Deputatlar nazirliyin təşəbbüsünə qoşuldular: “Sellofan torbalar yığışdırılmalıdır!”

İqtisadiyyat / 30.10.2018 15:18

Bu gün, demək olar ki, bütün marketlər, satış mərkəzləri alınan malları sellofan paketlərdə qablaşdırır. Elə insanlar da daşıma vasitəsi kimi daha çox sellofan torbalara üstünlük verirlər. Kağız torbalardan tək-tük satış yerlərində istifadə olunur. Əvvəllər isə vəziyyət belə deyildi. Bazarlarda əsasən kağız paketlərdən, həsir zənbillərdən istifadə edilirdi. Hazırda bir sıra xarici ölkələrdə plastik qabların, sellofan torbaların istifadəsindən imtina edilir. Məsələn, ABŞ, İngiltərə, Yeni Zellandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur.

Tayvan, Keniya, Uqanda, Fransa, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadə olunmasını qadağan edib. Bu yaxınlarda isə Gürcüstan da plastik qablardan, sellafon torbalardan istifadəyə qadağa qoydu.

Azərbaycanda isə vəziyyət tamam fərqlidir.

Məhz vəziyyətin fərqliliyini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablar, polietilen torbalar və onlardan istifadənin məhdudlaşdırılması ilə bağlı kampaniyaya start verib.

Çünki insanlar özləri də bilmədən plastik qablar, sellofan torbalardan istifadə etməklə yaşadığımız ətraf mühitə mənfi təsir göstərmiş olurlar.

Modern.azsaytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı kampaniyanın əhəmiyyəti barədə Milli Məclisin deputatlarının fikirlərini almağa çalışıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovictimaiyyət nümayəndələrinin, insanların nazirliyin bu təşəbbüsünə qoşulmalı olduğunun vacib sayıb:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı kampaniyanı dəstəkləyirəm. Çünki plastik qabların, sellofan torbaların müəyyən xəstəliklərin yayılmasında rolu mütləqdir. Onlar qida təhlükəsizliyi cəhətdən o qədər də əlverişli deyil. Sizə açığını deyim ki, dünyanın bir çox ölkələrində bundan imtina edirlər. Azərbaycanda da bu ənənəyə start verilib. Fikir vermisizsə, bəzi marketlərə daxil olanda kağız torbalar təqdim olunur. Heç olmasa qida məhsullarını alanda sellofan torbalardan istifadə edilməsin. Hətta adi plastik qablar var ki, onun içindəki suyu içirik.

Bu qabların materiallarında kimyəvi maddələr var. İndiki dövrdə bir qisim insanlar şüşə butulkalardakı sudan alıb içirlər. Azərbaycan inkişaf etməkdə olan ölkədir. İnsanlarımız sağlamlıqlarının qeydinə qalmağı bacarmalıdırlar. Elə etməliyik ki, övladlarımız sağlam böyüsün. Gələcək nəslin sağlamlığına biganə yanaşmamalıyıq. Ona görə də nazirliyin təklifini dəstəkləyirəm və deyirəm ki, millət də bu təklifə qoşulmalıdır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Musa QuliyevNazirliyin vacib və olduqca əhəmiyyətli olan təşəbbüsündən danışarkən ona dəstək verdiyini deyib:

"Əgər xatırlayırsızsa, bir neçə il bundan qabaq Milli Məclisin iclasında sellofan torbalardan imtina etmək barədə məsələ qaldırmışdım. Torbaların satışı məhdudlaşdırılmalıdır. Sellofan torbalar ekologiyanı da çox çirkləndirir. Üstəlik torpaqda çürümür və qalır. Bu da onu göstərir ki, onu netrallaşdırmaq olmur. Bunun üçün əlavə xərclər olmalıdır. Sellofan torbalardan və plastik qablardan artıq bəzi ölkələr imtina edib. Məsələn, Rusiyanın bir çox bölgələrində sellofan torbaların istifadəsi yığışdırılıb. Bu zaman müştəri də məcbur qalıb digər köməkçi vasitələrə əl atır. Böyük torbalara müraciət edirlər.
Bəzi ölkələrdə parça və yüngül qamışlardan zənbillər hazırlanır. Həm millidir, həm ekoloji cəhətdən təmizdir, həm də iqtisadi cəhətdən sərfəlidir.

Yaxşı ki bizim Nazirlik tərəfindən də bu işə başlanılıb. Hindistan, Tayland kimi ölkələrdə sellofan torbalara görə cərimələr mövcuddur. Bunun sağlamlıq üçün zərəri daha çoxdur. Elələri var ki, ona ərzaq məhsulları qoymaq çox təhlükəlidir. Eyni zamanda, məhsulun uzun müddət sellofan torbada saxlanılması insan həyatı üçün yaxşı nəsə vəd etmir. Sovet dönəmində kağızlardan istifadə edilirdi. Müəyyən ərzaq məhsullarında kağızdan istifadə etmək olar. Çox istərdik ki, əvvəlki zənbillər geri qayıtsın. Çünki sellofan torbalar digər canlılar üçün də zərərlidir. Bəzən yol kənarında sellofanlara rast gəlirik. Onu balıqlar yedikdə zəhərlənir. Ziyanlı tərəfləri var.

Ona görə bir də vurğulayıram Ekologiya və Təbii Sərvətlər Nazirliyinin plastik qablar, sellofan torbalardan imtina etməklə bağlı başladığı kampaniyanı dəstəkləyirəm. Bu, əhatəli olarsa, biz də sevinərik. Həmçinin, biz də bu məsələdə nazirliyin yanındayıq”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Kamran Nəbizadədə nazirliyin təşəbbüsünə dəstək verdiyini bildirib:

"Plastik qablar, sellofan torbalar ekoloji cəhətdən də çox zərərlidir. Təəssüf ki, küləkli havada göyə sovrulan sellofanlar gözümüzə dəyir. Bunlar ekologiyanı da çirkləndirməklə məşğuldur. Plastik qablar, sellofan torbalar torpaqda belə çürümür. Təbii, onların kimyəvi təsiri olduğundan zərəri də istisna deyil. Ona görə də nazirliyin başladığı kampaniya çox müsbət təşəbbüsdür. Nazirliyi dəstəkləyirəm. İnsanların plastik qabların, sellofan torbaların vurduğu ziyan və fəsadlarla bağlı maarifləndirilməsin ehtiyac var”.




SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb