Prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
Gündəm / 03.11.2018 14:35

Baş Prokurorluqda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu tədbirlər nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuşdur.
Xüsusi vurğulanmışdır ki, ölkəmiz son 15 ildə sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisini təmin edərək nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmuş, dünyadakı nüfuzunu artıraraq 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 3 peykə malik ölkə kimi kosmik kluba daxil olmaqla yanaşı, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi edərək bir dövlət kimi güclü potensiala və mövqeyə malik olduğumuzu dünyaya nümayiş etdirmişdir.
Əldə edilən nailiyyətlər mötəbər beynəlxalq qurumların, o cümlədən biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmaqla ümumi indikatorlar üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin dinamik sosial-iqtisadi inkişafının parlaq göstəricisi kimi dəyərləndirilmişdir.
Diqqətə çatdırılmışdır ki, respublikamızın davamlı tərəqqisi digər dövlət təsisatları kimi prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin etmiş, bu mühüm dövlət orqanı fəaliyyətini müasir dövrün daha yüksək tələbləri səviyyəsində quraraq təkmilləşməkdə davam etmiş, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının, milli dövlət maraqlarımızın qorunmasında, sabitliyin və təhlükəsizliyin təmin olunmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışaraq yeni-yeni uğurlar qazanmışdır.
Xüsusi olaraq qeyd edilmişdir ki, şərəfli bir inkişaf yolu keçmiş Azərbaycan Prokurorluğunun dövlətçiliyin və xalqın maraqlarına xidmət etməklə, qanun çərçivəsində və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən dövlət qurumu kimi müasir məzmunda formalaşması xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə davam etdirilən məhkəmə hüquq islahatları və prokurorluğa olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
Baş prokuror dəfələrlə prokurorluğa olan etimadını vurğulayan Prezident İlham Əliyevin məhz Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi ərəfəsində 28 sentyabr 2018-ci il tarixli Sərəncamla 43 prokurorluq əməkdaşını yüksək dövlət mükafatları - orden və medallarla təltif etməsinin və Azərbaycan Respublikası prokurorluq orqanlarının əməkdaşlarına və veteranlarına ünvanladığı təbrik müraciətinin prokurorluğun kollektivi üçün böyük sevincə səbəb olduğunu bildirmişdir.
Əminliklə qeyd edilmişdir ki, 100 illik tarixə malik Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edəcək, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəltməklə respublikamızın dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 28 sentyabr 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq, ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə "Vətənə xidmətə görə” ordenləri, "Tərəqqi” və "Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunmuşdur.
Prokurorluq əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi Azərbaycan Prokurorluğuna Dövlət başçısı tərəfindən göstərilən yüksək etimad və inamın ifadəsi, dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilmiş və prokurorluğun kollektivi üçün böyük məsuliyyət yaratdığı qeyd edilmişdir.
Dövlət təltifinə layiq görülmüş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmiş və fəaliyyətlərini bu etimada layiq səviyyədə qurulması üçün mümkün tədbirlər görəcəklərini bildirmişlər.
Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilmişdir.
2023-02-02
09:54 Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı
09:15 Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir
09:05 Bu gün Gənclər Günüdür
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
10:17 ”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları