Azərbaycan və Çin hakim partiyaları arasında görüş keçirilib

Siyasət / 29.10.2021 16:52

Oktyabrın 29-da Çin Kommunist Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan arasında videoformatda görüş keçirilib.

YAP-danTrend-ə verilən məlumata görə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovu salamlayaraq bu görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb.

T.Budaqov Çyan Xunşanı Çin Kommunist Partiyasının yaradılmasının 100 illiyi münasibətilə bir daha təbrik edərək bildirib ki, Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrə böyük önəm verir, ölkələrimiz arasında bu gün siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz uğurla davam edir. Əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin dostluq münasibətlərinin əhəmiyyətini vurğulayan T.Budaqov ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın güclənməsinə zəmin yaratdığını qeyd edib.

O, həmçinin, Azərbaycanın Çin Xalq Respublikasının irəli sürdüyü "Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb:

"Zəngəzur dəhlizi isə Azərbaycanın tranzit ölkə kimi potensialını daha da gücləndirəcək, bu dəhliz vasitəsilə Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların əhəmiyyətli dərəcədə artması regionda Azərbaycan və Çinin də fəal iştirakçısı olduğu yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasını təmin edəcək. Bütövlükdə hesab edirik ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial var. Xüsusilə, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur”.

Görüşdə həmçinin, Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı, ötən il 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi vurğulanıb. YAP Sədrinin müavini Çinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib: "Qarşıda dayanan əsas vəzifələrimizdən biri Ermənistanın işğalından azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin həyata keçirilməsidir. Bu prosesdə dost ölkələrin, o cümlədən Çinin şirkətləri də iştirak edir, amma istərdik ki, onların sayı daha da çox olsun”.

T.Budaqov deyib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının münasibətləri də uğurla davam edir.

Cari ilin iyul ayında Çin Kommunist Partiyasının təşkilatçılığı ilə Dünya Siyasi Partiyalarının "Xalqın xoşbəxtliyi naminə: siyasi partiyaların məsuliyyəti” mövzusunda videokonfrans formatında keçirilən sammtində Yeni Azərbaycan Partiyası da təmsil olunub. Partiyalar arasında münasibətlər öz növbəsində dövlətlərin əlaqələrinin daha da güclənməsinə müsbət təsir edir.

Görüşdə iştirak edən Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da ölkələr arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, əlaqələrin inkişafında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının aparıcı rol oynadığını diqqətə çatdırıb.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan da qeyd edib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb və Çinin Azərbaycanın uğurlarına sevindiyini söyləyib. Bildirilib ki, Azərbaycan regionda Çinin əsas tərəfdaşlarından biridir. Çin Xalq Respublikası Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır.

Onun sözlərinə görə, hər iki ölkənin liderləri qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün uğurlu siyasət həyata keçirirlər. Çyan Xunşan Çin Kommunist Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Bu görüşün də məhz iki partiya arasında mövcud əlaqələrin və dostluq münasibətlərinin daha da gücləndirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.



SON XƏBƏRLƏR

2023-03-27

13:20 Toivo Klaar Azərbaycana səfər edəcək

12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir

10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

10:03 Türkiyəli aktyor vəfat etdi

09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ

09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

09:22 Samuxda narkotik satan şəxslər tutuldu

09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb

09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu

08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı

08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO

08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

08:42 Gəncədə qazi BIÇAQLANDI

08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi

08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB

08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”

00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

Product image

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları