Deputat AŞPA-da Avropada etnik ayrı-seçkiliklə mübarizə sahəsindəki boşluqlardan danışıb
Siyasət / 22.06.2022 15:00

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı daimi Nümayəndə Heyətinin üzvü Könül Nurullayeva qurumun yay sessiyasında "Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə” mövzusunda çıxış edib. Deputat ilk olaraq diqqəti koronavirus pandemiyasının yaratdığı böhranın etnik azlıq qruplarına qarşı irqçilik və ksenofobiya hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb olduğunu bildirib. Qeyd edib ki, Avropada etnik ayrı-seçkiliklə mübarizə üçün həm beynəlxalq, həm də milli səviyyədə bir sıra qanunvericilik aktları qəbul edilsə də, təəssüf ki, bu problem hələ də qalmaqdadır və bu problemin həlli üçün yeni vasitələrə ehtiyac var.
Deputat diqqəti Azərbaycan təcrübəsinə yönəldərək qeyd edib ki, ölkəmiz müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc və birgə yaşadığı nümunəvi ölkələrdən biridir. 44 günlük müharibədən sonra regionda dayanıqlı sülh və əməkdaşlıq üçün əlverişli fürsət yaranıb: "Məlumdur ki, Azərbaycan 30 ilə yaxın müddətdə torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkib və yalnız 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail olub və regionda dayanıqlı sülh üçün əlverişli imkan yaranıb. K.Nurullayeva bir neçə gün əvvəl keçirilən 9-cu Qlobal Bakı Forumunda Pezident İlham Əliyevin səsləndirdiyi sülh mesajlarını sessiya iştirakçılarının da diqqətinə çatdırıb: "Azərbaycan hər zaman olduğu kimi, yaranmış yeni reallıqlar fonunda da öz ölkəsinin bütün əhalisinin hüquq və təhlükəsizliyini təmin edir və bu çərçivədə, Qarabağda yaşayan erməni əhalinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaqdır. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Azərbaycanın paytaxtı Bakıda keçirilən 9-cu Qlobal Forumda dövlət başçımız da bir daha rəsmi şəkildə bəyan etdi ki, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Yəni, Azərbaycan hökuməti cəmiyyətdə olan sülh, müxtəliflik və harmoniyanın qorunması üçün ən mühüm sərvət olan multikulturalizm ənənələrinin inkişafı və möhkəmləndirilməsi strategiyasına sadiqdir.”
K.Nurullayeva həmçinin qlobal əhəmiyyətə malik bu məsələ ilə bağlı bəzi təkliflər də səsləndirib: "Hesab edirəm ki, irqi ayrı-seçkiliklə üzləşən qrupların təhsil müəssisələrində, siyasi partiyalarda, parlamentlərdə və digər dövlət xidmətlərində müvafiq şəkildə təmsil olunmasına nail olunmalıdır. Bundan əlavə, bu etnik qrupların nümayəndələrinə müxtəlif vasitələrlə iqtisadi fəaliyyətlə məşğul olmaq və məşğulluq səviyyələrini yüksəltmək imkanı yaradılmalıdır. Həmçinin, hesab edirəm ki, Avropa ölkələri Avropa Komissiyasının ötən il təqdim etdiyi antisemitizmlə mübarizə üzrə ilk Aİ Strategiyasına daxil edilmiş tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirməlidirlər. Sonda qeyd etmək istəyirəm ki, antisemitizmlə mübarizədə bütün fərdlər məsuliyyət daşıyır. Ona görə də biz ayrı-seçkiliyə son qoymalı, daha yaxşı cəmiyyət qurmalıyıq!”
2022-06-29
18:06 Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək
18:00 Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?
17:47 Boris Conson Gürcüstana səfərə dəvət olunub
17:39 Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
16:37 Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:33 Peyvənd olunanların sayı açıqlanıb
16:32 Son sutkada Azərbaycanda 36 nəfər koronavirusa yoluxub
16:26 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB
16:15 Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - YENİLƏNİB-2
15:38 Vladanka Andreeva: “Su problemini həll etməyin yolu regional əməkdaşlıqdır”
15:34 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:32 Rusiya XİN: "Cənubi Qafqazda iqtisadi-nəqliyyat xətlərinin açılması ilə regionda vəziyyət sağlamlaşar”
15:19 Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub
15:10 PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”
14:18 Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub
14:10 Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
14:06 Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb
12:29 Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi
10:11 Dünyaya örnək siyasət
2022-06-28
20:08 Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü
19:57 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib
19:16 Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar
19:03 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib
18:34 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub
18:22 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır
18:06 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
18:04 Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub
18:04 Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB
17:59 Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub
17:57 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib
17:51 Alla İqoryevna Vəzirovaya Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM
17:43 Şuşada səfərdə olan QHT nümayəmdələrinin səfəri başa çatıb (FOTO)
17:43 Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
19:18 Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

11:31 Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədlərinin verilməsi iyunun 12-dək yekunlaşacaq
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları