Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib (YENİLƏNİB)

Siyasət / 17.06.2022 15:31

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Trend xəbər verir ki, görüşdə dövlətimizin başçısı bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinin qeyd edildiyini, mart ayında Şuşada bununla əlaqədar konfransın keçirildiyini və bunun xüsusi rəmzi məna daşıdığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq etdiyini vurğuladı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışdı. Dövlətimizin başçısı Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini və ölkənin əsas inkişaf göstəricilərinin davamlı surətdə artdığını qeyd etdi.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin bərpasının və yenidən qurulmasının hazırda ölkəmizin gündəmində prioritet vəzifələrdən biri olduğunu, Azərbaycanın böyük mina problemi ilə üzləşdiyini də dedi, 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirdi.

Tatyana Valovaya Azərbaycana səfər etməkdən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda iştirakından, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrədəki ofisi arasında əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə etdi.

Qonaq Azərbaycanda dövlət səviyyəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına xüsusi diqqət yetirilməsinin önəmini bildirdi. O, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qadınların rolunun artırılmasına dair konsepsiya ilə çıxış etdiyini və bu xüsusda işlərin aparıldığını dedi.

Söhbət zamanı Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi və ixtisaslaşmış təşkilatları arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.



SON XƏBƏRLƏR

2022-06-29

18:06 Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək

18:00 Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?

17:47 Boris Conson Gürcüstana səfərə dəvət olunub

17:39 Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb

16:37 Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib

16:33 Peyvənd olunanların sayı açıqlanıb

16:32 Son sutkada Azərbaycanda 36 nəfər koronavirusa yoluxub

16:26 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB

16:15 Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - YENİLƏNİB-2

15:38 Vladanka Andreeva: “Su problemini həll etməyin yolu regional əməkdaşlıqdır”

15:34 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib

15:32 Rusiya XİN: "Cənubi Qafqazda iqtisadi-nəqliyyat xətlərinin açılması ilə regionda vəziyyət sağlamlaşar”

15:19 Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub

15:10 PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”

14:18 Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub

14:10 Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb

14:06 Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

12:29 Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi

10:11 Dünyaya örnək siyasət

2022-06-28

20:08 Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü

19:57 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib

19:16 Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar

19:03 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib

18:34 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub

18:22 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır

18:06 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

18:04 Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub

18:04 Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB

17:59 Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

17:57 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib

17:51 Alla İqoryevna Vəzirovaya Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

17:43 Şuşada səfərdə olan QHT nümayəmdələrinin səfəri başa çatıb (FOTO)

17:43 Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

19:18 Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Product image

11:31 Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədlərinin verilməsi iyunun 12-dək yekunlaşacaq

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları