İctimai aktivist, iş adamı Ramal Əliyev nüfuzlu biznes mükafatına layiq görüldü

Gündəm / 26.07.2021 13:32

"Biznes sahəsinin inkişafı istiqamətində peşəkar fəaliyyətinə və iş həyatında əldə etdiyi nailiyyətlərə görə İlin Gənc iş adamı” mukafati "Bioplast Azərbaycan” şirkətinin direktoru, Vətəndaş cəmiyyəti Alyansının İH-nin üzvü, Yeni Yazarlat və Sənətçilər İctimai Birliyin sədr müavini, eləcə də yenimedia.net sosial analitik portalın baş redaktor müavini, ictimai aktivist, televiziya eksperti Ramal Əliyev "Best Of City” mükafatı ilə təltif olunub.

Caspian Events Group tərəfindən təşkil edilən illik nüfuzlu mükafatın "Biznes sahəsinin inkişafı istiqamətində peşəkar fəaliyyətinə və iş həyatında əldə etdiyi nailiyyətlərə görə” nominasiyasında qalib gələn "İlin Gənc iş adamı”, Bioplast Azərbaycan şirkətinin direktoru Ramal Əliyev "Best Of City” mükafatı ilə 14 iyul 2021-ci il tarixində təşkil olunan təntənəli təqdimat mərasimində təltif olunub.

Nominant təqdimat mərasimindəki çıxışında vurğulayıb ki, bu mükafat 5 illik fəaliiyətimizin nəticəsi və bütün kollektivin uğurudur.

İntellektual-ictimai fəallar: VCA və YYSİB rəhbərliyinin taninmışı Ramal Əliyev

"İnkişaf etmiş vətən, intellektual cəmiyyət, sağlam milli ailə və kreativ fərd!”

60-dan çox təsisatının formalaşdırdığı Vətəndaş Cəmiyyəti Alyansı, eləcə də Yeni Yazarlar və Sənətçilər İctimai Birliyin əsas kreativ vəzifələrindən biri də yeni nəsil intellektualları formalaşdıraraq ictimaiyyətə faydalı şəxsiyyət, çağımızın problemləri ətrafında beyin işlədən, innovasiyalarla ölkəmizin bütün sahələrini inkişaf etdirən seçilmiş fərd kimi tanıtsın. Qloballaşan dünyada xalqlarla yanaşı şəxsiyyətlərin də trendləsməsi, dünya mastabinda nüfuz qazanması onli sosial-mədəni texnologiyaların elementi kimi qəbul edilir


Belə tanınmış istedadlı, intellektual kreativ cavanlardan biri də hərtərəfli bilik və bacarıqlarına görə tanınan, fəaliyyəti, yaradıcılığı, ən əsası da cəmiyyətə, ölkəyə verdiyi faydalilığı ilə fərqlənən Ramal Əliyevdir.

Qısa, amma faydalı ömür yolu

Ramal Əhədulla oğlu Əliyev 1982-ci il iyulun 4-də ölkəmizin Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində anadan olub. İlk təhsilini Həbib Bağırov adına qəsəbə tam orta məktəbində alıb. 1999-cu ildə Bakı Avrasiya Universitetinin (o zaman Ali Diplomatiya Kolleci adlanırdı) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub. 2003-cu ildə oranı uğurla bitirmiş, bakalavr dərəcəsini aldıqdan sonra Odlar Yurdu Universitetinin hüquq fakültəsində magistr təhsilini davam etdirmişdir. 2005-ci ildə akademik məzüniyyət göturərək Dövlət Sərhəd Xidmətinin Sahil Muhafizəsində həqiqi hərbi xidmət keçmişdir. 2007-ci ildə hərbi xidmətini başa vurduqdan sonra magistratura təhsilini davam etdirmişdir.
2008-ci ildə magistratura təhsilini uğurla başa vurduqdan sonra Rusiya Federasiyasının Surqut şəhərində əmək fəaliyyətinə başlamışdır. "Surqutprod” və "Suzan” şirkətlərində müxtəlif vəzifələrdə çalışmış, sonralar özünün şəxsi biznesini qurmuşdur. Xaricdə 5 il uğurlu diaspor fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırmağa çalışmışdır.

