Milli Məclisdə İsrail səfiri ilə görüş keçirilib (FOTO)

Siyasət / 23.02.2021 17:36

Fevralın 23-də Milli Məclisdə deputat Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, A.Quliyev qonağı salamlayaraq bildirib ki, Azərbaycan İsraillə münasibətlərin inkişafına xüsusi önəm verir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Qeyd edilib ki, Azərbaycanda hər zaman bir çox xalqların nümayəndələri birlikdə sülh şəraitində yaşayıb. Ölkəmizdə İslam dini ilə yanaşı, müxtəlif dinlərə etiqad edən insanlar var.

Deputat Azərbaycanda yəhudilərə yaradılan şəraitdən bəhs edib, burada Sinaqoqların fəaliyyət göstərdiyini söyləyib.

Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açan millət vəkili iki ölkənin xalqları arasında sıx dostluq əlaqələrinin olduğunu qeyd edib. Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etməsinin iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.

Söhbət zamanı Milli Məclisdə İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. Qeyd edilib ki, gələcəkdə deputatlarımızın qarşılı səfərləri və görüşlərin keçirilməsi iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.

İsrailin Azərbaycandakı səfiri Corc Dik səmimi qəbula görə təşəkkürünü ifadə edib, dövlətlərimiz və xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu, iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini söyləyib. Diplomat Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün nümunə olduğunu deyib. Azərbaycanlılarla yəhudilərin hər zaman mehriban yaşadığını və bunun dostluq və qardaşlığın təzahürü olduğunu qeyd edib.

Səfir iqtisadi, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafından, bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi ilə bağlı əməkdaşlıqdan, su ehtiyatlarının səmərəli istifadə olunmasından bəhs edib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi, işğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma işləri, yaralı əsgərlərimizin müalicəsi ilə bağlı İsrail dövlətinin dəstəyi və digər məsələlər barədə danışılıb.



SON XƏBƏRLƏR

2021-04-13

18:20 Qubadlıda 750-ə yaxın ağac əkilib

18:12 Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)

17:50 Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza

17:45 Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)

17:30 Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)

17:16 Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb

16:48 Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb

16:40 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

16:35 Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib

16:13 “YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb

16:00 Astarada kartof yükündən 213 kiloqramdan artıq heroin çıxdı (FOTO/VİDEO)

15:02 Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi

14:49 Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb (FOTO)

14:36 Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi

13:00 Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq

11:54 Prezident İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik

10:57 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)

10:41 Prezident İlham Əliyev: Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq

09:41 Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edib (FOTO/VİDEO)

09:29 Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin

2021-04-12

20:13 Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq

20:06 Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin

18:30 Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb

18:24 Azərbaycan Prezidenti: Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü

18:08 Azərbaycan Prezidenti: Biz qan tökərək yeni reallıq yaratmışıq, bu gün hər kəs bizimlə hesablaşmalıdır

17:45 Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər

17:40 Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi

17:31 Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?

17:18 Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub

16:54 DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi

16:41 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

16:37 Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

16:16 Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

15:35 Bakıda “Avro-2020” oyunlarına 50 faiz azarkeş buraxılacaq

Product image

17:42 "Milan"dan İbrahimoviç açıqlaması

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb