Ermənistan Baş nazirinin əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh istəyini ciddi sual altına alır - XİN
Siyasət / 12.05.2022 09:18

Ermənistan Baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir.
Trend xəbər verir ki bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş naziri N.Paşinyanın Niderlandın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
"Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib bu ərazilərdəki mina problemini, o cümlədən həm 30 ilə yaxın davam edən işğal müddətində sistematik şəkildə, həm də üçtərəfli bəyanat imzalandıqdan sonra əraziləri tərk edərkən Ermənistan tərəfinin məqsədyönlü şəkildə minaları basdırdığını, minaların bölgədə insan həyatına ciddi təhdid doğurduğunu və beləliklə də mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təzyiq edilməsi məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırdığı zaman, əvvəlcə Ermənistan tərəfi ümumiyyətlə, mina xəritələrinin mövcudluğunu inkar edirdi. Daha sonra isə beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi ilə üzləşən Ermənistan mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən xəritələrin dəqiqliyi isə 25% təşkil edib. Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi", - L.Abdullayeva qeyd edib.
XİN rəsmisi bildirib ki, üçtərəfli bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub:
"Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarər alıb.
30 ilə yaxın Ermənistan tərəfindən darmadağın edilən əraziləri hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Onilliklər ərzində torpaqlarından didərgin düşən insanların evlərinə geri qayıtmasını təmin etmək üçün gecə-gündüz iş görülür. Lakin bu ərazilərdəki geniş miqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına ciddi təhdid doğurur. Bunun yeganə səbəbkarı isə Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçı siyasət və dağıdıcı, pozucu fəaliyyətdir.
Belə olduğu halda, Ermənistan Baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın.
Sözsüz ki, humanitar məsələlər sülh gündəliyinin önəmli tərkib hissəsini təşkil edir və məhz buna səbəbdən Azərbaycan hər zaman humanizm prinsiplərini öz fəaliyyətində rəhbər tutub, hətta 44 günlük müharibə zamanı və müharibə sonrası birtərəfli qaydada humanitar addımlar atıb. Lakin, Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək lazımdır.
Lakin, Ermənistan Baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır", - L.Abdullayeva vurğulayıb.
2022-05-20
20:14 ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub göndərib
18:16 Şuşada “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək
17:51 Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası
17:08 Prezident İlham Əliyev: Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər
17:00 Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır
16:38 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
16:35 Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxub, 9 nəfər sağalıb
16:06 Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - Sərəncam
15:49 Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyəti və delimitasiya üzrə komissiyanın tərkibini müəyyən edib - Əli Əsədov
14:14 Füzuli Peşə Liseyi binasının tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
14:13 Şuşa Real Məktəbinin bərpasına vəsait ayrıldı
13:00 Mətbuat Şurası Qadir İbrahimlinin vəfatı ilə bağlı nekroloq yayıb
12:01 Bu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilib
11:59 Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə
11:54 İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
11:32 DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib
11:13 Hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edilib
11:10 Qubada illər əvvəl törədilmiş cinayətin üstü açıldı: Qətlin izini itirmək üçün qadınla kişini yandırıbmış
10:30 Bərdə Mədəniyyət Mərkəzinin tikintisi niyə yarımçıq qalıb? - NAZİRLİKDƏN AÇIQLAMA
10:20 "Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir" - Çavuşoğlu
10:16 Qlobal Fondun layihələri Azərbaycanda vərəmlə mübarizəyə böyük töhfə verir - Teymur Musayev
10:14 Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib
10:06 Qadir İbrahimli vəfat etdi
2022-05-19
18:00 Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib
17:55 “ASAN xidmət” korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formuldur - MÜSAHİBƏ
17:19 "Türkiyə-Azərbaycan qeyri-hökumət təşkilatlarının bir platforması da yaranacaq"
17:04 Qarabağda sahibkarlıqla məşğul olmaq üçün 100-dən çox türk şirkəti müraciət edib - Orxan Məmmədov
16:43 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
16:41 Azərbaycanda son sutkada koronavirusa 10 yeni yoluxma olub, 3 nəfər sağalıb
16:36 Üç yeni qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub
16:29 FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
16:18 Vahid Kirişci Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib (FOTO)
15:45 Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
17:54 "Qarabağ" Qurban Qurbanovla müqavilənin müddətini uzadıb

13:03 “Kəpəz”lə “Turan” rəsmən Premyer Liqada
Maraqlı
19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb