Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Gündəm / 04.03.2021 18:01

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Ombudsman İnstitutunun Baş katibi Y.Ziqelin 26 fevral tarixində Azərbaycanla bağlı yayımladığı bəyanata cavab olaraq, həmin təşkilatın prezidentinə, idarə heyətinə və institusional üzvlərinə açıq məktub ünvanlayıb.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, məktubda qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qanunsuz şəkildə daxil olaraq terror aktları törətmiş bir qrup şəxs Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən saxlanaraq törətmiş olduqları cinayətə görə ədalət mühakiməsinə verilmişdir. Həmin şəxslər beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına əsasən hərbi əsir sayılmırlar. Belə ki, onlar müharibədən, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatın imzalanmasından təqribən 20 gün sonra Azərbaycana göndərilmiş və insan ölümü ilə nəticələn ağır cinayət törətmiş Ermənistan vətəndaşlarıdır. Diqqətə çatdırılıb ki, onlar diversant qrupun üzvləri olmuş, Azərbaycan ərazisində ordumuzun dörd hərbi qulluqçusunun həlak olması və bir mülki şəxsin ağır yaralanması ilə nəticələnən terror aktı və digər cinayətlər törətmişlər. Həmin şəxslərin artıq istintaqa təhvil verildiyi, Azərbaycan qanunvericiliyinə uyğun olaraq onlar barəsində istintaqın davam etdirildiyi qeyd olunub.
Məktubda həmin şəxslərin insan hüquqlarının müdafiəsinin Azərbaycan Ombudsmanının diqqətində olduğu, Ombudsmanın həmin şəxslərin saxlandığı yerə başçəkmə keçirdiyi və onlarla rəftar məsələlərini araşdırmaq üçün konfidensial qaydada görüşdüyü bildirilib.
Məktubda, həmçinin AOİ üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini işğaldan azad edib və ərazi bütövlüyünü təmin edib. 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanata əsasən, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb.
Ombudsmanın məktubunda Y.Ziqelin Azərbaycana qarşı qərəzli münasibətini sübut edən məqamlara da toxunulub. Bəyanatın 26 fevral tarixində verildiyi və bu günün Azərbaycanda Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən 26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımının anım tarixi olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Ombudsmanı tərəfindən dəfələrlə Y.Ziqelə bu mövzuda bəyanatlar ünvanlansa da, onun tərəfindən bu soyqırım aktını və ya Ermənistanın işğal siyasətini pisləyən hər hansı bəyanat verilməyib.
Müvəkkil ombudsman təsisatlarının şəbəkəsini təmsil edən AOİ-dəki vəzifəsindən sui-istifadə edərək Y.Ziqelin Ermənistan-Azərbaycan münaqişəsi barədə əsassız və qərəzli bəyanatlar verməsini qəti şəkildə pisləyib.
S. Əliyeva AOİ-nin bütün üzvlərini Y.Ziqelin iki xalq arasında münasibətləri daha da gərginləşdirmək və Ermənistan ictimaiyyətində Azərbaycanafobiyanı dəstəkləməyi məqsəd seçən müəyyən dairələrin marağına xidmət edən qərəzli və siyasiləşmiş bəyanatlarında bu qurumun adını istifadə etməsinə son qoymaq üçün zəruri addımlar atmağa çağırıb.
2023-02-02
09:54 Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı
09:15 Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir
09:05 Bu gün Gənclər Günüdür
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
10:17 ”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları