YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib
Gündəm / 14.04.2021 16:58

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib.
Trend-in məlumatına görə, bir qrup YAP-çı gənc 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olub.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun şanlı Qələbəsinin bir növ canlı muzeyidir:
"Burada vətəndaşlarımız İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda, pandemiyadan sonrakı dövrdə turistlərin ölkəmizə səfəri zamanı bu açıq muzeylə tanışlıqları onlara da imkan yaradacaq ki, şanlı tariximizlə daha yaxından tanış olsunlar. Aprelin 12-də cənab Prezident İlham Əliyevin iştirakı ilə Parkın açılışı baş tutdu. Cənab Prezidentin orada səsləndirdiyi fikirlər, eyni zamanda, 44 günlük müharibə dönəmində xalqımızın göstərdiyi birlik bugünkü Hərbi Qənimətlər Parkının yaradılmasının əsas səbəbidir. Hesab edirəm ki, bu Park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək”.
YAP GB-nin sədri bildirib ki, biz bu gün burada döyüş meydanında düşməndən alınan qənimətləri yaxından izlədik: "Düşünürəm ki, yeni dövr tariximiz digər təşkilatların nümayəndələri üçün də maraqlı olmalı, onlar da bu unikal Parkı ziyarət etməlidirlər”.
Postmüharibə dövrünün ən önəmli səhifələrindən olan Hərbi Qənimətlər Parkı ilə bağlı təəssüratlarını bölüşən YAP GB-nin üzvləri bu Parkın Azərbaycanın çağdaş tarixində önəmli yer tutduğunu qeyd ediblər. Uzun müddət bu günü gözlədiyini deyən YAP Gənclər Birliyinin üzvü Əkbər Cəlilov düşmənin illərdir müxtəlif vasitələrlə əldə etdiyi və gizlətdiyi hərbi texnikalarını bu gün burada canlı olaraq izləməyin çox sevindirici hal olduğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsində düşmənin hərbi texnikalarının əksəriyyəti Azərbaycan Ordusu tərəfindən darmadağın edilib və bir hissəsi qənimət kimi götürülüb. Bu hadisənin bizim üçün qürurverici hal olduğunu vurğulayan YAP GB-nin üzvü bir gənc kimi bundan sonra da Azərbaycan həqiqətlərini dünyaya çatırmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva isə Park haqqında təəssüratlarını bölüşərkən qeyd edib ki, Hərbi Qənimətlər Parkı Ali Baş Komandan cənab İlham Əliyevin əsl Sərkərdə qətiyyəti ilə rəhbərlik etdiyi ordumuzun güc və qüdrətinin əyani təzahürüdür. YAP-çı gənc vurğulayıb ki, ermənilər müharibədən əvvəl tanklarını Bakıya gətirəcəklərini bildirirdilər: "Amma onların tanklarının və digər hərbi texnikalarının Azərbaycan tərəfindən qənimət olaraq götürüləcəyini və ötən il Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında nümayiş etdiriləcəyini və bu gün burada sərgilənəcəyini heç ağıllarına da gətirmirdilər. Biz bu Qələbəni ordumuzun gücü ilə qazandıq. Düşünürəm ki bu Park bizim gənclərimiz üçün bundan sonra da inam nöqtəsi olacaq”.
2023-09-22
18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi
17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir
17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB
14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev
14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi
14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
14:14 Şuşada bir nəfər minaya düşdü
10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"
09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan
09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO
09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları