Prezident İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (YENİLƏNİB)
Siyasət / 19.04.2022 13:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend xəbər verir ki, Avropa İttifaqının nümayəndə heyətini salamlayanPrezident İlham Əliyevdedi:
- Sizi bir daha görməyə çox şadam. Şadam ki, Brüsseldəki görüşümüzdən sonra bizi ziyarət edirsiniz. Çox konstruktiv, yaxşı nəticələri və nailiyyətləri olan üçtərəfli görüşdən sonra artıq iki həftə keçib. Səylərinə, bizə çox mühüm məsələləri müzakirə etmək və normallaşma prosesinin başlanğıcı ilə bağlı razılığa gəlmək imkanı verən ab-hava yaratdığına görə Prezident Şarl Mişelə minnətdarlığımı çatdırmağı sizdən xahiş edirəm. Düşünürəm ki, bu, başlanğıc nöqtəsi idi. Çünki biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qruplarının yaradılması barədə razılığa gəldik. Biz bununla bağlı əvvəllər də danışırdıq və bildiyniz kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danlışıqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsseldə baş tutdu. O vaxtan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırdı və mənim administrasiyam sizin komandanızla təmasda idi və biz razılaşdığımız kimi, başlamağa hazırıq. Hesab edirəm ki, bu irəliləyişi davam etdirməyimiz və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir.
Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidr. Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir.
Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik.
Lakin mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir dönüş nöqtəsidir. Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır. Beləliklə, biz bu gün bunu daha ətraflı şəkildə müzakirə edəcəyik. Sadəcə, bizim mövqeyimizə görə, Brüsseldə baş verənlərlə və aprelin 6-dan sonra baş verən hadisələrlə bağlı rəsmi mövqeyimizi ifadə etmək istədim.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsiToivo Klaardedi:
-Təşəkkür edirəm, cənab Prezident. Həmçinin Prezident Mişel də Sizə ən xoş arzularını çatdırır. Qeyd etdiyiniz kimi, o, prosesə və prosesin dəstəklənməsinə çox sadiqdir. Onun fikri, bizim fikrimiz ondan ibarətdir ki, Brüsseldəki görüş çox uğurlu oldu. Qeyd etdiyiniz kimi, biz razılaşdırılmış məsələlərin həyata keçirilməsi və davam etdirilməsinin təmin olunması üzərində işləməliyik. Mənim səfərimin məqsədi bundan ibarətdir. Mən Sizin növbəti addımları nədə gördüyünüzü eşitmək və Avropa İttifaqı olaraq normallaşma prosesini dəstəkləmək, əhatəli nizamlanma istiqamətində çalışmaq üçün nə edə biləcəyəmizi öyrənmək üçün bu gün burada olacağam, həftənin ikinci yarısında isə İrəvana gedəcəyəm.
2023-09-22
18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi
17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir
17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB
14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev
14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi
14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
14:14 Şuşada bir nəfər minaya düşdü
10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"
09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan
09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO
09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları