Prezident və birinci xanım “Milan Ekspo 2015” sərgisinin milli pavilyonunda

Gündəm / 08.10.2018 16:27
Azərbaycanın "Milan Ekspo 2015” Ümumdünya sərgisindəki mili pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub.

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yenidən qurulan pavilyondakı şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.

Qeyd edək ki, bu bina Dənizkənarı Milli Parkın ərazisində bütün fəsillərdə daimi istifadəyə uyğunlaşdırılıb. Burada Azərbaycan mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb, terras qurulub.

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə "Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialı və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən "Milan Ekspo 2015” sərgisini 23 milyondan çox insan ziyarət edib. Bu müddətdə Azərbaycanın milli pavilyonunda isə 3 milyon 250 mindən çox izləyici olub. "Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyon Milanda 1800 kvadratmetr ərazidə təşkil olunmuşdu. Azərbaycan "Milan Ekspo 2015” Ümumdünya sərgisinin bütün mərhələlərində seçilən dövlətlər sırasında olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz "Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Milli pavilyonun əsas özəlliyindən biri onun 3 biosferdən təşkil olunması idi. Diametri 10 metr olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirib.

Sərgi müddətində pavilyonun dördüncü mərtəbəsində restoran fəaliyyət göstərib. Burada Azərbaycan milli mətbəxinin nümunələri və konsert proqramları təqdim olunub. Pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya incilərinə, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilib. Ziyarətçilər, həmçinin Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyi, nadir landşaftları, təbii ehtiyat və tarixi abidələri əks etdirən videoçarxları izləyiblər. Sərginin keçirildiyi müddətdə Azərbaycanın milli pavilyonu "Milan Ekspo 2015” Təşkilat Komitəsi tərəfindən "Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub. Təşkilat Komitəsi Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal və taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyətli olduğunu və dizayn elementlərinin seçildiyini qeyd edib. Bir sözlə, pavilyonumuz ekoloji təmiz, asan emal edilən materiallardan inşa olunub.

Burada "Dubay Ekspo 2020” sərgisində qurulacaq Azərbaycan milli pavilyonunun layihəsi Prezident İlham Əliyevə təqdim olundu. Layihə ilə tanış olan dövlətimizin başçısı "Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun tikintisinə başlanılmasına dair müvafiq tapşırıqlar verdi. Eyni zamanda, dövlətimizin başçısı "Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun da sərgidən sonra sökülərək ölkəmizə gətirilməsi məsələsinə baxılmasına dair tapşırıq verib.

Qeyd edək ki, "Milan Ekspo 2015” Ümumdünya sərgisindən sonra sökülərək Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan milli pavilyonumuzun inzibati binası 4 mərtəbədən ibarətdir və 6 min kvadratmetr ərazisi var. Burada, eyni zamanda, sakinlər, eləcə də şəhərimizin qonaqlarının istirahəti üçün əlavə olaraq 4 min kvadratmetrə yaxın ərazidə müxtəlif ağac və bitki növlərindən ibarət yaşıllıq zolaqları da salınıb, istirahət üçün sahələr yaradılıb. Ərazidəki torpaq münbitləşdirilib, müasir işıqlandırma sistemi quraşdırılıb, meydançalar yaradılıb, avtomobil və velosipedlərin parklanması üçün dayanacaq sahəsi ayrılıb. Pavilyon sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.

"Milan Ekspo 2015” Ümumdünya sərgisindəki Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən ölkəmizin bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirib. Onun yaradılmasında hər bir detala xüsusi diqqət yetirilib. Pavilyonun dalğavari taxta divarları Azərbaycana xas olan küləyi, həmişə burada dövr edən mədəni və yaradıcı axını simvolizə edib.




SON XƏBƏRLƏR

2020-07-08

19:44 Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

19:14 190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı

19:06 Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib

17:54 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

17:51 AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı

15:00 İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb

14:29 QHT sədri: Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər

14:11 6 ayda pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

13:04 Bakı Metropolitenində pandemiya dövründə sərnişin sayı kəskin azalıb

12:44 Şuranın dəstəyilə icbari tibbi sığorta internet mediada təbliğ ediləcək

11:33 “Vətənimizə virtual səyahət”də növbəti tur Lerik rayonuna təşkil olunub

11:18 Şura üzvü: Ermənistan rəhbərləri faşist ideologiyasına xidmət edir

11:01 KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

10:49 Yeni virtual layihəyə start verir

10:17 Xüsusi istedadlı qruplar yaradılacaq

10:00 Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

09:55 Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

09:37 Şuranın dəstəyilə işğal altında olan mədəniyyət və tarixi abidələr haqqında Azərbaycan və ingilis dilində kitab çap olunacaq

09:18 50 peşə və ixtisas üzrə tanıdıcı videoçarxlar hazırlanıb

2020-07-07

18:25 Vüqar Rəhimzadə: Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

18:07 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib

17:06 Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub

16:54 ÜST: Təmasın izlənilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur

16:39 Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik təsdiqləndi

16:13 Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

15:45 Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib

15:44 Gəncədə könüllülər təltif olundu

15:36 Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

15:30 QHT müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

14:51 Şura "Əlilliyi olan uşaqların sosial reabilitasiyası"nı dəstəkləyir

14:34 Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

13:33 AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb