Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi

Gündəm / 21.01.2021 15:30

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı "Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında – Vətən Müharibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müxtəlif strukturlarının 13 əməkdaşı iştirak edib.

Komitədən Trend-ə bildiriblər ki, hərbi səfərbərlik zamanı könüllü şəkildə Silahlı Qüvvələrimizin sıralarına qoşulan bu cəsur və vətənpərvər gənclərin hamısı hərbi xidmətdən tərxis olunduqdan sonra öz iş yerlərinə qayıdıb.

Düşmən üzərində möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçıları ilə Dövlət Komitəsində görüş keçirilib. Komitə sədri Rövşən Rzayev onları qələbə münasibətilə təbrik edib, torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlıq bildirib.

Xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığı sevinc və qürur hissi ilə qeyd edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərirlər. Bu kateqoriyalara aid vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir. Vurğulanıb ki, komitənin sifarişi ilə inşa edilmiş yeni yaşayış sahələrinin şəhid ailələrinə verilməsi barədə ölkə rəhbərinin qərarını məcburi köçkünlər rəğbətlə qarşılayıblar. Onlar yenidən qurulacaq doğma yurd yerlərinə qayıdacaqlar, ata-baba torpaqlarında yeni həyata başlayacaqlar.

Komitənin müharibədə iştirak edən əməkdaşlarının hərbi əməliyyatlarda göstərdikləri şücaətə görə müxtəlif dövlət təltiflərinə layiq görülməsinin kollektivdə qürur və iftixar hissi doğurduğu qeyd edilib.

Görüşdə Vətən Müharibəsi iştirakçıları Nicat Cəlilova, Əli Həbibzadəyə, Toğrul Əliyevə, Eyvaz Novruzova, Ömür Mehdiliyə, İlqar Quliyevə, Bayram Vəliyevə, Mübariz Əliyevə, Elşən Vəliyarzadəyə, Arif Abbasova, Elşad Şirinova, Zamiq Cəfərova, Elxan Xankişiyeva, həmçinin arxa cəbhədə göstərdikləri xidmətlərə görə 5 nəfərə - komitə sədrinin müşaviri Nəsimi Nərimanova, Miqrasiya, məskunlaşma, status və sosial təminat şöbəsinin müdir müavini Xəyyam Hüseynova, Füzuli rayon sektorunun müdiri Elmir Allahyarova, Tərtər rayon sektorunun müdiri Möhlət Nəzərova, Mənzil-İstismar Departamentinin direktor müavini Azər Eminova komitə rəhbərliyi tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.

Vətən Müharibəsində ön və arxa cəbhələrdə fədakarlıq göstərən komitə əməkdaşları dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi, doğma Qarabağın dirçəlişi, xalqımızın rifahı naminə bundan sonra da böyük məsuliyyətlə çalışacaqlarına bildiriblər.



SON XƏBƏRLƏR

2021-02-25

18:00 “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM

17:59 Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib

17:17 Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib

16:40 Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək

16:30 Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi

16:20 Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir

16:18 Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək

15:49 Cəbrayılda daha bir nəfər minaya düşdü

14:51 Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)

13:46 Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)

13:38 Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)

13:26 Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA

13:14 Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA

13:11 Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu

12:53 Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN

12:51 Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

12:47 Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb

12:24 Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab

12:21 Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib

11:53 Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı

11:36 Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq - Mustafa Şentop

11:24 Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri

11:06 Qubadlı rayonunun Yusifbəyli kəndi (FOTO/VİDEO)

10:11 Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb

10:07 Bakıda ən çox yol qəzaları bu ərazilərdə olub - RƏSMİ

09:21 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

2021-02-23

18:25 Ərdoğan Ceyhun Bayramovu qəbul edib

18:05 Badamdarda meyiti aşkarlanan 2 qardaşın biri AzTU-nun tələbəsi imiş (FOTO)

17:41 Azərbaycan icması britaniyalı deputatları Xocalı soyqırımını tanımağa çağırıb

17:36 Milli Məclisdə İsrail səfiri ilə görüş keçirilib (FOTO)

16:43 Prezident İlham Əliyev: Bu gün Azərbaycan region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir

16:42 Xalq artisti Yalçın Rzazadə Lənkəranda dəfn edildi

16:35 Azərbaycan Prezidenti: Dağlıq Qarabağ münaqişəsi sona çatıb, tarixin bir hissəsinə çevrilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:42 "Milan"dan İbrahimoviç açıqlaması

Product image

16:26 Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi açıqlanıb

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb