Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Gündəm / 08.07.2021 12:10

Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Hörmətli sammit iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və "Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm.

Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına hər zaman dəyərli töhfələr verir. Builki sammit "İnsanlık daha iyisini hak ediyor” (Bəşəriyyət daha yaxşısına layiqdir) devizi altında keçirilir və bunun da böyük rəmzi mənası var. Bəşəriyyətin rifahı, qlobal miqyasda bütün maraqların və siyasətlərin mərkəzində insan amilinin dayanması, insanların layiq olduğu bir dünyada yaşaması üçün bu gün hər birimiz məsuliyyət daşıyırıq. Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür. İnsanlığı təhdid edən problemlər üzərində birgə çalışma, ədalətin təmini, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılması yeni geosiyasi nizamın da başlıca şərtidir.

Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir. Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaqdır.

İnanıram ki, bu toplantıda aparacağınız müzakirələr bəşəriyyətin rifahı naminə əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

Zirvə Toplantısının işinə uğurlar arzulayıram".



SON XƏBƏRLƏR

2021-09-24

18:20 Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır

18:00 İƏT nümayəndə heyəti beynəlxalq faktaraşdırcı missiya çərçivəsində Tərtərdə olub

17:27 Türkiyəyə keçmək istəyən İŞİD üzvləri yaxalandı

17:19 Ceyhun Bayramov BMT Baş katibinin terrorla mübarizə üzrə müavini ilə görüşüb

17:09 MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib

16:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:35 Azərbaycanda 1 128 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb

16:09 Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA

16:05 Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

16:04 Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edəcək

15:30 İki dövlət komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

13:42 Prezident İlham Əliyev şuşalıların doğma yurdlarına köçürüləcəyi vaxtı açıqlayıb

13:30 Prezident İlham Əliyev: Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər

13:00 Prezident İlham Əliyev: Xüsusi təyinatlı qüvvələrin gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub

12:43 Prezident İlham Əliyev Hadrut əməliyyatı haqqında: Onlar üçün gözlənilməz oldu

12:30 Prezident İlham Əliyev “Dəmir yumruq” əks-hücum əməliyyat planının detallarını açıqlayıb

12:04 Prezident İlham Əliyev İraqın neft nazirini qəbul edib (YENİLƏNİB)

11:30 Azərbaycanda bu mütəxəssislərə ciddi ehtiyac var - Nazir açıqladı

10:45 Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

02:06 BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub

2021-09-23

17:06 Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi (FOTO)

17:04 Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

17:03 “İrəli” İB şəhid ailələri ilə görüşünü davam etdirir

16:47 Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:43 Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

16:36 Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirildi

16:21 DGK sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

16:18 Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyi açılacaq

16:14 Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı - SƏRƏNCAM

16:13 Azərbaycan bir neçə ölkə ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib

16:01 İlahiyyat İnstitutunda tədris ilinin başlanması ilə əlaqədar iclas keçirilib

15:58 İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq

15:52 Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi dəyişib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

13:03 Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır

Product image

17:46 “Formula-1”in Bakıdakı yarışının dəqiq vaxtı bilindi

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb