Elə müsabiqə keçirmək istəyirik ki, jurnalistlərin əməyi layiqincə qiymətləndirilsin - MEDİA-nın şöbə müdiri

Müsahibə / 10.06.2021 17:20

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Trend-ə müsahibəsində Agentliyin jurnalistlər üçün elan etdiyi müsabiqənin yeni şərtlərindən və üstünlüklərindən danışıb.

TrendN.Məmmədli ilə müsahibəni təqdim edir:

- Bu gün MEDİA elan etdiyi fərdi jurnalist müsabiqəsi bu vaxta qədər elan olunmuş müsabiqələrdən nə ilə fərqlənir?

- Jurnalistlərimizin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensiallarının üzə çıxarılması MEDİA Agentliyi üçün prioritet təşkil edir. Bunun üçün elə meyarlar və prinsiplər əsasında müsabiqə həyata keçirmək istəyirik ki, jurnalist həmkarlarımızın yaradıcı əməyi layiqincə qiymətləndirilsin, eyni zamanda haqsız rəqabət hallarına, digər subyektiv nüanslara yol verilməsin. Bu vaxta qədərki təcrübəni nəzərdən keçirərək tamamilə yeni mexanizmlər təklif etdik. Birinci növbədə, jurnalist yaradıcılığını məhdudlaşdıran bütün amillər aradan qaldırıldı. Agentlik hər hansı material hazırlamaq üçün sifariş vermir, əksinə jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır. İkincisi, müsabiqənin nominasiyaları praktik jurnalistikadan çıxış edərək müəyyənləşib ki, bu da mediamızın ümumi intellektual mənzərəsini yaratmağa imkan verəcək. Bu vaxta kimi bütün media subyektlərində çalışan həmkarlarımızın hamısının qatılıb faydalana biləcəyi müsabiqə formatı olmayıb. İndi isə qəzet və veb-sayt müxbirindən tutmuş - televiziya operatoruna kimi, bütün əməkdaşların iştirakına nail olmuşuq. Təqdim olunmuş materiallar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra 10 nominasiyanın hər biri üzrə 5 nəfər olmaqla qəzet və onlayn media subyektlərinin 50 əməkdaşı, audioviziual media üçün nəzərdə tutulmuş 5 nominasiyanın hər biri üzrə 4 nəfər olmaqla 20 əməkdaş qalib elan olunacaq.

- Qiymətləndirmə meyarları barədə nə deyə bilərsiniz?

- Müsabiqəyə təqdim olunacaq materialların qiymətləndirmə meyarlarında prinsipial dəyişikliklər var. Eyni materialın üç fərqli ekspert tərəfindən fərdi qaydada iyirmi ballıq sistemlə qiymətləndirilməsi aparılacaq və bu zaman qeyd etdiyimiz kimi, müəllif yanaşmasındakı orijinallığa önəm veriləcək. Müsabiqənin şərtləri əlçatandır, lakin bu, jurnalistin məsuliyyətini azaltmır. Müsabiqəyə material təqdim olunarkən nəzərə alınmalıdır ki, onların hamısı ekspert qiymətləndirilməsindən keçəcək. Bu zaman materialın jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunmasına fikir veriləcək. Materialın maarifləndirici əhəmiyyəti də qiymətləndirmə meyarları sırasında vacib amillərdən biridir.

- Qeyd etdiniz ki, müsabiqə mediamızın ümumi intellektual mənzərəsini yaratmağa imkan verəcək. Bununla nəyə nail olmaq istəyirsiniz?

- İnformasiya texnologiyalarının inkişafı mediaya ciddi təsirini göstərməkdədir. Azərbaycan jurnalistikası öz işini yeni çağırışlara cavab verərək qurmalıdır. Artıq ciddi media subyektlərimiz bu tendensiyalara uyğunlaşmaq üçün addımlar atırlar. Agentlik də öz növbəsində jurnalistlərin fərdi bacarıqlarının üzə çıxarılmasına və dəstəkləməsinə yönəlmiş müsabiqəsi ilə bu prosesə takan verir. Ənənəvi prinsiplər üzərində qurulmuş yazı tərzi, mövzu təqdimatı daha çox vizuallığa meyilli olan müasir oxucunun təlabatına cavab vermir. Reportajların hazırlanma formalarına, xüsusən də bədii publisistika janrının növlərinə verilən tələblər öz dinamikliyi ilə diqqəti cəlb edir. Müsabiqəyə təqdim olunan istiqamətlərdə məhz bu nüanslar nəzərə alınıb. Əvvəlki müsabiqələrdə yazıların həcmi və forması ön planda özünü göstərirdi ki, bu da əksər vaxtlarda sözçülüyə, təkrarçılığa gətirib çıxarır, jurnalistin fərdi üslubunu arxa plana keçirirdi. Yeni şərtlərdə biz mövzuların işlənməsindəki orijinallığa və məzmuna xüsusi diqqət yetirəcəyik. İndi jurnalist hazırladığı müsahibədən tutmuş - köşə yazısı və oçerkinə qədər, ən yaxşı hesab etdiyi istənilən materialını müsabiqəyə təqdim edə bilər. Eyni prinsiplər audiovizual media subyektlərinin təqdim edəcəyi materiallara da şamil edilir. Burada yalnız xronometraj həddi müəyyən edilib ki, bu da xəbər süjetləri üçün nəzərdə tutulmuş ümumi normativlərdən irəli gəlir.

Bir vacib amili də vurğulayaq ki, regionlarda çalışan həmkarlarımızın, habelə idman jurnalistlərinin fərdi müsabiqələrdə iştirakı faktiki olaraq mümkünsüz idi, hazırda isə onlar öz materiallarını istənilən nominasiya üzrə müsabiqəyə təqdim edə biləcəklər.



SON XƏBƏRLƏR

2022-11-28

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

16:00 “Vərdişlərinin əsiri olma, sağlam ol” layihəsi davam edir

15:46 Türkiyə XİN başçısı: "İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu"nu göstərdi"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları