Prezident İlham Əliyev “Azərbaycan Biznesinin İnkişafı Fondu”nun yaradılması haqqında fərman imzalayıb
Gündəm / 11.10.2021 17:41

Prezident İlham Əliyev Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Trend-in məlumatına görə, fərmanda deyilir:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu” (bundan sonra – Fond) publik hüquqi şəxs yaradılsın.
2. Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.
3. Müəyyən edilsin ki:
3.1. Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir;
3.2. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 9 (doqquz) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.3. Müşahidə Şurasının 5 (beş) üzvünü Nazirlik, 4 (dörd) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:
3.3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;
3.3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
3.3.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
3.3.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi;
3.4. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;
3.5. Fondun fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.
4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Fondun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2. Fondun idarəetmə orqanlarının yaradılması;
4.1.3. Fondun yenidən təşkili və ləğvi;
4.2. Nazirliyə:
4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. üç ay müddətində:
5.1.1. Nazirliyin təklifləri əsasında Fondun yaradılması ilə əlaqədar, habelə ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin geri qaytarılması, mövcud kreditlərin sağlamlaşdırılması və yenidən dövriyyəyə daxil edilməsi, eləcə də qeyri-işlək (toksik) aktivlərin idarəolunması məsələlərinin tənzimlənməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.2. Fondun nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, habelə normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. Fond "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin balansında olan dövlət əmlakının Fondun balansına verilməsi ilə bağlı tədbirlər görsün;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Aidiyyəti dövlət orqanları bu Fərmanın 3.3-cü bəndinə əsasən Fondun Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etsinlər.
7. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Fərmanın 3.3-cü bəndinə əsasən Fondun Müşahidə Şurası üzvünün təyin olunmasını bir ay müddətində təmin etsin.
8. Fond "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini davam etdirsinlər.
9. Nazirlik:
9.1. Fondun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
9.2. dövlət qeydiyyatına alındığı gündən Fondun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini bir ay müddətində həll etsin;
9.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
2023-05-22
16:38 İmtahan həyəcanı
2023-05-18
19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub
18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO
18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"
18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə
18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub
18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır
17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"
17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb
16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib
16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib
16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb
16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib
15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər
14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib
14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”
12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"
11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"
11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”
11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"
10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"
2023-05-17
18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB
18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"
11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib
10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi
10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət
10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları