İltizam Yusifov: Düzgün planlara hədəflənən Bəyannamə
Siyasət / 23.02.2022 12:29

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi, bir-birinin maraqlarının qarşılıqlı hörmət təməlləri üzərində qurulması baxımından əhəmiyyətlidir.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, bu sənəd Qarabağ probleminin həlli üçün bölgə dövlətləri arasında yeni iqtisadi, siyasi, mədəni münasibətlərə, əlaqələrə keçidi zəruri edir: "Azərbaycanla Rusiya arasında rəsmi diplomatik əlaqələrin qurulmasının 30-cu il dönümündə belə bir sənədin imzalanması onu deməyə əsas verir ki, bundan sonrakı müddətdə Azərbaycan və Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, özünü iqtisadi, humanitar, tibbi, elektroenergetika və digər sahələrdə büruzə edəcək. Belə ki, Rusiya Prezidenti də çıxışında qeyd etdi ki, Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır, Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində layihələrə qoşulmağa hazırdır. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclaslarında bu və ya digər məsələlər gündəmə gətiriləcək”.
Sənəddə əsas diqqət çəkən məqamın Zəngəzur dəhlizi ilə bağlı məsələdir olduğunu qeyd edən deputat deyib: "Bu dəhlizin açılması nəinki ölkələr arası, eyni zamanda, region üçün əhəmiyyətlidir və misilsiz layihədir. Rusiya Prezidenti çıxışında regionda nəqliyyat əlaqələrinin tezliklə açılması məsələsinə toxundu və bildirdi ki, bu prosesin bütün iştirakçıları – bilavasitə Azərbaycan və Ermənistan, əlbəttə ki, onların bütün qonşuları bunda maraqlıdırlar.
Bəyannamədə yer alan bir nüansa xüsusi diqqət yetirmək lazımdır. Belə ki, bu günə qədər bizi beynəlxalq təşkilatlarda dəstəkləyən ölkələr arasında Türkiyə, Pakistan və digər ölkələr gəlirdisə bu gün bu ölkələr arasına Rusiya da daxil olur. Sənəddə qeyd olunur ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi niyyətindən çıxış edərək, Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Məhz belə bir bəndin Bəyannamədə qeyd olunması Azərbaycanın xarici siyasətinin uğurudur. Bəli, artıq regionda yeni düzən formalaşır. Türkiyə Azərbaycan müttəfiqliyində Rusiyanın da rolu artır. Rusiya artıq Azərbaycanın haqq işində beynəlxalq təşkilatlar qarşısında qaldırılan məsələlərə əvvəlki tək biganə qalmayacaq. Bu isə bizə böyük üstünlüklər qazandıracaq”.
İki ölkə arasında hərbi texniki sahədə əməkdaşlıqla bağlı müddəalara münasibət bildirən deputat vurğulayıb ki, bu kimi əməkdaşlıq Azərbaycanın hərbi gücünün artmasına gətirib çıxaracaq: "Ölkəmizin hərbi potensialı hər il daha da artır. Yeni və müasir silahların alınması, şəxsi heyətin, müasir hərbi texnikaların sirlərinə yiyələnməsi və qarşılıqlı razılaşma ilə hərbi təlimlərin keçirilməsi təbii ki, təcrübə baxımından əhəmiyyətlidir. Belə olan halda Rusiya hərbi təcrübəsindən istifadə gücümüzə güc qatacaq. Bəyannamədə bu məsələyə xüsusi yer verilməsi isə onu deməyə əsas verir ki, nəinki hərbi təlimlər, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yarandığı təqdirdə Rusiya bu məsələdə öz sözünü deyəcək”.
Deputat sonda onu da bildirib ki, imzalanan Bəyannamə konseptual sənəddir. Bu sənəd Azərbaycan diplomatiyasının növbəti uğurudur.
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq
10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”
09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
2023-03-15
19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"
18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək
18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü
17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB
15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"
11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb
10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"
09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
08:56 QHT məktəbi fəaliyyətə başlayır
08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı
08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev
08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi
08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları