Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib
Siyasət / 05.04.2022 11:48

Prezident İlham Əliyev: "Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidi.” Seçki hər bir dövlətdə sabit vətəndaş cəmiyyətinin, mütərəqqi inkişafın əsasını təşkil edir. 1993-cü ildən Azərbaycanda keçirilən seçkilər bütünlüklə cəmiyyətin iradəsini özündə əks etdirib. 1995-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası seçkilərin şəffaf və demokratik keçirilməsi mexanizmlərini özündə əks etdirib və prioritetləri müəyyənləşdirib. Bu əsasda da Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılıb. Təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılan Seçki Məcəlləsi isə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının azad seçim etməsinə şərait yaradır. Məhz Seçki Məcəlləsində demokratik prinsiplərə əsasən vətəndaşlara seçkilərdə azad iştirak etmək, seçmək, seçilmək hüququ verilib.
2018-ci il aprelin11-də keçirilən prezident seçkiləri də ölkəmizdəki demokratik prinsiplərə sədaqəti növbəti dəfə təsdiq etdi. Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə ölkə rəhbəri seçildi. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilər ölkəmizdə keçirilən prezident seçkilərinin azad, şəffaf, demokratik keçdiyini, xalqımızın öz iradəsini azad şəkildə ifadə etdiyini təsdiqlədilər. Prezident İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində də bildirib ki, ölkəmizdə keçirilən seçkilər xalqımızın iradəsini tam şəkildə əks etdirib: "Prezident seçkiləri şəffaf, ədalətli, azad şəkildə keçirilmiş və Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir”.
Qeyd edildiyi kimi, Azərbaycan xalqı ötən 10 ildə görülən işlərə, ölkəmizdə həyata keçirilən böyükmiqyaslı fəaliyyətə, o cümlədən, ölkəmizin beynəlxalq arenada əldə etdiyi yüksək nəticələrə qiymət verdi. Bu gün Azərbaycan dövləti birmənalı olaraq nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, daha böyük coğrafiyanın aparıcı siyasi aktoru kimi çıxış edir. Cənubi Qafqaz bölgəsinin iqtisadiyyatının üçdə iki hissəsi məhz ölkəmizin payına düşür. Bundan başqa, Azərbaycan dövləti son 10 ildə böyük inkişaf yolu keçib. Ölkəmizdə yoxsulluğun həddi 10 dəfələrlə azalıb, bir milyondan artıq yeni iş yerləri yaradılıb ki, bunun da böyük qismi daimi iş yerləridir. Vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dövləti stabil inkişaf yolundadır və Azərbaycan xalqı da aprelin 11-də keçirilən prezident seçkilərində məhz bu stabil inkişafa, ümumilikdə son 10 il ərzində görülən işlərə növbəti dəfə öz razılığını və obyektiv münasibətini ifadə etdi. Prezident İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində də vurğulayıb ki, ötən 10 il ərzində verilən bütün vədlər icra edilib: "Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini Heydər Əliyev siyasətinin davamına verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edilmişdir”.Ölkəmizdə bütün vətəndaşların sosial rifahının yüksəldilməsi, o cümlədən, aztəminatlı insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılıb. Ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi istiqamətində bütün şərait yaradılıb. İstər seçkidə seçici qismində, istərsə də namizəd qismində iştirak edən vətəndaşlar öz hüquqlarından yüksək səviyyədə istifadə edə bilirlər. Bütün bunların təməlində isə demokratik seçkilərin keçirilməsinin əsas şərti qismində çıxış edən qanunvericilik bazası dayanır.
Azərbaycan hakimiyyəti birmənalı olaraq, azad, şəffaf, ədalətli seçkilərin keçirilməsi yönündə öz iradəsini nümayiş etdirib. Hələ 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam seçkilərə hazırlıq və seçki dövründə baş verə biləcək qanun pozuntularının qarşısını almaq, seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi daşıyırdı. Seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanunazidd olaraq müdaxilə edəcəyi təqdirdə ölkə qanunvericiliyinə uyğun məsuliyyətə cəlb ediləcəyi göstərilib. Bundan başqa, sənəddə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməmək və bu cür faktlar aşkar olunduğu təqdirdə qanunvericiliyə uyğun məsuliyyət təyin edilməsi kimi göstərişlər yer alıb.
Həmçinin, məhz dövlət başçısının 2005-ci ildə imzaladığı Sərəncamda namizədlərə efir vaxtının verilməsi və digər məsələlər də öz əksini tapmışdı ki, bu da ölkəmizdə azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayır. Bu fakt özü Azərbaycan hakimiyyətinin, Prezidentinin ölkədə şəffaf, azad seçkilər keçirilməsində maraqlı olduğunu göstərir. Aprelin 11-də keçirilən prezident seçkiləri də məhz bu cür - demokratik prinsiplər əsasında baş tutdu. Azərbaycan xalqı yüksək seçki mədəniyyətinə, ən doğru seçim etmək bacarığına malik bir xalq olduğunu növbəti dəfə sübuta yetirdi. Prezident İlham Əliyev də andiçmə mərasimindəki nitqində bu məsələyə xüsusi olaraq toxunub: "Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir”.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
2023-03-27
15:14 Ötən il 2877 xəstə ilk dəfə vərəmə yoluxub
14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları