Cavabdeh kimdir, Qırmızı Xaç?
Siyasət / 05.04.2022 19:18

Azərbaycan ordusu Fərrux dağı və ətrafdakı yüksəklikləri qanunsuz erməni silahlı birləşmələrindən təmizlədikdən sonra aparılan mühəndis-istehkam işləri zamanı ərazidə insan qalıqları aşkarlandı.
Onların Birinci Qarabağ savaşında itkin düşən azərbaycanlı hərbçilərə aid olduğu ehtimal edilir. Qalıqların 30-70 sm-lik dərinlikdən tapılması, üstəlik, kəllə nahiyələrinin zədəli olması, qabaq dişlərinin yoxluğu ona dəlalət edir ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlılar öldürülməmişdən qabaq işgəncəyə məruz qalıblar.
Hüquq-mühafizə orqanlarımız, ekspertlər Fərrux dağının yaxınlığından başqa, Qarabağın daha iki nöqtəsində - Şuşanın Daşaltı və Xocavəndin Edilli kəndlərində də aşkarlanmış kütləvi məzarlıqlara dair araşdırmalarını davam etdirirlər. Tapılan bu məzarlıq ermənilərin azərbaycanlıları xüsusi işgəncələrə məruz qoyduğunun və kütləvi şəkildə qətl etdiyinin, qətliam törətdiyinin bariz sübutudur.
Artıq mediadan da məlum olduğu kimi, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Qırmızı Xaç vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə yayılıb. Məktubda hərbçimiz valideynlərinə əsirlikdə olduğunu bildirir və tezliklə qurtarılmasını istəyir. Yox, sadəcə istəmir – ata-anasına yalvarır. Bir övladın əsirlikdən valideynlərinə yalvarış dolu məktub yazması nə deməkdir?
Sonra Laçından heç bir xəbər gəlmir. Onunla əsirlikdə olan və qurtulan soydaşlarımızın dediyinə görə, Laçın qətlə yetirilib. Çox güman ki, həmin Edilli kəndinin yaxınlığındakı məzarlıqda da dəfn edilib. Çünki məktubunda bu kənddə saxlanıldığını yazıb.
Vətən müharibəsinin bitməsindən ilyarım vaxt keçib. Qərbin hüquq müdafiəsi təşkilatları kimi tanınan, əslində isə siyasi oyunların, geosiyasətin alətləri olan qurumlar, müxtəlif konqresmen və senatorlar, siyasətçilər, beynəlxalq təşkilatlar, şuralar hər gün bir tribunadan, media orqanından "Azərbaycanın saxladığı erməni əsirləri” mövzusunda hay-küy salırlar. Ancaq hələ Birinci Qarabağ savaşından itkin düşmüş, hansıları ki, biz indi azad edilmiş ərazilərimizdəki kütləvi məzarlıqlardan tapırıq, 4 min soydaşımızın aqibətini qulaqardına vurub, görməzdən gəlirlər. Biz özümüz ermənilərin, Ermənistanın, onun rəhbərlərinin cinayətlərini üzə çıxarıb sübut edəcəyik.
Ancaq sual olunur: Laçının məktubunu valideynlərinə çatdıran Qırmızı Xaç sonra onun taleyi ilə maraqlanıbmı? Axı məktubun mövcudluğu, çatdırılması əsirin faktiki olaraq Qırmızı Xaçın nəzarətində, himayəsində olması deməkdir! Haradadır Novruzov Laçın Əhməd oğlu? Qırmızı Xaç bu suala cavab verə bilərmi?!
Ancaq gəlin bunu da kənara qoyaq. Qərbdə, Avropada fəaliyyət göstərən, özünü azərbaycanlı sayan, guya xalqımızın güzəranı, dərdi-səri üçün "mübarizə” aparan, insan hüquqlarından, demokratiyadan ağız dolusu danışan soydaşlarımız hara baxır? Tapılan qalıqlar onlarla bir qana, bir genetik koda sahib olan həmvətənlərinə məxsus deyil? Bəyəm Novruzov Laçın Əhməd oğlu başqa millətin nümayəndəsidir? Niyə susursunuz?
Elnur Allahverdiyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq
10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”
09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
2023-03-15
19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"
18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək
18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü
17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB
15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"
11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb
10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"
09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
08:56 QHT məktəbi fəaliyyətə başlayır
08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı
08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev
08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi
08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları