Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub

Siyasət / 26.11.2021 15:32

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub.

Trendxəbər verir ki, Prezident İlham Əliyevi salamlayan PrezidentVladimir Putin dedi:

- Hər vaxtınız xeyir, hörmətli İlham Heydər oğlu. Sağ olun ki, gəlməyə razılıq verdiniz. Çoxlu suallar yığılıb qalıb. Əlbəttə, Dağlıq Qarabağ probleminin nizamlaması ilə əlaqədar bizim üçtərəfli görüşümüz diqqət mərkəzində olacaq. Mən indicə öz həmkarlarımla - Sizin yaxşı tanıdığınız və iqtisadiyyat problemləri, nəqliyyat dəhlizlərinin açılması məsələləri ilə məşğul olan Rusiya hökumətinin Baş nazirinin müavini, müdafiə naziri, məlum olduğu kimi nizamlanma işinə əhəmiyyətli töhfə verən Sərhəd Xidmətinin tabe olduğu Federal Təhlükəsizlik Xidmətinin direktoru ilə söhbət edirdim.

Ümumiyyətlə, orada suallar çoxdur, lakin hər halda bizim ikitərəfli görüşümüzü ondan başlamaq istərdim ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi tamam olur. Şübhəsiz, bu elə bir hadisədir ki, onu müvafiq şəkildə qeyd etməli olacağıq. Bununla əlaqədar demək istərdim ki, bizim strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir. Bunu demək kifayətdir ki, pandemiya ilə bağlı bütün məsələlərə və bununla əlaqədar iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, hər halda bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir. Əlbəttə, humanitar əlaqələr bu fonda davam edir. Mən bizim görüşlərimizdə həmişə ilk növbədə bu barədə danışıram. Rus dilinin inkişafına, dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm. Sizdə 304, hətta mən bilən daha çox - 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənilirlər. Bu da yaxşı göstəricidir, Azərbaycan rəhbərliyinin, Azərbaycan xalqının yaxın və çoxtərəfli əlaqələr saxlamaq cəhdinə dəlalət edir. Bu əlaqələr həqiqətən çoxtərəfli xarakter daşıyır. Humanitar sahədə münasibətlər də, gənclərin əlaqələri də inkişaf edir. Bizdə bu cür ümumbəşəri səviyyədə dəstəklənən tədbirlər çoxdur. Bu, gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaradır.

Dağlıq Qarabağ məsələsinin nizamlanmasına gəldikdə isə, bu barədə üçtərəfli formatda danışarıq. Bir azdan Ermənistanın baş naziri bizə qoşulacaq və biz bu diskussiyanı davam etdirəcəyik. Lakin mənə belə gəlir ki, burada bizim sülhməramlılar da müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir.

Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz.

X X X

Prezidentİlham Əliyev dedi:

- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç.

İlk növbədə dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam. Bu il ərzində biz çox fəal dialoq aparmışıq – həm görüşmüşük, həm də tez-tez telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin inkişaf dinamikası bizi çox sevindirir. Lakin mən əvvəlcə Kemerova vilayətində kömür şaxtasında baş vermiş faciə ilə əlaqədar Sizə şəxsən başsağlığı vermək istərdim. Təəssüf ki, xeyli insan həlak olub. Dünən Sizə teleqram göndərmişəm. Bu gün Azərbaycan xalqı adından bir daha Sizə, bütün Rusiya xalqına başsağlığı vermək istəyirəm.

Biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Bu, sadəcə söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq.

Azərbaycanda rus dilinin, o cümlədən təhsil prosesləri vasitəsilə populyarlaşdırılması və qorunub saxlanması üzrə bizim fəaliyyətimizi qiymətləndirdiyinizə görə sağ olun. Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və "Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni, bu bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır.

Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan problematikası barədə ətraflı söhbət edəcəyik. Qeyd etməliyəm ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq.

Dəvət üçün bir daha çox sağ olun, təkcə Rusiyanın deyil, bütün dünyanın incisi olan bu diyarın gözəl təbiətinə heyran olduğumu bir daha bildirmək istərdim.

Vladimir Putin: Çox sağ olun.



SON XƏBƏRLƏR

2022-05-20

20:14 ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub göndərib

18:16 Şuşada “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

17:51 Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası

17:08 Prezident İlham Əliyev: Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər

17:00 Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır

16:38 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:35 Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxub, 9 nəfər sağalıb

16:06 Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - Sərəncam

15:49 Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyəti və delimitasiya üzrə komissiyanın tərkibini müəyyən edib - Əli Əsədov

14:14 Füzuli Peşə Liseyi binasının tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM

14:13 Şuşa Real Məktəbinin bərpasına vəsait ayrıldı

13:00 Mətbuat Şurası Qadir İbrahimlinin vəfatı ilə bağlı nekroloq yayıb

12:01 Bu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilib

11:59 Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə

11:54 İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

11:32 DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

11:13 Hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edilib

11:10 Qubada illər əvvəl törədilmiş cinayətin üstü açıldı: Qətlin izini itirmək üçün qadınla kişini yandırıbmış

10:30 Bərdə Mədəniyyət Mərkəzinin tikintisi niyə yarımçıq qalıb? - NAZİRLİKDƏN AÇIQLAMA

10:20 "Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir" - Çavuşoğlu

10:16 Qlobal Fondun layihələri Azərbaycanda vərəmlə mübarizəyə böyük töhfə verir - Teymur Musayev

10:14 Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib

10:06 Qadir İbrahimli vəfat etdi

2022-05-19

18:00 Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

17:55 “ASAN xidmət” korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formuldur - MÜSAHİBƏ

17:19 "Türkiyə-Azərbaycan qeyri-hökumət təşkilatlarının bir platforması da yaranacaq"

17:04 Qarabağda sahibkarlıqla məşğul olmaq üçün 100-dən çox türk şirkəti müraciət edib - Orxan Məmmədov

16:43 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:41 Azərbaycanda son sutkada koronavirusa 10 yeni yoluxma olub, 3 nəfər sağalıb

16:36 Üç yeni qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub

16:29 FHN güclü küləklə bağlı əhaliyə müraciət edib

16:18 Vahid Kirişci Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib (FOTO)

15:45 Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:54 "Qarabağ" Qurban Qurbanovla müqavilənin müddətini uzadıb

Product image

13:03 “Kəpəz”lə “Turan” rəsmən Premyer Liqada

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb