Qadın hüquqlarının müdafiəsi üçün Azərbaycan dövləti tərəfindən bütün addımlar atılır - Sevil Mikayılova
Siyasət / 12.05.2022 13:59

Qadın hüquqlarının müdafiəsi və ümumilikdə cəmiyyətdə gender bərabərliklərinin təsbit olunması üçün Azərbaycan dövləti tərəfindən bütün addımlar atılıb və onlar qanunverici orqan tərəfindən təsdiqlənib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Bakıda keçirilən Azərbaycanda Qadın, sülh və təhlükəsizlik üzrə Birinci Milli Forumda çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, Azərbaycanda bu sahədə müvafiq qanunvericilik bazası formalaşdırılıb və ildən-ilə təkmilləşdirilir.
"Demək olar ki, hər il müxtəlif qanunvericilik aktlarına dəyişikliklər edirik. Hazırda aktual olan çağırışlara uyğun olaraq, ümumilikdə, həm Azərbaycan, həm də dünyada gedən proseslərin fonunda yarana biləcək müxtəlif təhdidlərin qarşısının alınması üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının qəbul olunmasına çalışırıq. Qadınların müxtəlif sahələrdə aktiv iştirakı, eləcə də idarəçilikdə təmsil olunması üçün qanunvericilik baxımından heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq biz burada fəallığın artırılması və qadınların bu məsələlərdə iştirakının təşviq olunmasından söz açmalıyıq”.
S.Mikayılova vurğulayıb ki, Azərbaycanda qadınların çox böyük potensialı var: "Mən bir millət vəkili olaraq seçicilərimlə görüşürəm və şahidi oluram ki, qadınların işləmək, ictimai işlərdə iştirak etmək istəyi yüksəkdir və biz onların iştirakçılığını artırmalıyıq.
Azərbaycanda qadınların karyera inkişafı üçün hər hansı bir maneənin olduğunu deyə bilmərik. Azərbaycanda qadınlar daha çox ailəyə yönəlik olurlar. Ali təhsili bitirdikdən sonra qadınlar daha çox ailəyə meyilləndikəri üçün karyera məsələsi arxada qalır və onlar öz potensialından lazımi qədər istifadə edə bilmirlər. Bu isə gender balansını pozur", - deyə S.Mikayılova əlavə edib.
Deputat əlavə edib ki, Azərbaycanda 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfərdən sonra tamamilə fərqli bir reallıq formalaşıb ki, burada qadınların rolunun artırılmasına həqiqətən ehtiyac var.
Millət vəkilinin sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin Azərbaycanda tam şəkildə icra olunması üçün müvafiq mexanizmlərin olması və burada dövlət və vətəndaş cəmiyyəti arasında müəyyən platformanın formalaşdırılması və vətəndaş cəmiyyətinin bu işdə xüsusi fəallıq göstərməsinə ehtiyac var.
"Bir neçə il əvvəl Azərbaycanda artıq 1325 koalisiyası formalaşdırılıb ki, bu çərçivədə qadınlar sülhün təşviq olunmasında, ümumilikdə münaqişə zonalarında sabitliyin və təhlükəsizliyin qurulmasında öz missiyalarını müəyyənləşdiriblər. Amma bu nə dərəcə effektiv olub və bunun nəticələri nə olub? Biz buna baxsaq, yəqin ki, bundan sonrakı addımlarımızı da ölçmək və daha da dəqiq addımlar atmaq üçün imkanlarımız çoxalacaq.
1325 saylı qətnamədə qadın iştirakçıların həm münaqişə dövründə, həm də münaqişədən sonrakı dövrdə tam dəqiq şəkildə fəaliyyəti göstərilir və düşünürəm ki, biz sadəcə olaraq lokal xüsusiyyətləri, münaqişənin özünü və müharibədən sonrakı yaranmış reallıqların xüsusiyyətlərini nəzərə almaqla onu necə tətbiq etmək və burada hansı mümkün çərçivələrdən istifadə etmək üzərində dayanmalıyıq. Bir müddət əvvəl İsraildə səfərdə olarkən burada qadın polislərin çoxluğu mənim diqqətimi çəkdi. Düşünürəm ki, vahimə, xof, ümumilikdə münaqişədən sonra yaranmış bu cür xoşagəlməz fəsadların qarşısının alınmasında bir qadın harmoniyasının olması, qadınların sakit və sabit atmosferin yaradılması üçün bütün keyfiyyətlərə malik olması bu məsələdə qadınların iştirakını vacib edir”, - deyə deputat vurğulayıb.
S.Mikayılova qeyd edib ki, Azərbaycanda münaqişənin köklərinin işğal və müəyyən mənada etnik təxribatlara malik olduğunu nəzərə alaraq, sülh sazişinin həyata keçirilməsində eyni zamanda qadınların rolu təşviq edilməlidir.
2022-05-20
20:14 ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub göndərib
18:16 Şuşada “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək
17:51 Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası
17:08 Prezident İlham Əliyev: Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər
17:00 Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır
16:38 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
16:35 Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxub, 9 nəfər sağalıb
16:06 Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - Sərəncam
15:49 Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyəti və delimitasiya üzrə komissiyanın tərkibini müəyyən edib - Əli Əsədov
14:14 Füzuli Peşə Liseyi binasının tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
14:13 Şuşa Real Məktəbinin bərpasına vəsait ayrıldı
13:00 Mətbuat Şurası Qadir İbrahimlinin vəfatı ilə bağlı nekroloq yayıb
12:01 Bu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilib
11:59 Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə
11:54 İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
11:32 DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib
11:13 Hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edilib
11:10 Qubada illər əvvəl törədilmiş cinayətin üstü açıldı: Qətlin izini itirmək üçün qadınla kişini yandırıbmış
10:30 Bərdə Mədəniyyət Mərkəzinin tikintisi niyə yarımçıq qalıb? - NAZİRLİKDƏN AÇIQLAMA
10:20 "Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir" - Çavuşoğlu
10:16 Qlobal Fondun layihələri Azərbaycanda vərəmlə mübarizəyə böyük töhfə verir - Teymur Musayev
10:14 Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib
10:06 Qadir İbrahimli vəfat etdi
2022-05-19
18:00 Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib
17:55 “ASAN xidmət” korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formuldur - MÜSAHİBƏ
17:19 "Türkiyə-Azərbaycan qeyri-hökumət təşkilatlarının bir platforması da yaranacaq"
17:04 Qarabağda sahibkarlıqla məşğul olmaq üçün 100-dən çox türk şirkəti müraciət edib - Orxan Məmmədov
16:43 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
16:41 Azərbaycanda son sutkada koronavirusa 10 yeni yoluxma olub, 3 nəfər sağalıb
16:36 Üç yeni qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub
16:29 FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
16:18 Vahid Kirişci Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib (FOTO)
15:45 Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
17:54 "Qarabağ" Qurban Qurbanovla müqavilənin müddətini uzadıb

13:03 “Kəpəz”lə “Turan” rəsmən Premyer Liqada
Maraqlı
19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb