51 Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)

13:46 Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)

13:38 Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)

13:26 Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA

13:14 Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA

13:11 Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu

12:53 Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN

12:51 Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

12:47 Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb

12:24 Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab

12:21 Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib

11:53 Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı

11:36 Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq - Mustafa Şentop

11:24 Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri

11:06 Qubadlı rayonunun Yusifbəyli kəndi (FOTO/VİDEO)

10:11 Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb

10:07 Bakıda ən çox yol qəzaları bu ərazilərdə olub - RƏSMİ

09:21 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

2021-02-23

18:25 Ərdoğan Ceyhun Bayramovu qəbul edib

18:05 Badamdarda meyiti aşkarlanan 2 qardaşın biri AzTU-nun tələbəsi imiş (FOTO)

17:41 Azərbaycan icması britaniyalı deputatları Xocalı soyqırımını tanımağa çağırıb

17:36 Milli Məclisdə İsrail səfiri ilə görüş keçirilib (FOTO)

16:43 Prezident İlham Əliyev: Bu gün Azərbaycan region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir

16:42 Xalq artisti Yalçın Rzazadə Lənkəranda dəfn edildi

16:35 Azərbaycan Prezidenti: Dağlıq Qarabağ münaqişəsi sona çatıb, tarixin bir hissəsinə çevrilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:42 "Milan"dan İbrahimoviç açıqlaması

Product image

16:26 Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi açıqlanıb

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb