Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Siyasət / 21.01.2021 17:45

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə deputatlarn suallarını cavablandıran zaman Şuşa haqqında söylədikləri Ermənistanda rezonans doğurub.
Nikol Paşinyan müxalifət "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Naira Zohrabyanın sualına cavab verərkən deyib: "Qarabağ münaqişəsi başlayana qədər Şuşa sakinləri arasında azərbaycanlıların sayı 90 faizdən çox idi. Yəni siz demək istəyirsiniz ki, əhalisinin 90 faizindən də artığı azərbaycanlılar olmuş Şuşa statusuna görə erməni şəhəridir?!”.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, Şuşa şəhərinin əhalisi həmişə 98-99 faiz azərbaycanlılardan ibarət olub.
O qeyd edib ki, Şuşa şəhərinin bünövrəsini Azərbaycanın görkəmli Qarabağ xanı Pənahəli xan qoyub:
"Şuşa şəhərində daim azərbaycanlılar yaşayıb və təsadüfi deyil ki, Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Artıq bütün dünya bilir ki, Şuşa Azərbaycan şəhəridir. Paşinyanın da etirafları bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə dedikləri cəfəng fikirləri alt-üst etdi, göstərdi ki, bu fikirlər sadəcə özlərini aldatmaqdan başqa bir şey deyil.
Mən 12 yaşıma qədər Şuşada yaşayan bir şəxs kimi deyə bilərəm ki, Şuşada həmişə azərbaycanlılar çox gözəl, xoşbəxt yaşayıblar. Bizim mütəfəkkirlərimiz, tanınmış bəstəkarlarımız Şuşa şəhərində yaşayıblar. Görkəmli dövlət xadimi, Azərbaycan ədəbiyyatının şöhrətli nümayəndələrindən biri Əhməd bəy Ağaoğlu kimi insanlarımız bizi çağdaş Avropa mədəniyyəti ilə tanış edib, fransız milli məktəbini açmasl ilə Şuşaya Avropa mədəniyyətinin nümunələrini gətirib. Bütün bunlar hamısı tarixi və mədəni faktlardır. Bunu heç kim təkzib edə bilməz, buna qarşı hər hansı bir arqument qoyula bilməz”.
2021-02-25
18:00 “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
17:59 Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
17:17 Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
16:40 Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
16:30 Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
16:20 Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
16:18 Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
15:49 Cəbrayılda daha bir nəfər minaya düşdü
14:51 Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
13:46 Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
13:38 Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
13:26 Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
13:14 Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
13:11 Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
12:53 Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
12:51 Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
12:47 Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
12:24 Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab
12:21 Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib
11:53 Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı
11:36 Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq - Mustafa Şentop
11:24 Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
11:06 Qubadlı rayonunun Yusifbəyli kəndi (FOTO/VİDEO)
10:11 Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb
10:07 Bakıda ən çox yol qəzaları bu ərazilərdə olub - RƏSMİ
09:21 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
2021-02-23
18:25 Ərdoğan Ceyhun Bayramovu qəbul edib
18:05 Badamdarda meyiti aşkarlanan 2 qardaşın biri AzTU-nun tələbəsi imiş (FOTO)
17:41 Azərbaycan icması britaniyalı deputatları Xocalı soyqırımını tanımağa çağırıb
17:36 Milli Məclisdə İsrail səfiri ilə görüş keçirilib (FOTO)
16:43 Prezident İlham Əliyev: Bu gün Azərbaycan region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir
16:42 Xalq artisti Yalçın Rzazadə Lənkəranda dəfn edildi
16:35 Azərbaycan Prezidenti: Dağlıq Qarabağ münaqişəsi sona çatıb, tarixin bir hissəsinə çevrilib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
17:42 "Milan"dan İbrahimoviç açıqlaması

16:26 Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi açıqlanıb
Maraqlı
19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb