Ulu Öndərin hər zaman ilham mənbəyi Azərbaycan xalqı olub - Səttar Möhbalıyev
Siyasət / 22.06.2022 15:05

"Bu gün hər bir uğuruna qürurlandığımız, fərəhləndiyimiz ölkəmizi ötən əsrin 90-cı illərinin Azərbaycanı ilə müqayisə etdikdə Ulu Öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin həyatında nə qədər böyük işlər gördüyünü bir daha xatırlamalı oluruq. Onun kimliyini, fenomenliyini, dahiliyini, səriştəsini, siyasi bacarığını təməlini qoyduğu işlərin nəticəsini yaşadıqca dərindən dərk edirik. Həmin vaxt - 1993-cü ildə baş verən hadisələr, xalqımızın və dövlətimizin ağır taleyi və bundan xilas yolunun tapılması, duzgün qərarın qəbul olunması ən vacib məsələ idi. Bu taleyüklü seçimi xalqımız heç kimin ixtiyarına buraxmadı, son sözü özü dedi - Heydər Əliyev. Və hadisələrin sonrakı gedişi Azərbaycan xalqının müdrikliyini bir daha ortaya qoymuş oldu. Təbii ki, xalqın bu istəyinin qarşısında heç bir qüvvə duruş gətirə bilməzdi. Həmin vaxt bugünkü qüdrətli Azərbaycan məhv olmaq təhlükəsi qarşısında idi, bu, reallıq idi ki, ölkə parçalanırdı. Dərin siyasi böhran, anarxiya, xaos, vətəndaş müharibəsi təhlükəsi, qarşıdurma, cəbhədə məğlubiyyətlər, əhalinin sosial vəziyyətinin ağırlığı, iqtisadi böhran və daha nələr. Bütün bu işlərin öhdəsindən yalnız bir insan gəldi - Heydər Əliyev.
Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
"İlk gündən - 1993-cü ilin 15 iyun tarixindən Ulu Öndərin xilaskarlıq missiyası başladı. Nə komandası var idi, nə də silahı. Xalqına və dövlətinə olan sonsuz sevgisi, xalqın ona olan inamı və etimadı bütün bu işləri görməkdə ona kömək oldu. Baş verən xoşagəlməz hadisələrin hər birinin fərqli xarakterləri var idi və bunların aradan qaldırılması cəsarət, siyasi iradə, qətiyyət, təmkin, dözüm, səbr tələb edirdi. Ulu Öndərin bu keyfiyyətlərə sahib olması xalqımızı yaşanan ağır vəziyyətdən xilas etdi. Mən bu məsələyə əvvəllər də toxunmuşam, özbaşnalıq edən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, ölkədə sabitliyin bərqərar edilməsi böyük tarixi missiya idi. Heydər Əliyev bunu heç bir itkisiz, böyük ustalıqla, dahiyanə tərzi ilə bacardı və ölkədə sabitliyə nail oldu. O, qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Hər zaman milli maraqlara əsaslanırdı, tarixi şəraitdən düzgün nəticə çıxarırdı, zaman və məkan amilini dəqiq qiymətləndirirdi. Heydər Əliyev demokratik insan idi, aşkarlıq prinsipinə daim üstünlük verdi. Həmin vaxt məhz onun təşəbbüsü ilə Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına ötürülürdü, vəziyyət olduğu kimi xalqa çatdırılırdı. 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi ədalətin və milli iradənin birbaşa qələbəsi idi. Bu artıq bütün hadisələrin dövlətin nəzarəti altına keçməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu Öndər Ali Sovetə rəhbərlik etdiyi dövrdə ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, Konstitusiya və müxtəlif hüquqi sənədlər zamanın tələblərinə uyğunlaşdırıldı”, - AHİK sədri bildirib.
"Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Qeyd etdiyim bütün bu məsələləri Heydər Əliyev dühası təkbaşına, xalqdan ilhamlanaraq yerinə yetirdi. Əminliklə ifadə edə bilərik ki, Ulu Öndərin ideyaları hər zaman yaşayacaq. Onun nəticələri bu gün ortadadır. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin peşəkar idarəçilik məharəti sayəsində ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Biz Azərbaycanın son illərdə qazandığı nailiyyətləri saymaqla qurtara bilmərik. Ümumiləşdirib onu deyə bilərəm ki, Azərbaycan minilliklərə söykənən tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır”, - Milli Məclisin deputatı deyib.
2022-06-29
18:06 Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək
18:00 Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?
17:47 Boris Conson Gürcüstana səfərə dəvət olunub
17:39 Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
16:37 Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:33 Peyvənd olunanların sayı açıqlanıb
16:32 Son sutkada Azərbaycanda 36 nəfər koronavirusa yoluxub
16:26 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB
16:15 Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - YENİLƏNİB-2
15:38 Vladanka Andreeva: “Su problemini həll etməyin yolu regional əməkdaşlıqdır”
15:34 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:32 Rusiya XİN: "Cənubi Qafqazda iqtisadi-nəqliyyat xətlərinin açılması ilə regionda vəziyyət sağlamlaşar”
15:19 Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub
15:10 PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”
14:18 Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub
14:10 Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
14:06 Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb
12:29 Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi
10:11 Dünyaya örnək siyasət
2022-06-28
20:08 Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü
19:57 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib
19:16 Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar
19:03 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib
18:34 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub
18:22 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır
18:06 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
18:04 Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub
18:04 Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB
17:59 Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub
17:57 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib
17:51 Alla İqoryevna Vəzirovaya Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM
17:43 Şuşada səfərdə olan QHT nümayəmdələrinin səfəri başa çatıb (FOTO)
17:43 Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
19:18 Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

11:31 Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədlərinin verilməsi iyunun 12-dək yekunlaşacaq
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları