Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyəti və delimitasiya üzrə komissiyanın tərkibini müəyyən edib - Əli Əsədov

Siyasət / 20.05.2022 15:49

Mayın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının video-konfrans rejimində iclası olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

İclasda gündəlikdəki məsələlərə dair fikir mübadiləsi aparılıb. Əli Əsədov iclasda çıxış edərək əmin olduğunu bildirib ki, uzun illər ərzində müxtəlif səviyyələrdə yaranmış sıx əlaqələr, habelə birgə işin müsbət təcrübəsi bundan sonra da MDB çərçivəsində səmərəli əməkdaşlığa şərait yaradacaq.

Baş nazir dünyada indiki epidemioloji vəziyyətin post-pandemiya dövrünün tezliklə başlanacağını proqnozlaşdırmağa imkan verdiyini qeyd edərək Azərbaycanda COVID-19-la bağlı vəziyyəti müsbət qiymətləndirib. Pandemiyanın aradan qaldırılmasında vaksinasiya prosesinin mühüm rolunu vurğulayan Əli Əsədov qeyd edib ki, Azərbaycan 2021-ci ilin əvvəlindən vaksinasiyaya başlamış ilk ölkələrdən biri olub. Bildirilib ki, ölkədə iqtisadi canlanmanın aşkar əlamətləri müşahidə edilir, iqtisadiyyat bərpa olunmağa başlayıb. Cari ilin birinci rübündə iqtisadi artım 6,8 faiz təşkil edib.

Əli Əsədov Şura üzvlərinin diqqətini regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib. Baş nazir münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib. Baş nazir deyib: "Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”.

Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir deyib: "Bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir”.

Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoş məram nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır. Şura üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini artıq müəyyən edib.

Bununla bərabər, Əli Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir.

Bildirilib ki, 2020-ci il 9-10 noyabr tarixli Üçtərəfli Bəyanatın erməni silahlı dəstələrinin Azərbaycan Respublikası ərazisindən kənara çıxarılmasını nəzərdə tutan 4-cü bəndinin hələ yerinə yetirilməmiş qalması Azərbaycan tərəfini narahat edir.

Həminin qeyd edilib ki, üçtərəfli işçi qrup çərçivəsində davam edən görüşlərə baxmayaraq, Üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında irəliləyiş müşahidə olunmur.

Əli Əsədov daha sonra əlavə edib ki, rəsmi Bakı hər iki məsələ üzrə ən yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir və bu istiqamətdə zəruri tədbirlərin görülməsini vacib hesab edir.

Vurğulanıb ki, nəqliyyat kommunikasiyalarının, çoxşaxəli nəqliyyat arteriyaları şəbəkəsinin, o cümlədən Zəngəzur dəhlizinin açılması regiondakı bütün xalqların mənafelərinə cavab verir.

MDB Hökumət Başçıları Şurasının üzvləri işğaldan azad edilmiş torpaqların bərpası, o cümlədən avtomobil və dəmir yollarının çəkilişi, beynəlxalq aeroportların tikintisi, bu ərazilərin elektrik enerjisi ilə təmin edilməsi üzrə genişmiqyaslı işlər barədə də məlumatlandırılıb.

Baş nazir Əli Əsədov iclas iştirakçılarını bir daha əmin edib ki, Azərbaycan bundan sonra da regionda sülhün möhkəmlənməsinə və tərəqqiyə töhfə verəcək.



SON XƏBƏRLƏR

2022-06-29

18:06 Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək

18:00 Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?

17:47 Boris Conson Gürcüstana səfərə dəvət olunub

17:39 Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb

16:37 Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib

16:33 Peyvənd olunanların sayı açıqlanıb

16:32 Son sutkada Azərbaycanda 36 nəfər koronavirusa yoluxub

16:26 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB

16:15 Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - YENİLƏNİB-2

15:38 Vladanka Andreeva: “Su problemini həll etməyin yolu regional əməkdaşlıqdır”

15:34 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib

15:32 Rusiya XİN: "Cənubi Qafqazda iqtisadi-nəqliyyat xətlərinin açılması ilə regionda vəziyyət sağlamlaşar”

15:19 Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub

15:10 PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”

14:18 Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub

14:10 Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb

14:06 Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

12:29 Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi

10:11 Dünyaya örnək siyasət

2022-06-28

20:08 Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü

19:57 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib

19:16 Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar

19:03 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib

18:34 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub

18:22 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır

18:06 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

18:04 Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub

18:04 Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB

17:59 Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

17:57 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib

17:51 Alla İqoryevna Vəzirovaya Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

17:43 Şuşada səfərdə olan QHT nümayəmdələrinin səfəri başa çatıb (FOTO)

17:43 Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

19:18 Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Product image

11:31 Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədlərinin verilməsi iyunun 12-dək yekunlaşacaq

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları