Malik Həsənov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək və möhtəşəm uğurlara imza atacaq"

Siyasət / 06.04.2022 12:42

"11 aprel 2018-ci il prezident seçkilərindən ötən 4 ildə Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlara diqqət yetirsək miqyasının geniş və qürurverici olduğunu böyük əminliklə qeyd edə bilərik. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar, yenilikləri özündə əks etdirən və gələcəyə hesablanmış siyasət hər bir hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır. Ümumilikdə cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən əsas hədəf ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, dövlətinin, xalqının gələcəyini düşünən Lider hər zaman ölkəsini irəli aparacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında da "Biz daim irəli baxmalıyıq” prinsipi dayanır. Ölkəmizin hərtərəfli inkişafı, regionda və dünya birliyində söz sahibi kimi mövqeyinin möhkəmləndirilməsi üçün bütün addımlar atılıb və bu gün də uğurla davam etdirilir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ölkələr, xalqlar arasında körpünü daha da möhkəmləndirir. Bu layihələrin regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasını şərtləndirir. Uğurlarımızın davamlılığını təmin edən əsas faktor dövlət başçısı İlham Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsi, möhkəm siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti və cəsarəti, böyük natiqlik məharətidir. Artıq Azərbaycan iki ilə yaxındır ki, qalib ölkə kimi tarixi Zəfərimizin reallıqlarının qəbulu istiqamətində səylər göstərir. 2018-ci il prezident seçkilərindən ötən dövrün uğurlarının zirvəsində məhz ərazi bütövlüyümüzün bərpası dayanır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi bu mərhələdə də prioritet olub. Belə ki, sayca dördüncü olan "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib: "Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Dördüncü Dövlət proqramının uğurlu icrası, hədəflərə yüksək səviyyədə nail olunması son illərin sosial-iqtisadi göstəricilərində də özünü təsdiqləyir. Artıq tarixi Zəfərimizin reallıqlarına uyğun olaraq iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərman imzalanıb, eyni zamanda, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib.”

Malik Həsənov bu faktı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin təkcə 2021-ci ildə bölgələrə 47 səfəri olub ki, onların 32-si işğaldan azad edilmiş ərazilərdir: "32 səfərin 7-si isə Qarabağın tacı olan Şuşa şəhərinədir. Hər bir səfər yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılışı ilə yadda qalır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri hazırkı dövrün əsas hədəfidir. Məqsəd tezliklə soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Son iki ilə yaxın dövrdə bu istiqamətdə görülən işlərin miqyası ölçüyəgəlməzdir. Azərbaycan xalqı torpaqlarına qovuşduğu üçün həm qürurludur, həm də onların qısa zamanda dirçəldilərək cənnət məkana çevrilməsinə, əvvəlki şöhrətlərinin özlərinə qayıtmasına səy göstərir. Azərbaycanın öz daxili imkanları hesabına görülən bərpa və quruculuq işləri uğurlarımızın təqdimatıdır.”

Millət vəkili qeyd edib ki, 2018-ci il prezident seçkilərindən sonra islahatların anonsu verilib: "Bu islahatlar qaçılmazdır, dövrün tələblərinə əsaslanır, ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir. Bu islahatların qanunverici orqanda da öz əksini tapması üçün 2020-ci il 9 fevral tarixində ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Bu kimi mühüm addımlar Azərbaycanın demokratik ölkə imicini daha da möhkəmləndirir.”

"Hər günümüz Azərbaycanın tarixinə mühüm uğurlarla yazılır” söyləyən Malik Həsənov 11 aprel 2018-ci ildən sonrakı dövrü belə ümumiləşdirib ki, hər zaman olduğu kimi sabitliyin qorunması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və bu fonda sosial müdafiənin gücləndirilməsi, ordu quruculuğu, siyasi müstəqilliyin möhkəmləndirilməsi və sair kimi uğurlarımız 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə yol açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı, ordumuz dünyanın ən güclü ordusu, xalqımız yenilməz, məğrur xalq kimi tarixə yazıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək və möhtəşəm uğurlara imza atacaq.



SON XƏBƏRLƏR

2023-03-27

13:20 Toivo Klaar Azərbaycana səfər edəcək

12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir

10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

10:03 Türkiyəli aktyor vəfat etdi

09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ

09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

09:22 Samuxda narkotik satan şəxslər tutuldu

09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb

09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu

08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı

08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO

08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

08:42 Gəncədə qazi BIÇAQLANDI

08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi

08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB

08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”

00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

Product image

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları