Dəyərlərimizin kreativ tanıtımı

Dəyərlərimizin kreativ tanıtımı / 29.04.2022 09:02
"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, layihə rəhbəri, araşdırmaçı jurnalist, Prezident təqaüdçüsü Cəmilə Çiçək İsbəndiyarova mediaya geniş açıqlama verib.



Dəyərlərimizin kreativ tanıtımı


​Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən layihəsi 1 fevral 2022-ci iltarixindən etibarən 3 ay müddətində həyata keçirilən "Milli dəyərlər innovativ-kreativ təbliği: Azərbaycanlıları birləşdirən mental sərvətlərimiz” mövzusunda layihəsi uğurla davam edir. Aktual layihə Azərbaycan milli-estetik dəyərlərin, mental qayda-qanunların, mədəniyyətin, yaşam dünyagörüşlərinin inkişafı, zənginləşməsi, daha da inkişafı, populyarlaşdırılması, dünyanın 60 milyonluq soydaşımızı birləşdirən mental sərvətimiz olaraq müxtəlif formalarda - innovativ-kreativ təbliğinə həsr olunub.



Layihə ilə bağlı "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, layihə rəhbəri, araşdırmaçı jurnalist, Prezident təqaüdçüsü Cəmilə Çiçək İsbəndiyarova mediaya geniş açıqlama verib. O bildirib ki, layihə fəaliyyətləri zamanı çalışıblar ki, milli-mənəvi dəyərlərimizdən son illərin Covit-19 koronovirus qadağaları, post-müharibə dövrünün sosial-psixoloji gərginliyi azaltmaq baxımından ictimai-kreativ texnologiya olaraq yararlanaraq gənclərimiz dəstəklənsin. Mental sərvətlər - qeyri-maddi və maddi mədəniyyət abidələrinin, ədəbiyyat və musiqi əsərlərinin, milli günlərinin, xalq bayramlarının, ümumməişət və dini mərasimlərin sosiallaşma, yardımlaşma, insanları birləşdirmə mənasında əhəmiyyəti həddindən artıq böyükdür. Bu baxımdan son illərdə a-sosiallaşan insanlarımızı milli dəyər kontektləri - mental sərvətlər ətrafında birləşməsinə böyük ehtiyac duyulur. Harada yaşamasından aslı olmayaraq, yad mədəniyyətlərin basqısından, liberal dəyərlərin mənfi təsirindən qorumaq, azərbaycançılıq məfkürəsi ətrafında birləşməsi üçün milli dəyərlərin modernləşdirilməsinə, yeni formatlarda təbliğinə daha böyük ehtiyac duyulur. Layihə milli dəyərlərə modern yanaşmaları dəstəkləyir, eyni zamanda keçmişə qayıdışların gələcəyimizin inkişafına təsirlərini ortaya qoymağa yönəlib. Bu baxımdan ictimai-mədəni debatlara, polemikalara, araşdırmalara ehtiyac var.



Milli dəyər kəsb edən bir çox mədəni-tarixi, estetik sərvətlərimizin İnternet – sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Bizi birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə yeni nəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün yeni yanaşmalar, fərqli - kreativ formalar tələb edir.



Bu istiqamətdə müxtəlif formatda neo-maarifləndirici tədbirlərin təşkili etməklə, layihə fəaliyyətlərinin əsas mahiyyətini müsair insanllara çatdırmaq, yeniyetmə və gənclərimizi əhatələyən a-soiallıqlarla, ictimai-psixoloji gərginliklərlə mübarizədə milli dəyərlərə qayıdaraq, vacib olarsa, onlardan yararlanmaq, humanist dəyərlərimizin insansevərliyini təbliğ etmək aktual məsələ olaraq cəmiyyətimizin qarşısında durur. Azərbaycan insanı olaraq bizi birləşdirən amillərin inkişafı vasitəsilə daha çox soydaşımızı əhatələmək, cəmiyyətin səviyyəsini yüksəldən modern təbliğat formalarına üstünlük verməklə milli-mənəvi dəyərlərimizin inkişafına nail ola bilərik.

Müxtəlif formatlı təbliğat tədbirlərinin reallaşdırmaqla ictimai-tarixi əhəmiyyət təşkil edən estetik texnologiyaların - milli-mənəvi dəyər kəsb edən hadisələrin, günlərin, bayramların əhəmiyyətini qabartmaqla, yeni İKT alətlərindən yararlanmaqla, innovativ-kreativ təbliğat kampaniyası üçün aşağıdakı fəaliyyət növləri - işlər həyata keçirilib.

Sosial şəbəkələr və Feysbukda davamlı olaraq müxtəlif formatlı materiallar yerləşdirilir. Xüsusiləşdirilmiş saytda bu mövzuya dair materiallardan ibarət ayrıca bölüm yenilənib və ardıcıl zənginləşdirilir. İnternetdə, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də təbliğatlar, tanıtım aksiyaları aparılır. Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün təqdimat-müzakirə keçirildi.



Layihə fəaliyyətləri 3 ay boyunca, Azərbaycanı - Bakı, Abşeron, İnternet üzərində soydaşlarımız yaşayan ölkələri, Rusiya, Türkiyə, İran, Gürcüstan, Türksoylu dövlətləri əhatələyib.

Görülən işlərin icrası, real nəticələri haqqında mütəmadi olaraq mətbuat və elektron KİV vasitəsilə məlumatlar geniş ictimaiyyətə çatdırılır. Bu mövzu ilə əlaqədar verilişlərin hazırlanması üçün müxtəlif telekanallara müraciət edili. Layihənin davamlılığının təmin olunması üçün milli dəyərlərlə bağlı silsilə tədbirləri həyata keçirmək fikrindəyik. Layihənin icrası, alınan nəticələrin ictimailəşməsi sözügedən sahəyə ictimai diqqətin daha da artmasına təkan verəcək və cəmiyyətdə yeni-yeni ideyaların ortaya çıxmasını stimullaşdıracaq. Yeri gəlmişkən, onu da bildirək ki, QHT-nin saytından layihə haqqında lazım bilinən informasiyaları almaq mümkündür.

Layihə rəhbəri Cəmilə Çiçək (Cəmilə Köçəri qızı İsbəndiyarova) Kəlbəcər rayonunda anadan olub. Bakı Slavyan Universitetini, Azərbaycan Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. AYB və AJB-nin üzvü, "Qızıl qələm” mükafatı laureatıdır. Kiçik yaşlarından poeziyaya maraq göstərib. Dövri mətbuatda ədəbi, vətənpərvər ruhlu yazıları, yurd həsrətli şeirləri və elmi-publisistik məqalələri ilə tanınıb. "Ədalət”, "Şərq”, "Respublika” qəzetlərində işləyib, "Təhsil” jurnalı, "Ədəbiyyat qəzeti”, "525-ci qəzet”, "Vətən səsi”, "Kəlbəcər harayı” qəzetləri ilə əməkdaşlıq edib. "Zəka işığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin təsisçisi və sədri, "Milli Zəka” beynəlxalq elmi-ədəbi, ictimai-siyasi jurnalın www.zekaishiginda.az saytının təsisçisi və baş redaktoru, milli mənafe və dövlətçilik mövqeyində dəyərli kitablar – "Kəlbəcərin saz qalası”, "Arı çiçəyə gəlib”, "Sən dağlardan ayrılmadın”, "Sazımız ağlayır dağlar başında”, "Ailə dəyərlərini simvollaşdıran kultlar”, "Modern Azərbaycan ailə modeli”, "Həssas qrup ailələrinə psixoloji-mənəvi dəstək”, "Dəyərlərimizin kreativ tanıtımı” elmi-publisistik kitablarının müəllifi, "Səməd Vurğun–Aşıq Şəmşir dastanı”, "Əyyub və Sənəm dastanı”, "Fəzli və Məhliqa dastanı” adlı elmi-publisistik kitabların toplayanı və tərtibçisidir.



2014-2017-ci illərdə AMEA Folklor İnstitutunun doktorantı olmuş, 2017-ci ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Prezident təqaüdçüsüdür.

Hazırkı layihə əsasında nəşr edilmiş "Dəyərlərimizin kreativ tanıtımı” bu kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği təşəbbüslərinin dəstəklənməsi” istiqamətində "Milli dəyərlərin innovativ-kreativ təbliği: azərbaycanlıları birləşdirən mental sərvətlərimizin qorunması" adlı üçaylıq layihə çərçivəsində hazırlanmışdır.

Nəşrdəki materialların mövzusu "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin cavabdehliyindədir. Toplu humanitar sahələrin mütəxəssisləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Yekunda mütəxəssislər, QHT nümayəndələri, alimlər və dövlət orqanları nümayəndələrinin iştirakı ilə bütövlükdə layihənin nəticələri ilə bağlı ictimai dinləmə və dəyirmi masa təşkil olundu.

Layihə rəhbəri Cəmilə xanım sonda bir daha Prezident İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, layihəyə, eyni zamanda "Dəyərlərimizin kreativ tanıtımı” elmi-kütləvi kitabın nəşrinə və genişləndirilən www.zekaishiginda.az saytınınfəaliyyətinə verdikləri dəstəyə görə minnətdarlığını bildirdi.



Səfər Abbasov

Araşdırmaçı-jurnalist







SON XƏBƏRLƏR

2023-01-27

17:47 İran rəsmən izahat verməlidir

14:48 Terror hadisəsini şiddətlə qınayırıq

14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

2023-01-26

13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı

13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB

12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi

08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”

2023-01-24

11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

2023-01-23

15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi

15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri

10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI

10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib

09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib

2023-01-18

13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

2023-01-16

18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB

17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB

16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”

14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB

12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

Product image

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları