Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Siyasət / 21.01.2021 16:45

Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər
Trend-in məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüş zamanı deyib.
Qurbanqulu Berdiməhəmmədov bildirib:
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması münasibətilə təbrik edirəm. Ölkələrimizin və xalqlarımızın həyatında həqiqətən əlamətdar olan bu hadisə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənib. Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər. Qeyd etmək lazımdır ki, ikitərəfli səmərəli əlaqələrin əsasını ən yüksək dövlət səviyyəsində qurulan açıq, konstruktiv və səmimi siyasi dialoq təşkil edir. Sizinlə mütəmadi görüşlərimizin gedişində siyasi-diplomatik, ticari-iqtisadi, mədəni-humanitar və sair sahələrdə ikitərəfli tərəfdaşlığa dair mühüm mövzular müzakirə edilir. Sözsüz ki, belə əlaqələrin nəticələri iki dövlətin hökumət və xarici siyasət idarələrinin sonrakı fəaliyyətinin predmetinə çevrilir. Mən bu kontekstdə Türkmənistanın və Azərbaycanın dövlət strukturlarının, yəni Prezidentlər səviyyəsində əldə olunan razılaşmaların icrasına məsuliyyət daşıyan qurumların fəaliyyətinin aktivləşdirilməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu, öz növbəsində, hər iki tərəfi Türkmənistan-Azərbaycan əməkdaşlığında böyük potensial imkanlardan istifadəyə yönəlmiş yeni ideyaların və təşəbbüslərin axtarılmasına və icrasına stimullaşdırmalıdır. İmzalanmış Memorandumun əhəmiyyəti məsələsinə qayıdaraq, Sizin diqqətinizi bir daha ona yönəltmək istərdim ki, bu sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni mərhələ açır. Bunun üçün zəruri olan hər şey - həm siyasi iradə, həm texniki və texnoloji təchizatın yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Lakin Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni əsrlərboyu türkmən və Azərbaycan xalqlarında mövcud olan möhkəm qardaşlıq telləridir. Burada Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasına Türkmənistanın və Azərbaycanın töhfəsini və səyini xüsusi vurğulamaq istəyirəm. Məhz bizim iki ölkənin yüksək siyasi və diplomatik fəallığı nəticəsində son onilliklərdə Xəzəryanı dövlətlərin mütəmadi əsasda Zirvə görüşlərinin və digər yüksək forumlarının keçirilməsi mümkün olub, Xəzəryanı ölkələrin indiki və gələcək tələblərinə cavab verən, Xəzər dənizində təhlükəsizlik, iqtisadiyyat və ekologiya kimi mühüm sahələrdə çoxtərəfli qarşılıqlı fəaliyyətin əsas parametrlərini müəyyən edən beynəlxalq hüquqi baza yaradılıb. Fikrimcə, bu, çox cəhətdən Türkmənistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın yüksək səviyyəsi və Xəzər problemlərinə aid bütün məsələlərin həllinə bizim yanaşmalarımızın ümumiliyi sayəsində mümkün olub".
2021-02-25
18:00 “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
17:59 Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
17:17 Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
16:40 Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
16:30 Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
16:20 Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
16:18 Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
15:49 Cəbrayılda daha bir nəfər minaya düşdü
14:51 Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
13:46 Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
13:38 Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
13:26 Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
13:14 Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
13:11 Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
12:53 Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
12:51 Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
12:47 Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
12:24 Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab
12:21 Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib
11:53 Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı
11:36 Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq - Mustafa Şentop
11:24 Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
11:06 Qubadlı rayonunun Yusifbəyli kəndi (FOTO/VİDEO)
10:11 Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb
10:07 Bakıda ən çox yol qəzaları bu ərazilərdə olub - RƏSMİ
09:21 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
2021-02-23
18:25 Ərdoğan Ceyhun Bayramovu qəbul edib
18:05 Badamdarda meyiti aşkarlanan 2 qardaşın biri AzTU-nun tələbəsi imiş (FOTO)
17:41 Azərbaycan icması britaniyalı deputatları Xocalı soyqırımını tanımağa çağırıb
17:36 Milli Məclisdə İsrail səfiri ilə görüş keçirilib (FOTO)
16:43 Prezident İlham Əliyev: Bu gün Azərbaycan region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir
16:42 Xalq artisti Yalçın Rzazadə Lənkəranda dəfn edildi
16:35 Azərbaycan Prezidenti: Dağlıq Qarabağ münaqişəsi sona çatıb, tarixin bir hissəsinə çevrilib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
17:42 "Milan"dan İbrahimoviç açıqlaması

16:26 Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi açıqlanıb
Maraqlı
19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb