“İmzalanan Moskva Bəyannaməsi Ermənistanın maraqlarına ciddi zərbədir”

Siyasət / 24.02.2022 14:50

Azərbaycan qonşusu olan Rusiya ilə ikitərəfli münasibətləri daim inkişaf etdirməkdə maraqlı olub. Azərbaycan bütün qonşu və müttəfiqləri ilə bərabər hüquqlu və qarşılıqlı əlaqələrin qurulması üçün səylərini əsirgəməyib. Rusiya Xocalı və 20 Yanvar kimi faciələrin fonunda azərbaycanlıların yaddaşında heç də xoş izlər buraxmayıb və hər zaman şimal qonşumuzu xatırlayanda insanımızın düşüncələrində qəzəb və nifrət hakim kəsilib. Amma soyuq başla ətrafımızda, eləcə də dünyada baş verən prosesləri analiz edəndə fərqli mənzərə ortaya çıxır.

Azərbaycanın dövlət və milli maraqları, xüsusən də Vətən Müharibəsindən sonra yaranan yeni mövcud reallıqlar şəraitində, bu səylərin artırılmasını da labüd edirdi.Moskvada imzalanan "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” də bu baxımdan həm "Şuşa Bəyannaməsi”nin, həm də "Bakı Bəyannaməsi”nin məntiqi davamı kimi dəyərləndirilə bilər. 14 aya yaxın bir müddətdə hazırlanan və Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini nəzərdə tutan bu sənəd, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uzaqgörən və ardıcıl siyasətinin nəticəsidir. 44 günlük savaşda Azərbaycanı göylərə qaldıran Ali Baş Komandanın uzun müddət ərzində hazırlanan bu sənədi imzalamadan öncə dərindən analiz etdiyinə əminəm. Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyində, suverenliyində, ərazi bütövlüyü məsələsində heç bir güzəşt etməyəcəyini dəfələrlə nümayiş etdirib.

Rusiya və Azərbaycan arasında rəsmi münasibətlər daim əməkdaşlıq, dostluq, mehriban qonşuluq, dərin mədəni və humanitar əlaqələrə əsaslanıb. İmzalanan "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” isə bu münasibətləri keyfiyyət və mahiyyət baxımından daha üstün-müttəfiqlik səviyyəsinə yüksəldib.

43 bənddən ibarət bu Bəyannamənin əsas istiqamətləri Rusiya Federasiyası və Azərbaycan Respublikasının münasibətlərini iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanır. Hər iki ölkə bu Bəyannamə ilə bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həllinə sadiq qalacaqları barədə öhdəlik götürüblər.

Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütdüyü də vurğulanır. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən addımlardan, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürüblər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almalıdır. Azərbaycan bu Bəyannaməyə qədər də Rusiya əleyhinə açıq fəaliyyət göstərən şəxslərin və təşkilatların Azərbaycan ərazisində olmamağına diqqət edib. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır ki, bu sahədə də Ermənistanın ləng davranışlarına qarşı Rusiya daha sərt və praktiki addımlar atmalıdır.

Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər.

Bəzi siyasi qruplar və ya ayrıca şəxslər bu müqavilənin mahiyyətini təhrif edir, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə və "Şuşa Bəyannaməsi”nə xələl gətirən addım olmasını iddia edirlər. Bu tam yanlış yanaşmadır. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında imzalanan "Şuşa Bəyannaməsi” ilə Moskavda imzalan "Bəyannamə”nin müqayisəsi absurddur. Bütün dünya bilir ki, Azərbaycanla Türkiyəni yalnlz imzalanan hansısa sənədlər toplusu deyil, bir millət iki dövlət dəyərləri birləşdirir. Rusiya ilə imzalanan sənədin hazırlanmasına uzun müddət sərf edildiyini və iki qardaş ölkə arasında münasibətlərin səviyyəsini nəzərə alsaq, Moskva sənədinin rəsmi Ankara ilə razılaşdırıldığına əmin ola bilərik.

Digər tərəfdən isə Rusiya-Azərbaycan əməkdaşlığı yeni məsələ deyil. Ən azından Rusiya bizim ən böyük silah tədarükçülərimizdən biridir. Rusiyadan idxal edilən bir çox silah, qurğu, texnika və komplekslər Silahlı Qüvvələrimiz tərəfindən həm Vətən Müharibəsində, həm də post müharibə dövründə uğurla istifadə edilir. Odur ki, regionda formalaşdırdığı yeni reallıqlar fonunda Rusiya ilə müttəfiqlik haqqında sənəd imzalaması tamamilə siyasi-hərbi maraqlarımıza uyğundur. Azərbaycan hazırda Türkiyə və Pakistandan başqa, qonşu ölkələrlə bərabər BMT, NATO, Qoşulmama Hərəkatı, TDT və İƏT ilə aktiv əməkdaşlıq edir. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Hazırda Azərbaycanın Aİ ilə müzakirələri aktivləşib və münasibətlərimiz tam yeni mərhələyə qədəm qoyur. Yaxın gələcəkdə Aİ və İtaliya ilə bənzər məzmunlu əməkdaşlığa dair sənədin imzalanacağı da gözlənilir. Əslində həm Qoşulmama Hərəkatında sədrlik etmək, həm də Türkiyə, Rusiya, Aİ ilə paralel şəkildə və yüksək səviyyədə əməkdaşlıq etmək ciddi diplomatik və siyasi bacarıq tələb edir. Qarabağdakı separatçı meyllərin azğınlaşması və bütün bunların Rusiya sülhməramlılarının gözləri önündə baş verməsi fonunda, imzalanan bu Bəyannamənin separatçı rejimin təxribatlarına son qoymaq, Paşinyan hökumətini sərhəddə atəşkəsi pozmaq əvəzinə, imzaladığı sənədlərdəki öhdəlikləri yerinə yetirməyə yönləndirmək istiqamətində atılan addımlara vadar etməlidir. Bu baxımdan imzalanan Bəyannamə Ermənistanın maraqlarına ciddi zərbə kimi dəyərləndirilməlidir.

Ülvi Quliyev,
Milli Məclisin deputatı



SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları