Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Dəyərlərimizin kreativ tanıtımı / 24.05.2022 09:00

Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Trend-ə bildirilib ki, ABŞ tərəfi tədbirdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən səfir Derek Hoqan, müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uolender və Oklahoma Milli Qvardiyasının ordu qərargah rəisi briqadir general Con Harrison tərəfindən təmsil olunub. Bununla yanaşı, Müdafiə Departamentinin Milli Qvardiya Bürosunun rəisinin müavini general leytenant Mark Sassevil, ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqres üzvü Stiv Şabot və konqres üzvü Daq LaMalfa habelə Konqres üzvlərinin çoxsaylı köməkçiləri də tədbirə qatılıb. Bununla yanaşı, mərasimdə 20-ə yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad, yəhudi təşkilatlarının rəhbərləri və 600-dən çox qonaq iştirak edib.

Tədbirdə ilk öncə çıxış edən səfir Xəzər İbrahim ölkələrimiz arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən bəhs etdi. Cari ilin mart ayında Prezident Baydenin Prezident İlham Əliyevə məktubunda Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf etdirilməsi niyyətinin bir daha ifadə edildiyini diqqətə çatdırdı. Tədbirimiz keçirildiyi zaman ABŞ-ın Avropa Komandanlığından nümayəndə heyətinin Azərbaycanda, ADA Universitetinin dəstəyi ilə Azərbaycandan müəllim heyətinin ABŞ-da səfərdə olduğu və səylərin daha da artırılacağını bildirdi. Növbəti 30 il ərzində Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olduğu qeyd edildi. Səfir eyni zamanda, Oklahoma ilə tərəfdaşlığın qurulmasının 20 illiyindən və bu tərəfdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbirdə iştirak edən yüksək vəzifəli ABŞ rəsmiləri hər üç əlamətdar hadisə münasibətilə Azərbaycanı təbrik edib, hal-hazırda ölkəmizlə ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və s. mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. ABŞ tərəfi post münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi yenidən qurma işlərinə, minaların təmizlənməsi və humanitar yardım sahələrində dəstəyi artıqmaqda maraqlı olduğunu vurğulamışdır. Bölgəmizdə sülh və əminamanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Ziyafət zamanı Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30 illiyinə həsr edilmiş və silahlı qüvvələr gününə aid video-çarxlar nümayiş etdirilmişdir. Tədbirin musiqili hissəsində Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdlərinin ifasında "Nəlbəki” milli rəqsini və ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə "Sarı Gəlin” və "Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa eedib.

Tədbir zamanı qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilmişdir. Azərbaycan Milli Kulinariya Mərkəzinin Baş Direktorunun müavini Ceyran Əsgərova və Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Mirmövsüm Dadaşov tərəfindən Azərbaycan mətbəxinə aid ləziz yeməklər, şirniyyatlar və şərbətlər hazırlanmış, Azərbaycan mətbəxinin şah əsərlərindən olan "Şah Plov” xüsusi təqdimatla qonaqlara təqdim edilib.

Tədbir zamanı Şur Trio İnstrumental Qrupunun üzvləri Vüsal İsgəndərzadə, Əbdülsəməd Mövləvi və Xalid Babayev milli və dünya musiqisindən parçalar ifa etmişdirlər. Həmçinin ABŞ-da yaşayan soydaşımız Emil Əfrasiyab piano ifası və Leyla Əfrasiyab vokal ifası ilə tədbirə rəng qatıblar.

Tədbir zamanı Azərbaycan xalçaçılıq sənətinin nümunələri sərgilənmişdir. Qarabağ xalçası, Azərbaycan xəritəsini əks etdirən ipək xalça və müasir incəsənət rəssamı Faiq Əhmədin "Arxiv 2” adlı xalçası qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Həmçinin tədbirdə Azərbaycan rəngkarlıq sənətinin nümunələri, o cümlədən ABŞ-da yaşayan həmvətinimiz Əbülfəz Bahadorinin rəsm əsərləri sərgilənmiş, Azərbaycanın tarixi və mədəniyyətinə, işğaldan azad olunmuş ərazilərimizə aid kitablar və nəşrlər ilə tanış olublar.



SON XƏBƏRLƏR

2023-01-27

17:47 İran rəsmən izahat verməlidir

14:48 Terror hadisəsini şiddətlə qınayırıq

14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

2023-01-26

13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı

13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB

12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi

08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”

2023-01-24

11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

2023-01-23

15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi

15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri

10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI

10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib

09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib

2023-01-18

13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

2023-01-16

18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB

17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB

16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”

14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB

12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

Product image

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları