20 Yanvar- rəşadətə aparan yol
Gündəm / 19.01.2022 11:51

Azadlıq insan övladının ən ali arzularındandır. Bu yolda sinəsini sipər etmək, canından keçmək və heç bir qorxu tanımadan addım atmaq sonda yaşayacağın azadlıq şərbətinin özülünü təşkil edir. Lakin bu, hər zaman mücadilələrlə, savaşla, qanla əldə olunub. Tarix isə heç nəyi unutmur. 1990-cı ilin 20 Yanvar hadisələri də azadlıq arzusunun reallaşdırılmasının qarşısının alınması yönündə xalqımızın başlatdığı böyük hərəkatla bağlı həyata keçirilən məkrli siyasətin tərkib hissəsi idi. Belə ki, SSRİ rəhbərliyinin xain planı əsasında hazırlanmış və həyata keçirilmiş hadisələr zamanı sadə, əliyalın vətəndaşlarımız birlik, bərabərlik nümayiş etdirdi, Rus tanklarının qarşısına çıxdı,qorxmadı, usanmadı....
Tarixi faktlar da göstərir ki, imperiya siyasətində qan və istilablar davamlı və məqsədli şəkildə həyata keçirilib. "Siyasət kəndirinin kəsiləcəyinə” şübhə ilə yanaşan imperiya rəhbərləri sonda özləri bu kəndirdən "asılıb”lar. Zülmü, əziyyəti isə sadə xalqlar çəkib. Bəşəriliyə, dünyəviliyə düşmən kəsilənlər heç bir hərəkat xalq qarşısında tab gətirə bilmir. Elə Rus İmperiyası kimi. Azərbaycanda milli-azadlıq hərakatı artıq öz fəaliyyəti ilə diqqət cəlb edirdi. Xalqın azadlıq istəyini bu və ya digər formada boğmaq, xalqa göz dağı vermək yönündə hər hansı addım atılmalı idi. SSRİ rəhbərliyi isə bu addımı Bakıda həyata keçirməyi planladı. Moskva Bakıya qoşun yeritdi. Günahsız insanların qırğınını həyata keçirdi.İmperiyanın cəza mexanizminin həyata keçirilməsi planı baş tutmuşdu. Ancaq əsas məsələ diqqətdən yayınmışdı. Bu xalqın qətiyyəti, iradəsi və qəzəbi idi. Xalqın meydanlara axismasi, tankların önündə sinələrini super eləmələri planda yox idi. Hadisələr baş verən andan sonra İpmeria rəhbərliyi hadisələrin fonunu dəyişmək istəsə də buna nail ola bilmədi.
Bəli, Azərbaycan xalqının xilaskarı, ümumilli liderimiz Heydər Əliyev o zaman baş vermiş bu dəhşətli hadisəyə ilk reaksiya verən şəxs oldu.Azərbaycanın kommunist rəhbərlərinin hərəsi bir tərəfə qaçdığı bir vaxtda, meydanlarda qəhrəmanlıqdan danışan azadlıq hərəkatının önünə düşənlərin gözə görünmədiyi zamanda Moskvada bir səs ucaldı. Bu səs xalqı birləşdirdi, qəlblərdə ümid yaratdı. Bu uca səs xalqın təşviş və qorxusunu birdəfəlik aradan qaldırdı. Bu, Azərbaycan xalqının görkəmli oğlu, böyük siyasi və dövlət xadimi Heydər Əliyevin səsi idi. Ömrünü xalqına, onun inkişafına həsr etmiş Heydər Əliyev susa bilməzdi. Heydər Əliyev o ağır günlərdə xalqının yanında oldu, onun dərdinə şərik çıxdı. Özünün və ailə üzvlərinin həyatını təhlükə altına qoyaraq, Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin tənqid etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını imperiyanın paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Dünya dövlətləri gördü ki, xalq bu faciəni həm də qürur tarixi bilir. Xalqın şəhidlikdən keçən mübarizəsi dövlət müstəqilliyinin bərpasının siyasi qarantı oldu.
Aradan keçən müddət ərzində 20 yanvar şəhidləri, bu qanlı hadisələr zamanı sağlamlığını itirən vətəndaşlarımızın sosial müdafiəsinin yüksəldilməsi ilə bağlı davamlı addımalr atılır. Onların mənzil, avtomobil təminatı yaxşılaşdırılıb. Dövlətimizin artan qüdrəti nəticəsində 20 yanvar hadisəsini biz hüzn deyil, milli qürur günü kimi qeyd edirik. Azərbaycan xalqının mərdlik səlnaməsi olan 20 yanvar hadisələrinin il dönümündə, eləcədə digər rəsmi tədbirlərdə şəhidlər xiyabanına gələn qonaqlar xalqımızın mərdliyi, şücaəti və rəşadəti önündə baş əyirlər!
İltizam Yusifov,
Milli Məclisin deputatı
2023-02-02
09:54 Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı
09:15 Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir
09:05 Bu gün Gənclər Günüdür
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
10:17 ”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları