Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Dəyərlərimizin kreativ tanıtımı / 19.05.2022 18:00

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il "Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan - Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında "Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.

Bakıda keçirilən forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Millət vəkili, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Türkiyədən və Azərbaycandan olan QHT nümayəndələri və media üzvləri iştirak ediblər.

Foruma açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Azərbaycan – Türkiyə əlaqələrindən və forumun əhəmiyyətindən danışaraq bildirib ki, belə bir əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcəkdir. A.Əliyeva onuda qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur.
Çıxış edən digər natiqlər Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz , Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Millət vəkili Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildiriblər ki, 2022-ci il "Şuşa ili” çərçivəsində keçirilən Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu hər iki ölkənin QHT nümayəndələri üçün faydalı olacaq və bu sahənin daha da təkmiləşməsinə böyük töhvə verəcəkdir.
Forumun açılışından sonra Türkiyədən olan QHT-lərin öz sahələri üzrə təqdimatları keçirilib. İkinci paneli açıq elan edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Toğrul Məmmədli panelin proqramı haqqında məlumat verib. Daha sonra SETA Xarici Siyasət araştırmacısı, Siyasət, İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfi (SETA) Mustafa Caner, ADEM İdarə Heyətinin rəhbərinin müavini, Qadın və Demokratiya Dərnəyi xanım Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi xanım Aygün Attar, Türkiyə Yeşilay Cəmiyyəti İcraçı Direktor cənab Muhammet Nurullah Atalan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi Dr. İlyas Demirçi, Türkiyə Gənclik Vəqfi xanım Elif Habip çıxış edərək öz sahələri üzrə təqdimatlar ediblər.

Təqdimatlardan sonra hər iki ölkə QHT-ləri arasında sual-cavab formatında diskusiyya aparılıb.

Forumun yekunu olaraq bəyanat səslənərək, qəbul edilib.



SON XƏBƏRLƏR

2022-06-29

18:06 Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək

18:00 Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?

17:47 Boris Conson Gürcüstana səfərə dəvət olunub

17:39 Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb

16:37 Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib

16:33 Peyvənd olunanların sayı açıqlanıb

16:32 Son sutkada Azərbaycanda 36 nəfər koronavirusa yoluxub

16:26 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB

16:15 Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - YENİLƏNİB-2

15:38 Vladanka Andreeva: “Su problemini həll etməyin yolu regional əməkdaşlıqdır”

15:34 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib

15:32 Rusiya XİN: "Cənubi Qafqazda iqtisadi-nəqliyyat xətlərinin açılması ilə regionda vəziyyət sağlamlaşar”

15:19 Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub

15:10 PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”

14:18 Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub

14:10 Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb

14:06 Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

12:29 Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi

10:11 Dünyaya örnək siyasət

2022-06-28

20:08 Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü

19:57 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib

19:16 Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar

19:03 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib

18:34 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub

18:22 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır

18:06 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

18:04 Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub

18:04 Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB

17:59 Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

17:57 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib

17:51 Alla İqoryevna Vəzirovaya Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

17:43 Şuşada səfərdə olan QHT nümayəmdələrinin səfəri başa çatıb (FOTO)

17:43 Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

19:18 Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Product image

11:31 Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədlərinin verilməsi iyunun 12-dək yekunlaşacaq

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları