Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

Xəbər / 09.10.2018 12:56
Kəlbəcərdən məcburi köçkün, jurnalist, filologiya üzrə fəlsəfə doktoru, AYB və AJB-nin üzvü, sayt və jurnal baş redaktoru, Prezident təqaüdçüsü Cəmilə (Cəmilə Çiçək) Köçəri qızı İsbəndiyarovanın "Təzadlar” qəzeti redaksiyasına müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli redaksiya!

Bildiyiniz kimi, mən hamımızın göynək yerimiz olan Kəlbəcərdənəm. Ayrılığın bu qədər uzun və üzüntülü, bunca cəhənnəm əzabı olduğunu kim bilə bilərdi? Bir vaxtlar kiçik olsam da, indi düşüncələr qoynunda, fikirlər aləmində, qəm dəryasındayam. İndi qələmimə güc verirəm. Könlümü üşüdən, ürəyimi göynədən yaralı yazılar yazıram, boynubükük xatirələrimi dilsiz ağ vərəqlərə köçürürəm. Saralmış payız yarpaqlarıdır yazdıqlarım. İstək və arzularım artıq bir çərçivəyə sığmır - hamısı qüssə, kədər... Əsirlikdə qalmış doğma Kəlbəcərim üçün nə isə etmək istəyirəm. Ürəklərin harayını, könüllərin naləsini dünyanın kar olmuş qulaqlarına çatdırmaq istəyirəm. Elə hey bu barədə düşünür, bu haqda yazmaq istəyirəm. Kəlbəcər mənim yuxularımdır. Kəlbəcər mənim gecəm-gündüzümdür, sonu bilinməyən ağrım, acım, həsrətim, hicranım, can yanğımdır! Kitablarımda xalqımızın faciələrini, Qarabağın - Kəlbəcərin göz yaşlarını, sabaha olan ümidlərimi qələmə almışam.

Uşaqlıq illərində anamı erkən itirdikdən sonra başımıza çox müsibətlər, çox bəlalar gəldi. Ondan aldığımız ağır itki yarası sağalmamış (ana itkisinin yarası sağalarmı?) qızıldan qiymətli torpaqlarımız yağı tərəfindən işğal olundu, dərdimizin üstünə ağır dərd yükləndi. Anamın müqəddəs məzarı da əsir düşdü. Bu, qəlbimizə çalın-çarpaz dağ çəkdi, yurdumuzda köçkünə çevrildik. Dözülməz əzab-əziyyətlərlə yükləndik. Qismətimizə "qəriblər paytaxtı”na sığınmaq düşdü. Amma burada da üzümüzə cənnət qapısı açılmadı, məndən böyük əlil olan qardaşlarım və kiçik bacı və qardaşlarımın ağır yükü çiynimə düşdüyündən kitablar mənim həyatım, taleyim olub.

Biz mənəviyyat dünyasının adamlarıyıq. Xalqımızın dərd-sərini, ağrı-acılarını dünyaya çatdırırıq. Sizlər isə başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla, dövlətimizin qüdrətlənməsinə, ən güclü dünya dövlətləri sırasına çıxmasına çalışırsınız.

Köçkün ailələr üçün tikilən yeni binalar Azərbaycan Prezidenti İlham Əliyevin köçkünlərə birbaşa qayğısının əyani təzahürüdür. 1993-cü ildən bəri problemimizlə bağlı dəfələrlə cənab prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və "Qaçqınkom”un sabiq sədri Əli Həsənova saysız müraciətlər edib, 22.05.2018-ci il və təkrar 25.07. 2018-ci il tartixlərdə isə yeni sədr Rövşən Rzayevin şəxsi qəbulunda da olmuşam. Lakin həmişəki kimi hələ də müsbət bir nəticəsi yoxdur!

Dərd əlindən, ehtiyac ucbatından Rusiya vətəndaşı, 49 yaşlı qardaşım işğaldan sonrakı vaxtdan Rusiyada müxtəlif tikinti obyektlərində fəhləlik edərək əlil bacı-qardaşlarım üçün çörək pulu göndərirdi. Lakin bu ona baha başa gəldi. Belə ki, o, 15 ildən artıqdır ki, qara ciyər (C hepatiti) xəstəliyindən əziyyət çəkir. Onun bu vəziyyətinə dözməyib 5 ildir Rusiyadan gətirdim, hazırda bizimlə birgə yaşayır və sözlə izahı olunmayacaq dərəcədə ağır xəstədir.

Hörmətli redaksiya!

Bir çox imkansız köçkünlər kimi, bizim də mənzilə hədsiz ehtiyacımız var. Sizdən ricam budur ki, məcburi köçkün olaraq vəziyyətimizin son dərəcə acınacaqlı olmasını nəzərə alaraq (həm də milli-mənafe və dövlətçilik mövqeyində dəyərli kitablar, yazılar yazdığımı, 1993-cü ildən yuxarıda qeyd olunan 1 otaqlı, ümumi sahəsi 15 kv metr olan - eyvansız, darısqal mənzildə müvəqqəti məskunlaşdığımızı, kiçik yaşlarımdan tək mənim himayəmdə olan 7 nəfərlik ailə üzvlərimizin (bunlardan dörd nəfəri ömürlük I dərəcəli əlil, ağır yataq xəstələri) bacı-qardaşlarımın acınacaqlı vəziyyətlərini, digər qardaşımın I dərəcəli Qarabağ əlili və Qarabağ Müharibəsi veteranı olmasını və yuxarıda qeyd olunanları nəzərə alıb) müstəsna hal kimi, qısa bir vaxtda ailəmizin mənzillə təmin edilməsinə dəstək olasınız. (Ev problemi ucbatından 40 yaşına kimi subay qalmış, nəhayət, 2 ildir nişanlanmış qardaşımın da (ayrıca) evə böyük ehtiyacı var. Gələcək qayınatası: ev olmasa, bu toy olmayacaq - deyə, qardaşımın qarşısına bu kimi şərtlər qoyması ucbatından zavallı qardaşımın nişanı pozuldu). Bu da ana əvəzi kimi mənim ürəyimə çalın-çalpaz dağlar çəkir, mənim üçün dözülməz dərddir...

I dərəcəli əlil ağır yataq xəstələri olan bacı-qaraşlarımın bu cür əzab-əziyyət içərisində yaşamalarına ana kimi dəstək olmaq üçün fədakarlıq edib, ailə qurmayaraq həyatımı bütövlükdə onlara həsr etmişəm. Ruhən iradəli bir insan olsam da, artıq bıçaq sümüyə dirənərək, üstəlik, əyilib də...

Əvvəlcədən dərin minnətdarlığımı bildirib, əmin edirəm ki, (40 yaşlı qardaşım) və əlil bacı-qardaşlarım qısa bir vaxtda mənzillə təmin olunsunlar, Kəlbəcərimə qayıdacağımız gün açarları geri qaytarıb həmin mənzillərdən imtina edəcəm. Çünki mənim evim və yaşama səbəbim yalnız Kəlbəcərdi... Və başımı onun daşına qoyub uyumaq yetər mənə...”

tezadlar.az


SON XƏBƏRLƏR

2019-05-20

17:22 Kral Salman Azərbaycan Prezidentini təbrik edib

17:18 Britaniya Kraliçası Prezident İlham Əliyevi təbrik edib

17:15 Kürdəmirdə "ASAN Xidmət" mərkəzinin tikintisi üçün 20 milyon manat ayrılıb - SƏRƏNCAM

17:08 Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir

16:44 Dövlətə xəyanətdə ittiham edilən şəxsə 16 il cəza verilib

16:43 Fədayə Laçının məhkəməsi təxirə salınıb - SƏBƏB?

16:33 Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib

15:56 Dövlət Reklam Agentliyində Apellyasiya Şurası yaradılıb

15:35 Nazir “Eurovision 2019”da Azərbaycana qarşı təxribatdan danışdı

15:16 Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

14:52 İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub

14:38 Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir

14:04 Azərbaycanda yaşlı valideynlərin övladlarından maliyyə asılılığını azaltmaq təklif edilir

13:59 Nazir müavini: KOBİA nəzdində ictimai şuranın yaradılması biznes sahəsində koordinasiyanı gücləndirəcək

13:53 “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb

13:37 Azərbaycan və Fransa arasında coğrafi göstəricilərin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

13:25 Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün nə qədər vəsait ayrılıb?

13:19 "Baku Fashion Expo 2019"un ilk mövsümü Bakıda baş tutacaq

13:15 Kamal Abdulla Hindistan səfiri ilə görüşüb

13:05 Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

12:42 Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır

11:39 Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi

11:38 Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

11:36 Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək

2019-05-17

17:32 İlham Əliyev Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul etdi

17:01 “Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı

16:57 Prezident və birinci xanım İrina Viner-Usmanova ilə görüşdülər - YENİLƏNİB

16:51 Təbiətə ziyan vuranlara cinayət işi açıldı

16:28 Yeni QHT yaradıldı - “Yaşıl Dünya”ya jurnalist rəhbərlik edəcək - FOTO

16:26 AvroLiqanın finalgecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

15:20 Saatlı və Sabirabad rayonlarına yeni icra başçıları təyin edilib (YENİLƏNİB)

15:11 Milli Məclisdə “Keşikçidağ”la bağlı məsələ qaldırılıb

14:33 Deputat radarlardan ŞİKAYƏTLƏNDİ – “Lazım olmayan yerlərdə...”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

13:53 “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb

Product image

16:26 AvroLiqanın finalgecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

Maraqlı Product image

13:05 Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

Product image

12:18 Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?