Azərbaycanın hərtərəfli inkişafı amalımızdır!

Azərbaycana qayıdandan sonra öz fərdi biznesini yaratmış, paralel olaraq ictimai işlərdə fəallıq göstərməyə başlamışdır.
Tələbəlik illərində ictimai fəal kimi tanınan Ramal Əliyev paralel olaraq idmanın karate növləri ilə ciddi məşğul olmuş və respublika səviyyəsində müxtəlif yarışların əsas mükafatlarına layiq görülmüşdür. Hələ gənc yaşlarında bədii yaradıcılığa meyl göstərib. İstedadlı gənc olaraq yazdığı lirik şeirlərlə dövri mətbuat səhifələrində vaxtaşırı çap olunmağa başlayıb.
Analitik-kütləvi materiallarla dövri mətbuat, İnternet saytları, yeni media və sosial şəbəkələrdə ardıcıl çıxışlar edir. Eyni zamanda onun haqqında respublikamızın müxtəlif KİV orqanlarında, sayt və portallarında müxtəlif səpkili çoxsaylı məqalələr dərc ediiş, müsahibələr alınmışdır.
Ramal Əliyevin gənc iş adamı olaraq maraq dairəsi həm də startaplar, kreativ innovasiyalar, alternativ təhsil və kulturoloji biznes, və qlobal iqtisadi əlaqələri.
Hələ tələbəykən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Xarici əlaqələr şöbəsinin müdüri kimi mədəniyyətlə, ədəbiyyatla, incəsənətlə bağlı çoxsaylı tədbirlərin təşkilində birbaşa iştirak etmisdir. YYSİB-nin təşkilatçılığı ilə 13 dəfə keçirilən Bakı Kitab Bayramlarının əlaqələndiricisi kimi tanınıb. İctimai-mədəni aktivist olaraq hazırda təşkilatın sədr müavinidir.
Hazırda paralel olaraq Vətəndaş Cəmiyyəti Alyansının İdarə Heyətinin üzvü, Kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın Redaksiya Heyətinin məsul əməkdaşı, yenimedia.net və yenimediatv.az sosial-analitik portallarının, eyniadlı İnternet TV-nin baş redaktor müavinidir.
VCA və YYSİB kimi təşkilatların sıralarında peşəkarlaşmış ictimai fəal olaraq respublikamızın aparıcı televiziya kanallarında analitik-ekspert kimi ardıcıl olaraq çıxışlar edir, cəmiyyətimizin maariflənməsində, xüsusən də politologiya, geosiyasət, mədəniyyət, mənəviyyat, sosialogiya, ilahiyyat elminin və İslam bilgilərinin gənclərə çatdırılmasında xüsusi xidmətləri vardır.
2020-ci ilin Tovuz savaşı və II Qarabağ müharibəsi zamanı ictimaiyyətin nümayəndəsi olaraq Qarabağa tez-tez səfərlər etmiş, xeyriyyə aksiyaları keçirmiş, müxtəlif fondlara ianələr köçürmüş, hərbiçilərə maddi və mənıvi dəstək göstərmişdir.
Bir sıra təşkilatların mükafatları, diplomları, eləcə də Ədliyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

O həm də nümunəvi ailə başçısıdır: bes dil bilir, ailəlidir, dörd övladı – iki oğlu və iki qızı var.
Ramal Əliyevin həyatda devizi belədir: "İnkişaf etmiş vətən, intellektual cəmiyyət, sağlam milli ailə və kreativ fərd!”

Düşünürük ki, bu devizi zəmanəsini dəyisməklə tanınmaq istəyən bütün gənclərə şamil etmək olar…

Ayxan Əbilli



SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb